Deputat Etibar Əliyev ona qarşı qara piar kampaniyasını aparan şəxsin kimliyini açıqlayıb. Gundemxeber.Az reportyor.info-ya istiandla xəbər verir ki, millət vəkili sosial şəbəkələrdə aparılan çirkin kampaniyanın başında duran deputat seçkilərində alternativi olmuş Fərəc Quliyevin oğlu Mətin Quliyev olduğunu bildirib.
“Mətin Quliyev analoji piar kampaniyasını seçkilər vaxtı da aparırdı. Əlimdə kifayət qədər sübutlar var. Hüquq mühafizə orqanlarına müraciət hazırlayıram. Mətin Quliyev mənim adımdan facebookda paylaşılan və mənim işlətmədiyim ifadələri məqsədli şəkildə hazırlayaraq ictimaiyyətə ötürüb”, -deyə E.Əliyev iddia edib.
Deputatın sözlərinə görə, nəticədə ünvanına təhqir, küçə şöyüləri yazılıb: “Özüm və ailə üzvlərim ən ağır formada həqarətlərə məruz qalıb. Milli Məclisin, eyni zamanda onun üzvü olaraq mənim nüfuzuma xələl gətirməyə cəhd edilib. Onu da qeyd edim ki, məni facebookda olmazın söyüşlərlə təhqir edən “Əbulfəz Babasoy” profili də Mətin Quliyev tərəfindən idarə olunur”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?