GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gənc icra başçısı fermerleri işləməyə qoymur - Neftçalada torpaq alveri

Gənc icra başçısı fermerleri işləməyə qoymur - Neftçalada torpaq alveri

Tarix: 1-04-2021, 12:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 342
Gənc icra başçısı fermerleri işləməyə qoymur - Neftçalada torpaq alveri


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyatın üzərindən bir ildən artıq vaxt ötüb.
Ötən ilin fevralında DTX Neftçala Rayon İcra Hakimiyyətində icra başçısı İsmayıl Vəliyev də daxil olmaqla vəzifəli şəxslərin həbsi ilə müşayiət olunan əməliyyat keçirib.
İsmayıl Vəliyev 2019-cu ilin sonlarından başlayan anti-korrupsiya əməliyyatlarında həbs edilən ikinci icra başçısı idi. Ondan əvvəl DTX-nin əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin “qonağı” olmuşdu.
İcra hakimiyyətlərində keçirilən əməliyyatlar, rayon rəhbərlərinin cinayət başında yaxalanması və əməliyyat çəkilişlərinin ictimailəşdirilməsi korrupsiyaya qarşı mübarizənin yeni rəng aldığını göstərirdi. Bundan əvvəl görülən tədbirlərdə daha çox xırda çinovniklər məsuliyyətə cəlb edilirdi. Bu baxımdan, cəmiyyət anti-korrupsiya aktlarını imitasiya hesab edirdi.
İcra başçılarının həbsi isə, həm də yerli idarəetmədə dəyişiklik olacağına, rayon rəhbərlərinin özlərini padşah kimi aparmalarına son qoyulacağına ümidləri artırdı. Bununla belə, yenə bölgələrdən yerli icra hakimiyyətlərinin qanunsuz əməlləri ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Bu sırada xüsusilə Neftçala rayonunun adını çəkmək olar.
Məlumat üçün deyək ki, hazırda rayonun rəhbəri Mirhəsən Seyidovdur. Bir ildən artıqdır Neftçalaya rəhbərlik etməsinə baxmayaraq, gənc icra başçısı barədə çoxsaylı şikayət və narazılıq var.
Rayondan daxil olan şikayətlərdə iddia edilir ki, icra başçısı faktiki olaraq fermer təsərrüfatının inkişafına əngəl olur. İddialara görə, fermerlər icarəyə götürdükləri torpaqlarla bağlı müqaviləni uzatmaq istədikdə müəyyən şərtlərlə qarşılaşırlar.
“İcarə müaviləsi bitdikdən sonra ilk olaraq torpaq icarədara təklif olunmalıdır. Düzdür, təklif olunur, amma bunun şərti var. Torpağın hər hektarına görə min manat pul ödəməlisən. Bu pulu vermədikdə torpaq hərraca çıxarılır və şərtlərə əməl edənlərə verilir”, - rayondan gələn xəbərlərdə deyilir.
Bildirilir ki, müqaviləsi başa çatmayan fermerlər də icarələrində olan torpağa görə qeyri-rəsmi rüsum ödəməyə məcbur edilir: “Onlardan hər hektara görə 70 manat istənilir. Bundan imtina edən fermerlərdən həmin torpaqlar ən müxtəlif üsullarla alınır, yaxud onların fəaliyyətinə maneələr yaradılır. Məsələn, texnika sahəyə buraxılmır, yaxud hansısa bəhanə ilə torpaqda əkin-biçin aparılmasının qarşısı alınır və s.”
İddia olunur ki, bu işlərin başında Neftçala Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi Zaur Kərimov dayanır.
Zaur Kərimov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyinin yerli şöbəsinin müdiri olub. İşində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Lakin hansısa "sehrli əlin" dəstəyi ilə icra hakimiyyətində Baş məsləhətçi vəzifəsinə təyin edilib. Zaur Kərimovun qanunsuz əməlləri və buna görə işdən çıxarılması barədə mediada da yazılıb.
Bundan başqa, Neftçaladakı “torpaq alveri”ndə Vüsal adlı şəxsin də adı çəkilir. Bildirilir ki, bu şəxs hər hansı rəsmi vəzifə daşımır. Mirhəsən Seyidov onu özü ilə Bakıdan gətirib. Heç bir vəzifəsi olmayan Vüsal adlı şəxs icra başçısının sağ əli və “qara işlər”in icraçısı kimi tanınır.
Bu iddialarla bağlı HİT.Az Neftçala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumun İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Ruslan Süleymanlı iddiaları cavablandırmayıb.
Əməkdaşımız sektor müdiri Çiçək Adıgözlova ilə danışmaq istəyib. Ruslan Süleymanlı Çiçək xanımın iclasda olduğunu, onunla danışmaq üçün iki saat sonra əlaqə saxlamağı tövsiyə edib. İki saatdan sonra isə İnformasiya təminatı və təhlil sektorunun telefonları susub.
Növbəti gün əməkdaşımız yenidən sözügedən sektorla əlaqə saxlayıb. Bu dəfə Çiçək Adıgözlova ilə danışmaq mümkün olub. Lakin o, iddialara heç bir münasibət bildirməyib. Əməkdaşımız Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə yönəldib. Lakin şöbənin müdiri Elşən Əmirova edilən zənglər cavabsız qalıb.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi - Yenilənir

    DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi - ...

    20-02-2020, 13:17

  • 
  • Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev Tatlı və Köhnəqışlaq kəndlərində oldu

    Ağstafa rayon İcra hakimiyyətinin başçısı ...

    17-04-2019, 14:44

  • 
  • DTX-nin həbs etdiyi icra başçısı məhkəməyə çıxarılır

    DTX-nin həbs etdiyi icra başçısı məhkəməyə ...

    12-12-2020, 11:32

  • 
  • Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir, icra başçısının saxlanıldığı bildirilir

    Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat ...

    7-12-2020, 12:38

  • 
  • İcra hakimiyyətində əməliyyat keçirilir - 5 vəzifəli şəxs saxlanıldı + YENİLƏNİB

    İcra hakimiyyətində əməliyyat keçirilir - 5 ...

    19-08-2020, 13:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (488)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu