Gənclərə etimad göstərmək, yüksək vəzifələrə, böyük rayonlara icra başçısı təyin etmək təqdir olunmalıdır. Ancaq gənc icra başçıları da bu etimadı doğrultmağa çalışmalıdır.
Təsəsvvür edirsiniz 35-36 yaşlı cavanlar rayonlara icra başçısı təyin olunur. Bu icra başçılarının xanımları Bakıda müxtəlif vəzifələrdə çalışırlar, uşaqları orta məktəblərdə oxuyurlar. Və bu səbəbdən icra başçılarının bir ayağı icra başçısı olduğu rayonda, bir ayağı isə Bakı şəhərində olur. Yəni gənc icra başçıları Bakı ilə rayon arasında qalırlar. Yəni bunların vaxtının çox hissəsi Bakıda keçir. Belə icra başçılarından biri də Azərbaycanın ən gənc, 35 yaşında Ağstafaya rəhbər təyin olunan icra başçısı Seymur Orucovdur. Seymur Orucovun problemi təkcə bu deyil. Bu şəxs haqqında ''Gündəlik Bakı'' olaraq dəfələrlə yazmışıq. Yazmışıq ki, icra başçısı dəyəri 350 min manat olan 10 NK 200 dövlət qeydiyyat nişanlı amerikan istehsalı olan GMC Yukon Denali markalı avtomobilin sahibidir. Ancaq avtomobil İcra başçısının qardaşı Vasif Orucovun adına sənədləşdirilib. Hətta deyilənə görə, avtomobil zirehlidir. Görəsən Orucovlar ailəsi kimdən və nədən ehtiyat edir? Mənbənin məlumatına görə, avtomobili başçının həyat yoldaşı Çeşmi xanım idarə edir. Çeşmi xanım Maştağa qəsəbəsində bağça müdirəsidir. Yazmışıq ki, icra başçısı dəyəri 350 min olan avtomobili hansı pulla alıb? Sonra yazmışıq ki, Ağstafanın icra başçısı Seymur Orucov rayondakı problemlərə laqeyd, səhlənkar yanaşır. Qısa məlumat üçün bildirək ki, Ağstafa Rayonu İcra Hakmiyyətinin nəzdində olan Ağstafa Mərkəzi stadionu bərbad vəziyyətdədir. Sabiq icra başçı Məhərrəm Quliyevin dövründə yəni, 2019-cu ildə stadionun 2 meydançası təmir adı ilə sökülüb. Hazırda da stadionun meydançaları təmir olunmur, ətraf məkan çirkab içərisindədir. Şəhər sakinləri bildirib ki, məsələ ilə bağlı yeni icra başçısı Seymur Orucova müraciət etsələr də, şikayətə baxan olmayıb. Seymur Orucov deyib ki, bu məsələ məndən qabaqkı icra başçısının vaxtında olub, mənə dəxli yoxdur. Çox maraqlıdır ki, özünü bir neçə əcnəbi dildə danışan adam kimi göstərib ancaq ingils dilini bilməyən, ''xaricdə təcrübə keçən'', dissertasiya müdafiə edən Seymur Orucov bilmir ki, dövlət idarəetməsində “məndən qabaq, məndən sonra “ yoxdur. Bütün baş verənlərə görə, dövlət və dövlətin təmsilçisi məsuliyyət daşıyır. Bunu Məhərrəm eləyib, yoxsa Seymur söhbəti ola bilməz. Sən icra başçısı kimi Perzidentin rayondakı nümayəndəsi olaraq bütün problemlərlə bağlı dərhal məlumat verməli və məsələnin həlli üçün çıxış yollarını göstərməlisən. Bunu keçmişin üstünə yıxmaq dövlət tərbiyyəsində yoxdur, cənab Orucov ! Bunu sənə dayın Həmkarların sədri Səttar Mehbalıyev, ya da qaynatan keçmiş rektor Şəmsəddin Hacıyev başa salmayıb ? Axı, siz gəncləri icra başçısı təyin edəndə möhtərəm Prezident İlham Əliyev cənabları sizi başa saldı ki, siz xalqın xidmətçisiniz, gedin xalqa qulluq edin. Siz isə başçılıq etdiyiniz, rəhbəri olduğunuz rayonda 1 həftə dayana bilmirsiniz. İki gündən bir Bakıya qaçırsınız. Axı, siz Bakının deyil, Ağstafanın rəhbərisiniz, Seymur müəllim ! Cənab prezident sizin kimi 34 yaşlı gəncə etibar edərək Ağstafa kimi rayona icra başçısı təyin edib. Bundan böyük etimad olarmı ? Amma siz etimadı itirə-itirə gedirsiniz. Bu günlərdə YAP Gənclər Təşkilatının sədri kimi mühüm vəzifənizi itirdiniz. Artıq partiyanın Siyasi Şurasının üzvü də deyilsiniz. Bunlar sizə nəsə demir ?
P.S. Hörmətli Seymur müəllim ! Bir media olaraq bizim hədəfimiz reallıq və aşkarlıqdır. Bu yolda məqsədimiz Prezidentimizin haqq işinə dəstək olmaqdır. Sizdən yeganə xahişimiz odur ki, bəzi jurnalistlərin sizə görə bizdən xahiş etməsi niyyətində olmayın. Və kabinetinizdə əyləşib gizli nömrədən redaksiyamızın telefonuna zəng etməyin. Öz mövqeyinizi açıq və aşkar şəkildə bizə bildirsəniz, biz onu işıqlandırmağa hazırıq. Buna əmin ola bilərsiniz.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?