"İnsan nə qədər həyasız olmalıdır ki, 10 ildir Rusiyada yaşayan, Qubaya ayağı dəyməyən - ZEYNALOV AFƏR AĞANUR oğlunun 13 fevral 2019-cu ildən 23 may 2019-cu ilə kimi Quba Məişət Tullantılarının Zərərsizləşdirilməsi Xidmətində işlədiyini iddia etsin, onun adına kart açdırsın, maaşını alsın."
Gundemxeber.Az yazır ki, bunu araşdlrmaçı jurnalist Cəmil Məmmədli yazıb. daha sonra Cəmil Məmmədli yazır: "Hanı dövlət? Hanı DTX? Hanı bu ölkənin sahibləri? Siyahı burda, mən burda, Quba da orda, araşdırın da... Bircə açıq məhkəmə iclası keçirməyə hünəri çatmayanlardan mən nə tələb edə bilərəm ki? Belə bir ölkənin vətəndaşı olduğum üçün, çox bədbəxtəm!!!
Məhkəmə bütün bu faktların gizli qalması üçün qapalı keçirilir!!! Günümə bax ki, məhkəmə salonunda danışa bilmirəm, facebookda yazıram. Buda mənim dövlətim!!!
P. S. Əslində Rusiya vətəndaşı olan, sonuncu dəfə Azərbaycanda 2017-ci ildə qonaq olan Afər qardaşımızla əlaqə saxladıq. Bu da pasportunun surəti:
Ancaq Ziyəddin Əliyevin 200 nəfərlik kart siyahısında adamın adı keçib, guya maaş alıb!"
Yuxarıda adı çəkilən faktla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?