Hörmətli Bacılar və Qardaşlar! 1918-ci ilin Martında bolşevik rusiyasının silahlandırdığı ermənilər tərəfindən törədilmiş Türk – Müsəlman Soyqırımının Anım Günüdür! Cəmiyyət, Millət, Dövlət olaraq qətlə yetirilmiş insanlarımızın haqqlarını ödəməmişik. Türk və Müsəlman olduqlarına görə, qətlə yetirilənlərin coğrafiyası - Güneyli – Quzeyli Azərbaycan və Türkiyə əraziləri idi.. 1918-ci ildə törədilən soyqırım nəticəsində Çəmbərəkənd qəbiristanlığı Şəhidlər Xiyabanına çevrildi... Rus - bolşevik hakimiyyəti Şəhidlərin uyuduğu son məkanı dağ üstü parka çevirib, Millətin köksünə dağ çəkdi, orada Azərbaycan – Türk düşməni Kirovun heykəlini ucaltdı... Türk – Müsəlman soyqırımın nəticəsini düşmən də, dost da qiymətləndirdi. Düşmən bizi bitmiş saydı. Dost əl tutdu. Azərbaycan Cumhuriyyətinin baş kəndini – Bakını işğaldan azad etdi... Bir olub, birlikdə olub Cumhuriyyət quran Dədələrimiz - Gündoğana, Günbatana, Dünyaya və bizə örnək oldular... Sovet Hakimiyyətinin sonrakı davamçıları, ötən əsrin 70-ci illərində Türk - Müsəlman soyqırımının – ideya müəllifi, icraçı - rəhbəri, Türk düşməni Şaumyanın heykəlini fəxrlə ucaltdı... Türk – Müsəlman Soyqırımı həyata keçirənlər, Quzey Azərbaycanda bütün quruluşlarda, bütün hakimiyyət və hökumətlərdə oldular... Bu gün Türk - Müsəlman soyqırımını həyata keçirənlərin tör- töküntülərinin, davamçılarının, qan qardaşları və bacılarının olmadığı bir dövlət strukturu belə, yoxdur... Bizi, Türk və Müsəlman olduğumuza görə qətl etdilər. Türk - Müsəlman soyqırımları bu gün də davam edir. Tariximizi tərs yazanlar yenə yuxarı başda! Tarixdən ibrət almaq istəyən hökumətimiz yox... Bu günkü iqtidar Azərbaycanın şərəf tarixi olan - AXC hakimiyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının materiallarını milyon tirajla nəşr etməlidir. Bu materiallar hər bir vətəndaşımızın istifadəsində olmalıdır. Fövqəladə Təhqiqat Komissiyasının materialları dünyaya çardırılmalıdır. AXC hökumətinin qərarına uyğun olaraq, Fövqəladə Təhqiqat Komissiyasının materialları - “ rus, fransız, alman və təbii ki, Türk”... – dillərində nəşr olunmalıdr. İndi hakimiyyətdə olanların hər sözü keçərlidir. Onların, babalarının istifadə etdiyi: - “İtə ataram, yada satmaram” - qiymətli Atalar sözünün qulaqlarınızda sırğa olması vacibdir... Millətin tarixini unutdurmaq siyasətinin nəticəsi - bu günkü problemlərimizdir. Əziz Bacılar! Hörmətli Qardaşlar! Ruhları şad olsun qətl edilən Bacı, Qardaşlarımızın! Onların qarşısında olan borclarımızı yerinə yetirməyi ALLAH nəsibimiz etsin!”
Sorğu
Yeni dizaynımız necədir?