GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İcra başçısından narazı olan Ucar sakini QAN QUSUR

İcra başçısından narazı olan Ucar sakini QAN QUSUR

Tarix: 4-03-2021, 12:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 482
İcra başçısından narazı olan Ucar sakini QAN QUSUR


Bir neçə gün öncə Ucar şəhəri sakini Əliyev Tehran İslaməli oğlunun ailəsinə edilən qanunsuzluğa görə aclıq aksiyasına başlaması ilə əlaqədar məlumat yayılmışdı.

Gundemxeber.Az yenisabah.az-a istinadla bildirir ki, Ə.Tehranın dediyinə görə, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun göstərişi ilə ailənin yeganə çörək yeri olan obyekti qanunsuz olaraq dağıdılıb, yerində şahmat məktəbi və Azərsu ASC-ə bina inşa edilib. O, icra orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq, şikayəti təmin olunmayıb. Hətta icra hakimiyyətindən bildirilib ki, get nə edə bilirsən et. Bundan sonra o ölüm aclığına başlayıb.

“Regionnews.az” bu gün Tehran Əliyevlə əlaqə saxlayıb. O deyib ki, halı yaxşı deyil:

“2009-cu ildən məni süründürlər. Mən həbsdən çıxandan sonra sənədlərlə birlikdə indiki icra başçısı Mənsur Məmmədovun yanına getdim. Ona bildirdim ki, mənim mülkümü söküblər. Sənədlərimə baxdı, dedi ki, sənin sənədlərin düzdür, haqlısan, mülkündə tikintilər qeyri-qanuni aparılıb. Sənə başqa yerdən torpaq verərlər. Mənə iş verən də yoxdur. Həbsdən sonra heç kim kömək etmir. Başçı o zaman işçilərinə tapşırdı ki, bu məsələ ilə maraqlanın. Başçı gedəndən sonra dedilər ki, sən düz deyirsən torpaq sənə verilməlidir. Amma bu sürüşdürmə ilə olmalıdır. Onun üçün də rüsum ödəməlisən. Mən onlara bildirdim ki, 10 qəpiyim yoxdur çörək almağa. Mənə dedilər ki, 7500 manat rüsum ödəməlisən. Ya da gözlə, görək nə edə bilirik. İkinci dəfə getdim, dedilər sən gözlə, Mənsur müəllimlə danışaq. Gedib nə söhbət etdilərsə, bilmirəm. Gəlib dedilər ki, Mənsur müəllim deyir ki, gedib kimə şikayət edir etsin. Vaxtında bu tapşırıqla sökülüb, mənim vaxtımda da tikilməyib. Bu iş mənlik deyil. Bir sözlə mənim mülküm olan torpağı vermirlər. Artıq bir həftədir ki, aclıq aksiyası keçirirəm”.

Əliyev deyib ki, heç kim vəziyyətimlə maraqlanmır:

“Əlbəttə xəbərləri var. Bilirlər aclıq aksiyası keçirirəm. İlk günlər halım pisləşdi və təcili yardım çağırıldı. Evdə də demirəm ki, qan qusuram. Mədəmdə yaralar var. Vəziyyətim yaxşı deyil. Fiziki gücüm tükənib. Amma sona qədər davam edəcəm. Haqqımı istəyirəm. Ombudsmana da bildirmişəm”.

Məsələ ilə bağlı Ucar Rayon icra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memarı Nasir Abdıyev bildirildi ki, aidiyyatı şəxslərə tapşırıq verilib ki, Tehran Əliyevin torpağı başqa əraziyə sürüşdürülsün:

“Tehran Əliyevə təklif olunub ki, hansı ərazidə istəsə veriləcək. Bir müddət öncə Qazax-Bakı magistral yolunun kənarında torpaq istəmişdi. Biz də ona görə müraciət etməsini bildirdik. Sadəcə olaraq Tehran dedi ki, bələdiyyənin hesabına vəsait köçürməyə imkanı yoxdur. Həqiqət odur ki, torpaq verilməsi qaydaları qanunla tənzimlənir. Biz ondan kənara çıxa bilmərik. Dövlət rüsumları köçürməlidir. Başqa ərazidə istəyirsə, elə olmalıdır. Şəhər bələdiyyəsinə o pul köçürməsini, həmin ərazilərinin birində torpaq ilə təmin olunmasını istəyirik. Dünən də bu haqda söhbət olub. O sahədə iş gedir. Onun aclıq aksiyasını bilmirdik, məlumat verərik, maraqlanarıq”.

Qeyd edək ki, Ucar Rayon İcar Hakimiyyətinin başçısı Mənsur Məmmədov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun və Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı Elton Məmmədovun bacısı oğludur.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun qanunsuz əməllərinə dözməyən vətəndaş ölüm aclığı aksiyasına başlayır - FOTOLAR

    Ziya Məmmədovun qanunsuz əməllərinə dözməyən ...

    1-03-2021, 15:37

  • 
  • Ucar sakini Quba rayon icra başçısı Yaşar Məmmədovun cinayət əməllərinə etiraz olaraq aclıq aksiyasına başladı-ŞİKAYƏT

    Ucar sakini Quba rayon icra başçısı Yaşar ...

    4-10-2016, 16:01

  • 
  • Ziya Məmmədov Qubanın keçmiş icra başçısına zəng vurub dedi: “Çaşarsan ha birdən...”

    Ziya Məmmədov Qubanın keçmiş icra başçısına zəng ...

    5-12-2017, 00:36

  • 
  • Göyçayın icra başçısı qaçıb?

    Göyçayın icra başçısı qaçıb? ...

    20-12-2013, 22:46

  • 
  • Ucar rayonunda yaşıllıqlara kim qənim kəsilib – Rayon sakini həyəcan təbili çalır – Yaşıl soyqırımdan “xatirə fotoları”...

    Ucar rayonunda yaşıllıqlara kim qənim kəsilib – ...

    22-12-2014, 22:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu