Abşeron Rayon Xırdalan şəhər 1 saylı köhnə Notariat kontorunun yaxınlığındakı yaşayış binalarının əhatəsində onlarla ağaclar naməlum şəxslər tərəfindən kəsilərək məhv edilib.
Sakinlər iddia edirlər ki, bir çox ağaclar kəsildikdən sonra, şam ağaclarını da kəsməyə cəhd ediblər.
Redaksiyamıza verilən məlumata görə sakinlər mənzil istismar sahəsinin əməkdaşlarının susqunluğunu görərək etiraz etməyə başlayıblar.
Məsələ ilə bağlı Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə əlaqə yaratmağa cəhd etsək də baş tutmadı. Sakinlərlə apardığımız danışıqlardan aydın olur ki, kütləvi ağac qırğınına səbəbkar olan şəxslər yerli məmurlardan aldıqları sifarişlər əsasında həyata keçiriblər. Mövzu diqqətimizdədir. Araşdırmalarımızı davam etdirəcəyik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?