GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İFLİC DURUMUNA DÜŞƏN SƏHİYYƏMİZ... - Bu dəfə baş redaktor NARAZILIQ EDİR

İFLİC DURUMUNA DÜŞƏN SƏHİYYƏMİZ... - Bu dəfə baş redaktor NARAZILIQ EDİR

Tarix: 20-04-2021, 14:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 347
İFLİC DURUMUNA DÜŞƏN SƏHİYYƏMİZ... - Bu dəfə baş redaktor NARAZILIQ EDİR


Azərbaycan səhiyyəsində yaşanan acınacaqlı durum bu gün əksər mətbu orqanların toxunduğu mövzulardan biridir. Hazırda elə bir vəziyyətə gəlib çıxmışıq ki, səhiyyə sistemində baş verən nöqsanların səbəbini bu sahəyə məsul olan hansı qurumda – Səhiyyə Nazirliyində, yaxud TƏBİB-də axtara bilmirik…

TƏBİB yeni yarandığı vaxtlarda bir çox insan bu quruma böyük ümidlər bəsləyirdi. Amma “sən saydığını say, gör fələk nə sayır”. COVID-19 bəlasından sonra peyda olan bu qurum, özünün yarıtmaz fəaliyyəti ilə Səhiyyə Nazirliyini də keçib. Heç olmasa, Səhiyyə Nazirliyi bəzi hallarda müraciətlərə operativ reaksiya verir. TƏBİB isə yarandığı gündən şablon bəyanatlar xaricində, lal ördək funksiyasını yerinə yetirir.

Məsələn, ötən həftə virusa yoluxmuş şəxsin vəziyyəti ağırlaşdığından, yaxınları redaksiyamıza müraciət etmişdi. Biz də ilk olaraq TƏBİB-lə əlaqə saxlamalı olduq. Lakin bu, heç bir halda mümkün olmadı. Daha sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşıyla əlaqə yaratmalı olduq. Müraciətimizlə bağlı 1 gün sonra cavab gəlsə də, heç olmasa Səhiyyə Nazirliyi problemlə maraqlanmışdı. Hansı ki, artıq xəstə tanışlıq vasitəsilə modul tipli xəstəxanalardan birinə yerləşdirilmişdi…

Onu da qeyd edək ki, artıq bir həftəyə yaxındır “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov və ailə üzvləri də COVID-19-a yoluxaraq, ev şəritində müailəcə alırlar. Hansı ki, baş redaktor da səhiyyə qurumlarının diqqətsizliyindən narazıdır: “Bir həftəyə yaxındır ki, ailəlikcə COVID-19-dan müalicə alırıq. Əslində, TƏBİB xəsətəxanadakı proseslərə nəzarət edir. Xəstəxanaya qədər olan prosesin TƏBİB-lə əlaqəsi yoxdur, bu proslərə qədər Səhiyyə Nazirliyi məsuliyyət daşıyır. Burda da çox ciddi problemlər var. Mövcud problemlər Azərbaycanda səhiyyə sisteminin olmamasının tam göstəricisidir. Çox ağır şərtlər qoyulub. Təcili yardım çağırırsan, həkim analiz götürmür. Halbuki, evdə 7 nəfər virusa yoluxub. Ailə üzvlərində virusun əlamətləri də var. Təcili yardımın əməkdaşları bildirir ki, əgər temperatur 37 dərəcə göstərmirsə, bu halda analiz götürə bilmərik. Ailəmizdə isə yüksək temperatur yoxdur. Evə iki dəfə təcili yardımı çağırmağa məcbur olmuşuq. Ailə üzvlərimdən analiz götürülsə də, mənim özümdən götürülməyib. Deyirlər ki, analiz götürdüyümüz halda bizi işdən çıxaracaqlar. Onların məntiqinə görə, əgər səndə temperatur yüksək deyilsə, demək, sən virusa yoluxmamısan. Xəstəxanaya isə, yalnız 39 dərəcə temperaturu olanları götürürlər. Temperaturun yüksək deyilsə, nə xəstəxanaya götürülürsən, nə də müayinə edilirsən.

Amma hökümət virusa yolumuş şəxsin çölə çıxmasına qadağa qoyur, bu azmış kimi cinayət işi də açır. Belə hallara görə höküməti məhkəməyə vermək lazımdır”.

Vüqar Məmmədov bildirib ki, evə tibb bacısının gəlməsi üçün təkcə hər gün üçün 20 AZN taksi pulu ödənilir. O, hökümətin məsuliyyətsizliyi səbəbindən insanların virusun qurbanına çevrildiyini deyir: “Xəstəxanalarda yer olmadığı deyilir. Hazırda ağciyərimdə buzlu şüşə var. 7 faiz parçalanma müşahidə olunur. Ağciyərimin üst hissəsinin hər iki tərəfində partlamalardan hava baloncuqları əmələ gəlib. Birincisi, xəstəxanaya götürmürlər, ikinci isə evdə müalicə olunmağa şərait yoxdur. Bilgəhdə yaşayıram. Yeddi nəfərdən ibarət olan ailə üzvümə səhər və axşam sistem vurulmalıdır. Virusa yoluxan şəxs tibb bacısı axtarıb tapmalıdır. Hətta dərmanı da özün almalısan. Əgər maşının yoxdursa, tibb bacısının taksi pulunu da vermək lazımdır. Bir nəfərə vurulan sistemin qiyməti 10-15 AZN təşkil edir. Gün ərzində səhər və axşam olmaqla, ümumilikdə 14 sistem vurulur. Bu da ən azından 7-8 gün vurulmalıdır. Təkcə günə 20 AZN taksi pulu edir. Hələ aldığım dərmanlar ucuz dərmanlardır. Bu sadaladıqlarım müalicə olunmaq üçün orta səviyyəli ailənin çəkdiyi xərcləridir.

Belə qənaətə gəlmək olar ki, COVID-dən ölüm hallarının baş verməsinin əsas səbəbkarı hökümətdir. Hökümətin məsuliyyətsizliyindən insanlar virusun qurbanına çevrilir. Səhiyyə Nazirliyi müalicə üçün yetərli olmayan dərmanları evimizə göndərib. Artıq yeddinci gündür ki, mənə sistem qoşurlar. Amma heç bir irəliləyiş yoxdur. Belə çıxır ki, hökümət ailəmi ölümə tərk edib. Əgər bu dərmanları almağa pulum olmasaydı, ailəmin vəziyyəti kritik ola bilərdi. Burda günahkar nə TƏBİB, nə də Səhiyyə Nazirliyidir. Əsas günahkar hökümətdir. Burda Səhiyyə Nazirliyini günahlandırmaq da düzgün deyil. Çünki əsas göstərişləri Nazirlər Kabineti verir”.

Baş redaktor deyir ki, yaşadığı Bilgəh kəndində cəmi 2 nəfər tibb bacısı var: “Bilgəh kəndində 20 minə yaxın əhali yaşayır. Kənddə cəmi iki nəfər tibb bacısı var. Halbuki, kənddə çox sayda virusa yoluxmuş şəxslər var. Bu da sürətlə artır. İki nəfər tibb bacısı çox sayda insana sistem qoşmaq məcburiyyətində qalıb. Hökümət nə dərman, nə də maddi yardım edir. Fikirləşmir ki, ailəlikcə virusa yoluxmuş vətəndaşa ərzağı kim alacaq?! Amma küçəyə çıxan vətəndaş cərimə edilir, yaxud da ona cinayət işi açılır. Paketin içində bir necə dərmandan başqa heç nə yoxdur. Bundan sonra Allahın ümidinə buraxılırsan…

Vətəndaşın hüquq və azadlıqları tapdalanır. Təcili yardım evə gəldiyi zaman ilk dediyi söz bu olur: “Xəstəxanalarda yer yoxdur, çalışın evdə müalicə olunun”. Hazırda ailəmdə heç kim çölə çıxa bilmir. Ərzağımı və dərmanlarımı kim almalıdır? Ən azından yoluxmuş şəxslərə ayda müəyyən qədər maddi yardım olunarsa, insanlar vəziyyətdən çıxa bilərlər. Küçəyə çıxsam, dərhal polis tərəfindən saxlanılacam. Amma məndən soruşan yoxdur ki, evdə nə yeyib-içirsən?! Bütün məsuliyyət Nazirlər Kabinetinin üzərindədir. Özüm xəstə olmayana qədər günahı ya TƏBİB-in, nə də Səhiyyə Nazirliyinin üzərinə atırdıq. Çünki təyin edilən dərman yardımlarını nə TƏBİB, nə də Səhiyyə Nazirliyi müəyyənləşdirir. Bunu birbaşa hökümət təyin edir. Elə bir sistem yaradılıb ki, insanlar günahı ya TƏBİB-in, ya da Səhiyyə Nazirliyinin üzərinə atır. Bu cür qərarları verənlər Azərbaycan xalqının düşmənidir. Belə hallarda vətəndaş məcburdur ki, evdən çölə çıxsın. Birmənalı şəkildə hökümət məsuliyyəti üzərinə götürməlidir. Evimizə iki dəfə təcili yardım gəlsə də, lakin analiz götürülmədi. Məcbur olub kompyuter tomoqrafiyasına getdim. Bunun da qiyməti 120 azn-dən 150 azn-ə kimi dəyişir. Əvvəlcə, məndə virusun əlamətləri yox idi. kompyuter tomoqrafiyasından sonra məlum oldu ki, ağciyərlərimdə problem var. Özəl xəstəxanaların maşınları 100 AZN-ə aparıb müayinə edir. Dövlət xəstəxanalarında isə kompyuter tomoqrafiyası 80-100 AZN olsa da, onlarda xəstəni aparmağa maşın yoxdur. Məcbur olub taksi tutub getməlisən. Belə olanda vəziyyətdə isə yolda cərimə oluna və ya cinayət məsuliyyətinə cəlb oluna bilərsən. Elə bir vəziyyət yaradıblar ki, nə edirsən et, sonunda cinayət məsuliyyətinə cəlb oluna bilərsən”.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • TƏBİB günahı nazirliyin, nazirlik Operativ Qərargahın üstünə atdı - Naxçıvanda koronavirus müəmması

    TƏBİB günahı nazirliyin, nazirlik Operativ ...

    23-02-2021, 22:20

  • 
  • TƏBİB COVID-19-a yoluxan şəxslərin peyvənd olunması məsələsinə aydınlıq gətirib

    TƏBİB COVID-19-a yoluxan şəxslərin peyvənd ...

    8-02-2021, 11:33

  • 
  • TƏBİB-lə Nazirlik arasında nə baş verir? –Rauf Nağıyev işdən çıxarılıb, amma...

    TƏBİB-lə Nazirlik arasında nə baş verir? –Rauf ...

    24-06-2020, 12:48

  • 
  • Səhiyyı Nazirliyi Təcili Tibbi Yardımı TƏBİB-dən geri aldıqdan sonra İŞÇİ TOPLAMAĞA BAŞLADI

    Səhiyyı Nazirliyi Təcili Tibbi Yardımı TƏBİB-dən ...

    29-06-2020, 18:24

  • 
  • "TƏBİB ləğv edilməlidir" - Deputat

    "TƏBİB ləğv edilməlidir" - Deputat ...

    26-12-2020, 11:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu