GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Azərittifaq” sədri satan əmlaka sənəd verilmir

“Azərittifaq” sədri satan əmlaka sənəd verilmir

Tarix: 7-03-2021, 12:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 573
“Azərittifaq” sədri satan əmlaka sənəd verilmir


Şəmkir sakini Dövlət Reyestri Xidmətinin yerli idarəsindən şikayətçidir

Yusif Vəliyev: “Mənə deyirlər ki, Şəmkir Xalq Deputatları Sovetinin qərarını gətir”

“Saytınız vasitəsilə “Azərittifaq”ın sədri, deputat Eldar Quliyevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova bu işdə mənə kömək edilməsi üçün müraciət edirəm. Obyekti dövlət satıb, mən də almışam. Eldar Quliyev 25 ilin deputatıdır. Hər halda onun imzasıyla obyekt satılıb”
Şəmkir rayonunun Zəyəm qəsəbəsinin sakini Yusif Vəliyev saytımızın redaksiyasına müraciət edərək, “Azərittifaq”ın sədri Eldar Quliyevin imzasıyla aldığı obyektin sənədləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir üzrə İdarəsi tərəfindən süni problemlərin yaradıldığını bildirib. Yusif Vəliyevə qurumun Şəmkir İdarəsindən bildirilib ki, obyektin sənədləşdirilməsi üçün Xalq Deputatları Sovetinin qərarını gətirsin:
“Keçən əsrin 90-cı illərindən mənə məxsus olan obyektə payçıyam. Obyekt qəsəbənin ortasında yerləşir. İyirmi ildir ki, istifadəsiz qalıb. “Azərittifaq”ın sədri Eldar Quliyevin imzasıyla satılıb, mən də almışam. Obyekt mənə məxsusdur. Keçən əsrdə obyekt şəxsi olmurdu, dövlətə məxsus olurdu. Mən də ora payçıydım.
Hazırda isə dövlətə rüsumumu ödəyib, obyekti almışam. Əvvəllər tikinti materialların satılması üçün fəaliyyətdə olub. Artıq, iyirmi ildir ki, fəaliyyətini dayandırıb. Keçən il obyekti alan gündən qara günlərim başlayıb. Dövlətə 1000 azn rüsum ödəyib almışam. Bu yaxında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir üzrə reyestr xidmətinə üz tutdum. Qeyd etdilər ki, obektə sənəd verilə bilməz. Dövlət Xidmətindən bildirilir, ki, obyektin 82-ci ildə tikilməsiylə bağlı Şəmkir Xalq Deputatları Sovetinin qərarını gətir.
Onlara bütün sənədlərimi gətirdiyimi bildirsəm də obyektə sənəd verilmir. Artıq nə sovet höküməti, nə də Xalq Deputatları Soveti yoxdur. Mən onların qərarını hardan gətirim?… Onların arxivi də yanıb. Bəs, o sənədi hardan alım?… Hər halda obyekt oğurluq olsaydı, deputat Eldar Quliyevin imzasıyla mənə satılmazdı. O zaman bildirdilər ki, ekspertiza gəlib yoxlasın. Əmlak Məsələləri Dövlət Xidməti yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ekspertiza gəlib şəkilləri çəkib yoxlayıb. Ekspertizanın əməkdaşları da bildirdi ki, obyekt artıq sökülmək üzrədir. Mən isə obyekti təmir edib, insanların istifadəsinə vermək istəyirəm. Yenə də bildirilir ki, Şəmkir Xalq Deputatları Sovetinin qərarını gətir. Deyirlər ki, bizə dəxli yoxdur, hardan tapırsan, gətir ver… Onlar digər şəxlərə bu sənədi necə verdiyini soruşduğum da, bildirirlər ki, o vaxt rəhbərlik başqa olduğundan pul qarşılığında verirdik. İndi sənədi versək, elə bilərlər ki rüşvət almışıq. Bunu mənə Əmlak Məsələləri Dövlət Xidməti yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən bildirilir.
Media vasitəsilə “Azərittifaq”ın sədri, deputat Eldar Quliyevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova bu işdə mənə kömək edilməsi üçün müraciət edirəm. Obyekti dövlət satıb, mən də almışam. Eldar Quliyev 25 ilin deputatıdır. Hər halda onun imzasıyla obyekt satılıb. Dünyanın başqa ölkələrində olsaydı, bu iş üçün dövlət kredit də ayırardı. Mən kredit istəmirəm. Obyektə dövlət sənədinin verilməsindən başqa heç nə lazım deyil”.
“Azərittifaq”ın sədr müavini Fəxrəddin İsmayılov “Hürriyyət”ə müsahibəsində bildirib ki, hazırda bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi müraciət hazırlanır. O, Əmlak Məsələləri Dövlət Xidməti yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir üzrə filialına gənc kadrların gəldiyini, bu baxımdan da süni problemlərin yaşandığını qeyd edib. Fəxrəddin İsmayılov vurğulayıb ki, dəfələrlə məsələnin həllinə çalışsa da bu mümkün olmayıb. Hətta, özü də bu tip məsələlərlə bağlı Reyestr Xidmətinin Şəmkir üzrə İdarəsində olub. Lakin, laqeyd münasibətlə üzləşib.
Məsələylə bağlı Əmlak Məsələləri Dövlət Xidməti yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qaynar xəttiylə əlaqə saxladıq. Telefonumuza cavab verən operator problemin həllində yardımçı ola bilməyəcəyini, bu baxımdan qurumun Şəmkir üzrə İdarəsiylə əlaqə saxlamağımızı məsləhət bildi. Gün ərzində dəfələrlə Şəmkir üzrə İdarəylə əlaqə saxlamağa çalışsaq da təəssüf ki, zənglərimizə cavab verilməyib.
Ölkə başçısı dəfələrlə çıxışlarında sahibkarlara süni problemlərin yaradılmamasını qeyd edib. Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin – iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı nəzərə alan ölkə Prezidenti milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışır.
Görünən odur ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nəzarətsiz qalan Şəmkir üzrə ərazi İdarəsi sahibkarlara süni problemlərin yaradılmasıyla məşğuldur. Belə olmasaydı, qurumun Şəmkir İdarəsindən obyektin sənədləşdirilməsi üçün tarixə qovuşan Şəmkir Xalq Deputatları Sovetinin qərarı istənilməzdi./Gundelik-baku.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəmkir sakini özünü güllələdi

    Şəmkir sakini özünü güllələdi ...

    6-06-2016, 12:36

  • 
  • Şəmkir sakinindən tapança götürülüb

    Şəmkir sakinindən tapança götürülüb ...

    11-07-2018, 15:26

  • 
  • Şəmkir sakini bıçaqlanıb

    Şəmkir sakini bıçaqlanıb ...

    6-03-2017, 01:36

  • 
  • Arif Qaraşov Eldar Mahmudovla üz-üzə gəldi - Səbəb

    Arif Qaraşov Eldar Mahmudovla üz-üzə gəldi - Səbəb ...

    18-05-2020, 21:37

  • 
  • Şəmkir rayon sakini dəm qazından zəhərlənib  Böyüt

    Şəmkir rayon sakini dəm qazından zəhərlənib Böyüt ...

    5-02-2017, 21:06


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu