GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Kəlbəcərin işğal edilməsinin başında o adam dayanıb” - İTTİHAM

“Kəlbəcərin işğal edilməsinin başında o adam dayanıb” - İTTİHAM

Tarix: 1-04-2021, 11:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 562
“Kəlbəcərin işğal edilməsinin başında o adam dayanıb” - İTTİHAM


44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Eyni zamanda illərlə Azərbaycan xalqına, dövlətinə xəyanət edənlərin də bir daha təsbit olunmasına, özlərini ifşa etmələrinə yol açdı. Əslində bu zatların 1-ci Qarabağ savaşından kimlikləri bilinirdi. O dövrdəki əməlləri də unudulmayıb. 2020-ci ilin sentyabrında başlanan və şanlı tarix səhifəmizə çevrilən müharibənin qızğın çağında 2 generalın ordudan uzaqlaşdırılması xəbəri bir anda cəbhə bölgəsindən gələn xəbərlər sırasından önə keçdi. Ordudan qovulanlar Rövşən Əkbərovla Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov idi. Rövşən Əkbərov artıq həbs olunub. Nəcməddin Sadıkov isə gah Rusiyada, gah Dubayda peyda olur. Azərbaycanda isə orduya yaxından-uzaqdan bələdçiliyi olan hər kəs onu yaxşı tanıyır. Nəcməddin Sadıkovun yenidən vəzifəyə qaytarılması xəbərləri də bu baxımdan olduqca neqativ qarşılanır.

“Kəlbəcərin verilməsində ən böyük “xidməti” Nəcməddin Sadıkov göstərib”

Siyasi elmlər doktoru, professor, Qarabağdakı hadisələrin təfsilatını aydınlaşdırmaq üçün 1993-cü ildə yaradılan deputat istintaq komissiyasının 15 üzvündən biri Cümşüd Nuriyev “Yeni Müsavat”a deyib ki, Nəcməddin Sadıkovun barəsində bu gün də cinayət işi var: “1993-cü ildə deputat istintaq komissiyası araşdırma apardı, məlum oldu ki, Kəlbəcərin verilməsində ən böyük xidməti Nəcməddin Sadıkov göstərib. Əvvəlcə 703 saylı briqadanın komandiri idi, sonra da korpus komandiri oldu. Məlum oldu ki, bu adam Rusiya hərbi kəşfiyyatının elitasına daxildir. 10 illərlə yetişdirilə bilən bir kadrdır. Adam Azərbaycan torpaqlarını təhvil verə-verə Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olub. 44 günlük müharibə göstərdi ki, Nəcməddin Sadıkov əvvəlki xidmətini davam etdirir, Azərbaycana xəyanətləri dayandırmayıb”.

Bu gün də Rusiya Nəcməddin Sadıkovu müdafiə edir?

“Rusiya bu gün də onu müdafiə edir, itirmək istəmir. Çünki Nəcməddin Sadıkov Azərbaycan Müdafiə Nazirliyi sisteminə A-dan Z-yə qədər bələd olan yüksək rütbəli biridir. Digərlərinin əli ilə Rusiya Azərbaycana qarşı hərbi sahədə istədiyi səviyyədə təxribat hərəkətlərini gerçəkləşdirə bilmir. Nəcməddin Sadıkov isə bu işi yüksək səviyyədə həyata keçirmiş kadrdır, ona inanırlar. Onun arxasında Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsi, Baş Kəşfiyyat İdarəsi dayanır”.

“Bilə-bilə ki, Nəcməddin Sadıkov bu millətə, bu dövlətə xəyanət edir, dayanıb baxırsız”

Politoloq deyir ki, 1993-cü ildə deputat istintaq komissiyasında Nəcməddin Sadıkovun Rusiya Baş Hərbi Kəşfiyyat və Baş Kəşfiyyat İdarələrinə bağlılığı, onların yetişdirdiyi kadr olması haqda məlumat olub: “O zaman Müdafiə Nazirliyinin generalları ilə bu mövzuda söhbət oldu. Dedim ki, nazirlikdə bir vətənpərvər, Vətən üçün canında keçə bilən kadr yoxdur ki, bunu aradan götürsün? Bu adam yüzlərlə, minlərlə Azərbaycan hərbçisinin qanına bais olub. Bu adam xəyanətkar fəaliyyətini vəzifədə olduğu bütün dövrlərdə davam etdirib. ”Tərtər işi"ndə, “Tovuz işi”ndə, digər işlərdə də bunu gördük. O zaman söhbət zamanı dedim ki, aranızda bir kişi yoxdur ki, bunu koridorda vurub yıxsın? Dedilər ki, yaxşı deyirsən, amma biz neyləyək? 5 general vardı söhbətdə, dedim 1 adam tapıb bunu sıradan çıxar bilmirsiz? Bilə-bilə ki, Nəcməddin Sadıkov bu millətə, bu dövlət ə xəyanət edir, dayanıb baxırsız. Adam birmənalı şəkildə 30 ildir ki, Azərbaycana qarşı hərbi terror həyata keçirir".

“Bunu bütün millət bilsin”

Politoloq deyir ki, Nəcməddin Sadıkovun yenidən vəzifəyə qaytarılması 44 günlük müharibə dönəmində işğaldan azad edilən Azərbaycan torpaqlarının geri qaytarılması demək olacaq: “Nəcməddin Sadıkovu vəzifəyə qaytarsalar, tam məsuliyyətlə deyirəm, deməli, Azərbaycan Qarabağdan əl çəkir. Bunu bütün millət bilsin. Bu adam o zaman Kəlbəcəri ermənilərə təhvil verdi. Vəzifəyə qaytarsalar Şuşanı və ya Hadrutu ermənilərə qaytaracaq. Nəcməddin Sadıkov tam şəkildə millətimizi sevməyən, bu millətə düşmən olan, qənim kəsilən adamdır”.

“Barəsindəki xəyanət dosyeləri mediada kifayət qədər yayılıb”

“Nəcməddin Sadıkovu 44 günlük müharibənin ortasında ordudan sakitcə yola saldılar. Bir müddət üzə çıxmadı və bir neçə gün əvvəl dəniz çimərliyi paltarında, qolunda saat Dubayda peyda oldu. Maraqlı detal da bu idi ki, Nəcməddin Sadıkov saata baxır, sanki geri qayıtma saatına az qalmasına işarə edirdi”.

“Onun geri qaytarılması mümkündürmu” sualına politoloq “Nəcməddinin vəzifəyə geri qaytarılacağına inanmıram. Barəsindəki xəyanət dosyeləri mediada kifayət qədər yayılıb” deyə cavab verdi.

“O, birmənalı şəkildə ifadə verib ki, Kəlbəcəri ermənilərə təhvil verən Nəcməddin Sadıkovdur”

Maraqlıdır ki, Azərbaycan Hərbi Prokurorluğu Nəcməddin Sadıkov barəsində cinayət olub-olmaması haqda sorğuları da cavabsız buraxır. Bunun səbəbi nədir?

“Kəlbəcərin işğal olunması ilə bağlı cinayət işində Nəcməddin Sadıkovun adı birbaşa əsas fiqurant kimi keçir. General-mayor Zadir Rzayev var, ifadə verib ki, Kəlbəcəri ermənilərə təhvil verən Nəcməddin Sadıkovdur. Kəlbəcərin verilməsi işinin başında duran şəxs kimi məhz Nəcməddin Sadıkovun adını çəkib. O zaman Nəcməddin Sadıkovun əvəzinə Əzizağa Qənizadəni tutdular. 701 saylı briqadanın komandirini tutub onun əvəzindən mühakimə etdilər. Azərbaycanın Hərbi Prokurorluğunun bu qədər qorxmasına ehtiyac yoxdur. Dövlətin maraqları olan yerdə qorxunu bir kənara qoyub vəzifələrini yerinə yetirməlidirlər. Ali Baş Komandana heyranam ki, bu qədər satqının, xəyanətkarın, qorxağın içində 44 günə Qarabağı işğaldan azad etdi. 44 günlük müharibə Rusiyanın uşaqlarını tam olaraq ortaya çıxardı. Nazirindən tutmuş yerlərdə ruslara-ermənilərə işləyənlər məcburən özlərini göstərməli oldular. Bu gün xəyanətlərdə əli olan, Rövşən Əkbərovdan sonra həbs olunası 4-5 general da var. Bu generallar da xəyanətkardır. Parket generalları var, kabinetdən çıxmayıb general rütbəsi alıblar. Özləri də, uşaqları da bu gün də Müdafiə Nazirliyini dağıtmaqla məşğuldurlar. Müharibə əsl hərbi generalların kimlər olduğunu göstərdi: Hikmət Mirzəyev, Kərəm Mustafayev, Kərəm Vəliyev, Mais Bərxudarov, Yaşar Aydəmirov və Heydər Piriyev. Bu gün Azərbaycan Müdafiə Nazirliyində 35 general var. Çinin 1 milyon 200 minlik ordusu var, orada cəmi 196 general var. Azərbaycanın hüquq-mühafizə orqanlarında isə generalların sayı 220-ni ötüb. Bu say Rusiya uşaqlarının hesabınadır”./“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İzləri Qarabağ müharibəsində itən 2 generalın sirri - Sadıkovla Əkbərov haradadır?

    İzləri Qarabağ müharibəsində itən 2 generalın ...

    15-12-2020, 12:52

  • 
  • Nəcməddin Sadıkov Belarusa gedib

    Nəcməddin Sadıkov Belarusa gedib ...

    21-08-2018, 15:21

  • 
  • Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan Ordusundan ehtiyata buraxılıb

    Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov Azərbaycan ...

    28-01-2021, 13:31

  • 
  • Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu

    Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu ...

    28-01-2021, 10:54

  • 
  • İş adamlarının dövlətlərarası qanunsuz biznes əlaqəsi: - Gömrükdə onları kimlər himayə edib?

    İş adamlarının dövlətlərarası qanunsuz biznes ...

    15-12-2020, 12:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu