GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rövşən Əkbərov, Nəcməddin Sadıkov...Zakir Həsənov onlarla necə işləyib? - İLGİNC GƏLİŞMƏ

Rövşən Əkbərov, Nəcməddin Sadıkov...Zakir Həsənov onlarla necə işləyib? - İLGİNC GƏLİŞMƏ

Tarix: 29-03-2021, 10:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 628
Rövşən Əkbərov, Nəcməddin Sadıkov...Zakir Həsənov onlarla necə işləyib? - İLGİNC GƏLİŞMƏ


Emilio Mola indi necə də Azərbaycanın Nəcməddin Sadıkovunun şedevr prototipinə oxşayır. Ən azı hakimiyyətin öz deputatlarının və ekspertlərinin mülahizələri, o cümlədən ayrı-ayrı jurnalistlərin, qazilərin səsləndirdiyi ağılasığmaz fikirlər belə təəssüratlar, analogiyalar yaradır.

E.Mola bir ispan generalıdır. Elə “5-ci kolon” ifadəsi də onun adı ilə bağlıdır. Təsəvvür edin, 1936-cı ildir. General Madridə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə tabeliyində olan 4 ordu kolonundan əlavə şəhərin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək “beşinci kolon”a sahib olduğunu elan edir.
Və həmin “5-ci kolon” insanlar arasında panika yayır, sabotaj törədir, diversiya və şpionluqla məşğul olur. Nəhayət, tarix göstərir ki, Mola bu qüvvələrin gücünü şişirdirmiş. Azərbaycan da bu baxımdan İspaniyanın kral Franko dövrünə qismən bənzəyir. Amma “5-ci kolon” şişirdilməyib.
Anaxeber.info bütün parametləri ilə Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun general Molaya oxşadığını təhlil edir. Ordu içində ordu, gizli şəbəkə, vurulan ağır zərərlər, “Tərtər işi”ndən tutmuş general Rail Rzayev məsələsinə qədər proseslər N.Sadıkov adı ilə bağlanır. Elə Franko dönəmi də yuxarı-aşağı belə olub.
İndi əllərini belinə qoyaraq təkəbbürlə dayanan və Dubay kefi yaşayan keçmiş Qərargah rəisinin bu “əzələ nümayişi” dövlətə meydan oxumaqdır, xalqı özündən yad bilməkdir, xəbis adam xislətidir.
Martın 28-də isə onun hava limanında daha bir fotosu yayıldı ki, Dubay istirahətindən qayıdıb, əsl Novruz tətili yaşayıb. Bunu iki cür şərh etmək olar; ya Sadıkova yaxın qüvvələr məqsədli şəkildə onun görüntülərini yaymaqla barəsində səslənən xəyanət ittihamlarına görə qarşı tərəfə acıq verirlər, yəni, baxın, sizi saymıram, öz kefimdəyəm, ya da keçmiş qərargah rəisi üçün “əcəl zəngi” çalınır və onun həbsinə gedən yolda dosyesi hazırlanır, növbəti Rövşən Əkbərov hadisəsi gözlənilir.
Eyni zamanda iqtidara yaxın deputat Fazil Mustafanın belə onu tənqid etməsi, “30 il Müdafiə Nazirliyində dincəlib, Dubayda istirahəti təəccüblü deyil” söyləməsi Sadıkovun hakimiyyət tərəfindən çoxdan qələminin qırıldığını isbat edir.
Lakin Ordu daxilində gedən latent proseslərdə sual doğuran mühüm bir nüans ondan ibarətdir ki, N.Sadıkov, R.Əkbərov kimi Azərbaycana xidmət etmədikləri deyilən bu qüvvələrlə bəs müdafiə naziri Zakir Həsənov necə işləyib? Bundan sonra onun nazir vəzifəsində qalması nə dərəcədə düzgün və ədalətli olar?! Z.Həsənov bu şəxslərin əməllərindən agah olmayıbmı?
Axı prezident özü işarə vurmuşdu ki, əməliyyata Ağdam istiqamətindən başlamaq istənilirdi, razı olmadıq, çünki daha çox itki veriləcəkdi və bu eyhamlı sözləri ilə hansı xain güclərin Ordumuzun müzəffər qələbəsinə əngəl yaratmaq istədiyini diqqətə çatdırmışdı.
Məgər müdafiə nazirinin bu planlardan xəbəri olmayıb?Ona görə də orduda islahatlar gedirsə, ilk növbədə nazir postundan başlanması tövsiyə olunur. Çünki Z.Həsənov N.Sadıkov və R.Əkbərovla işləyib, prezidentə xoşagəlməz hallar barədə heç bir raport təqdim etməyib.
Bu xoşagəlməz dediyimiz hallar isə əslində böyük bir cinayətdən, qandonduran işgəncələrdən, günahsız hərbçilərin “Tərtər işi” üzrə qurban olmasından ibarətdir.

Və bu işlərin başında Qarabağ qazisi Rey Kərimoğlu bildirir ki, Sadıkov və onun Müdafiə Nazirliyində vəzifə tutan bacısı oğlu Ramil Əsgərov dayanır. “Tərtər işi” ilə bağlı oxşar iddianı ekspert Ərəstun Orucu da dilə gətirib. Hətta general R.Rzayevin qətlində sabiq qərargah rəisinin əli olduğunu qeyd edib.
Elə qazi Rey Kərimoğlu bu günlərdə MusavatTV-nin canlı efirində bildirmişdi ki, Sadıkovun orduda təsirləri heç də aradan tam qalxmayıb, yeni təyin olunan korpus komandiri Mübariz Rzayev də onun kadrlarından biridir, orduda yeyintilərin, xain şəbəkənin başında da keçmiş Baş Qərargah rəisi dayanır. Bütün bunlardan sonra müdafiə naziri Zakir Həsənovun vəzifədə necə və nə qədər müddət qalacağı maraq doğurur. Onsuz da 44 günlük müharibədə ofsayd vəziyyətinə salınmaqla, Həsənov-Sadıkov-Əkbərov triosuna Ali Baş Komandan tərəfindən artıq münasibət sərgilənib, yəni “davay do svidaniya...”
Bu yaxınlarda Gələcək Azərbaycan Partiyası (GAP) sədri Ağasif Şakiroğlunun da müdafiə naziri istefaya səsləməsi, cəmiyyətdən gələn çağırışlar göstərir ki, Orduda tamamilə radikal islahatların vaxtı yetişib.
Hətta deputat F.Mustafa qeyd etmişdi ki, “5-ci kolon” daha çox ordu sferasındadır və bu güclərin oradan daha çox təmizlənməsinə ehtiyac var. Bunu heç də jurnalist təxəyyülü, ya da müxalifət lideri söyləmir.
ADP sədri Sərdar Cəlaloğlu isə Musavat.com-a video müsahibəsində qeyd edib ki, N.Sadıqov Rusiyanın maraqlarına xidmət edib.
Onun fikrincə, Qarabağda proseslərin aktiv vaxtında Dubayda istirahəti onun xalqımıza yad biri olduğunu göstərir. S.Cəlaloğlu hesab edir ki, N.Sadıqov barəsində cinayət işi başlanmalıdır:
“Nəcməddin Sadıqov orduya xəyanətkar qüvvələr yerləşdirib. Tərtər polkunda əsgərlər işgəncəyə məruz qalıb və bu işlərin arxasında onun bacısı oğlu dayanıb”.
Bu ittihamlar araşdırma aparılmasını, nazirliyin münasibət bildirməsini diktə edir. Prezident bəyan etmişdi ki, biz Türkiyə ordusunun kiçik modelin yaradırıq, o zaman ordudakı rusbaşlardan, 5-ci kolondan tezliklə xilas olmalıyıq.../anaxeber.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nəcməddin Sadıkov ordudan NECƏ QOVULUB?.. - ŞOK İDDİA

    Nəcməddin Sadıkov ordudan NECƏ QOVULUB?.. - ŞOK ...

    19-02-2021, 20:00

  • 
  • Nəcməddin Sadıkov Belarusa gedib

    Nəcməddin Sadıkov Belarusa gedib ...

    21-08-2018, 15:21

  • 
  • Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan Ordusundan ehtiyata buraxılıb

    Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan ...

    28-01-2021, 13:31

  • 
  • Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu

    Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu ...

    28-01-2021, 10:54

  • 
  • “Prezidentin tənqid etdiyi məmurlar Rusiyanın adamlarıdır“ - Şok açıqlama

    “Prezidentin tənqid etdiyi məmurlar Rusiyanın ...

    2-02-2021, 16:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu