GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » AQİL “İBN” SUCAYEV HİRKAN MİLLİ PARKINI XARABA QOYAN “MILLİ ƏRƏBİMİZ”

AQİL “İBN” SUCAYEV HİRKAN MİLLİ PARKINI XARABA QOYAN “MILLİ ƏRƏBİMİZ”

Tarix: 5-04-2021, 10:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 579
AQİL “İBN” SUCAYEV HİRKAN MİLLİ PARKINI XARABA QOYAN “MILLİ ƏRƏBİMİZ”


Keçmiş Qaz Emalı Zavodunun direktoru olmuş, qaz vurub qazan doldurduğu vaxt çapdığı pullarla nəhayətsiz varidata, hətta bir müddət deputat mandatına da yiyələnmiş, özünü xalqa “Xəcalət” yazıçısı kimi sırımış Hüseyinbala Mirələmov kimə də pis olsa, — adamın başının üstündə Allahı var —  qohum-əqrəbasına yaxşı olub. Ən azından yaxşı dayı olduğunu demək olar.

Bu yazıda söhbət Hüseyinbala müəllimin bacısı oğlu, «Hirkan» Milli Parkının direktoru Aqil Sucayevdən gedəcək. O Aqil Sucayevdən ki, hazırki vəzifəsinə təyinat alanadək ilk əvvəl rayon Qaz İstismar İdarəsinin rəisi,sonra rayon mədəniyyət şöbəsinin müdiri, daha sonra regional mədəniyyət və turizm idarəsinin rəis müavini vəzifələrində çalışıb.

AQİL “İBN” SUCAYEV HİRKAN MİLLİ PARKINI XARABA QOYAN “MILLİ ƏRƏBİMİZ”


Həmin vəzifələri daşımayıb, vəzifələr onu çiynində ağır yük kimi daşıyıb. Fikri-zikri vəzifələrindən irəli gələn öhdəlikləri yerinə yetirmək yox, nəyin-bahasına olur-olsun pul qazanmaq, şəxsi maraqlarını güdmək olub. Regional idarədə rəis müavini işlədiyi dövrdə işə davamiyyəti qeyri-kafi olduğundan, ünvanına xəbərdarlıq məktubu gəlib ki, belə getsə, işdən kənarlaşdırılacaq.

AQİL “İBN” SUCAYEV HİRKAN MİLLİ PARKINI XARABA QOYAN “MILLİ ƏRƏBİMİZ”


Rəhbər vəzifəyə təyin olunmasından 4 ay keçməsinə baxmayaraq Sucayev heç bir dəfə də olsun ərazini yoxlamayıb. Çünki sağlamlığında problem olduğundan (ürəyində stend daşıdığından), onun səhhəti 40358 hektar ərazisi olan meşəni gəzməyə imkan vermir. Bütün bu məlumatlar bu günlərdə redaksiyamıza müraciət etmiş bir qrub təbiət təəssübkeşinin yazdıqlarında yer almışdır.        

AQİL “İBN” SUCAYEV HİRKAN MİLLİ PARKINI XARABA QOYAN “MILLİ ƏRƏBİMİZ”
  

Eləcə də bildirilir ki, fevral ayında baş verən yanğın nəticəsində 2 min hektar ərazi bütövlükdə yansa da, indiyədək səbəbi araşdırılmır, daha dəqiq desək, ört-basdır edilir.

AQİL “İBN” SUCAYEV HİRKAN MİLLİ PARKINI XARABA QOYAN “MILLİ ƏRƏBİMİZ”


Məlumatda həmçinin qeyd olunur: “Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib və son günlər 5-ə yaxın yük maşını içlik material müsadirə olunub, faktla bağlı araşdırma gedir. «Hirkan» Milli Parkında nizam-intizam çox aşağı səviyyədədir. İşçilər işə çıxmır. Rauf Əliyev adında işçi isə ümumiyyətlə heç vaxt işə gəlmir, müdir ondan qorxduğu üçün “gözün üstə qaşın var” deyə bilmir… Məhz Sucayevə əziyyət olmnasın, çox məsafə qət etməsin deyə idarənin Lənkəranda özəl iş adamının şəxsi binasına köçürülməsindən sonra müdir tərəfindən işçilərdən 30-35 manat pul yığılıb ki, idarənin icarə haqqı və kommunal xərcləri ödənilsin. Halbuki, idarənin Astarada yerləşən inzibati binasına Nazirlik tərəfindən bu təyinatlarla pul ayırılmışdı… «Xanbulan» gölünün ətrafında özbaşınalıq hökm sürür. Kustar qaydada çayxanalar açılıb və çoxlu sayda maşınlar göl ətrafına buraxılır. Pandemiya dövründə göldə anti-sanitariya baş alıb gedir. Əvvəllər çayçılar səyyar fəaliyyət göstərirdilərsə, indi özlərinə kustar üsulla çayxanalar qururlar. Həmin çayxanaların fəaliyyət göstərdiyi yerlərə nəzarət edən meşə nəzarətçiləri «Hirkan» Milli Parkının sahə müfəttişi Sahil Mikayılova aylıq haqq verirlər ki, o da öz növbəsində direktora çatdırır. «Xanbulan» gölündə həmçinin tilovla, torla, elektrik cərəyanı tətbiqi ilə kütləvi balıq ovu gedir. Bura polis də müdaxilə edə bilmir. Gölün qırağına düşməyə hər maşına görə 20-30 manat, piyada üçün də nisbətən az məbləğdə pul alınır…”

AQİL “İBN” SUCAYEV HİRKAN MİLLİ PARKINI XARABA QOYAN “MILLİ ƏRƏBİMİZ”


Redaksiyamıza verilmiş məlumatda vurğulanır ki, Aqil Sucayev dayısı Hüsüynbala Mirələmovun havadarlığı ilə kifayətlənməyib, dayaqlarını ikiqat artırmaq niyyəti ilə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun da himayəsinə sığınıb: “Hirkan» Milli Parkında baş verənlər, A.Sucayevin öz vəzifəsinin öhdəsindən gələ bilməməsi barədə vətəndaşlar tərəfindən dəfələrlə Nazirliyə müraciətlər ünvanlansa da, ciddi nəticə olmayıb. Xatırlanan odur ki, yalnız bir dəfə «Haftuni» meşəsinin 22-ci dolayında yoxlama aparılıb və külli miqdar qırıntı aşkarlanıb. Lakin yenə də heç bir tədbir görülmədən iş bağlanıb.

Hələ bir neçə ay əvvəl eyni səpkili şikayətlər «Dəryaz»qəzetinin redaksiyasına sızanda məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevlə görüşümüz olmuşdu. O vaxt Firudin Əliyev bildirmişdi ki, Aqil Sucayev hələ təzə təyin olunub, yəqin vaxt keçdikcə işin çəmini-təhərini öyrənib problemlərin həllinə nail olar. Lakin zaman göstərdi ki, get-gedə vəziyyət daha da pisləşir. Sucayev isə necə deyərlər, nə yardan doyur, nə də əldən qoyur. Havaların istiləşməyə doğru getdiyini, insanlarda meşə və göllərə yaxınlaşmaq meylinin güclənəcəyini nəzərə alsaq, təxmin edə bilərik ki, təbiətin bu əsrarəngiz parçasının qorunması ilə bağlı durum daha acınacaqlı olacaq. Çünki Sucayevin 3 xəstəliyi var – Ürəyi xəstədir, korrupsiya mərəzinə tutulub, sahənin bilicisi, peşəhkar olmamasına baxmayaraq layiq olmadığı vəzifənin düşkünüdür.



Hörmətli nazir Muxtar Babayevdən ricamız odur ki, Qaxda qanunsuz ov edən ərəb turistlərin “kitabını bağlayandan” sonra vaxt tapıb bu məqalədə qeyd olunan neqativ hallarla bağlı dürüst araşdırma aparılmasını istəyirsə, Hirkan Milli Parkını və onun direktoru – “milli ərəbimiz” Aqil Sucayevin işini yoxlamağa əvvəllər təşrif buyurmuş Hikmərt Əlizadəni, Hümmət Əliyevi deyil, bizim daha çox inandığımız ETSN məxfi şöbəsinin müdiri Elman Əliyevi ezam etsin.

Mövzuya qayıdacağıq./Deryaz.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hirkan Milli Parkı yanır

    Hirkan Milli Parkı yanır ...

    22-07-2014, 18:49

  • 
  • Hirkan Milli parkında baş verən yangın söndürülüb - YENİLƏNİB

    Hirkan Milli parkında baş verən yangın söndürülüb ...

    28-07-2018, 11:16

  • 
  • Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM

    Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM ...

    30-03-2016, 01:04

  • 
  • Əbülfəz Qarayev kimlərə vəzifə verdi

    Əbülfəz Qarayev kimlərə vəzifə verdi ...

    2-05-2014, 09:47

  • 
  • Mədəniyyət və Turizm İdarəsində yeni təyinat

    Mədəniyyət və Turizm İdarəsində yeni təyinat ...

    27-01-2016, 13:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu