GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Emin Əmrullayev də KÖHNƏ ƏHVALDADIR... - FAKT BUDUR!

Emin Əmrullayev də KÖHNƏ ƏHVALDADIR... - FAKT BUDUR!

Tarix: 27-04-2021, 14:41 Bölmə :GündəmXəbər / Manşet Baxış: 732
Emin Əmrullayev də KÖHNƏ ƏHVALDADIR... - FAKT BUDUR!


İllərlə kreslosunda kök salmış, vəzifəsindən özü öz xoşuyla getmək istəməyən rüşvətxor, korrupsioner bir məmuru dəyişib, yerinə “rüşvətə yox” deyən, xaricdə təhsil almış, daha cavan, perspektivli bir kadrı təyin edəndə, dərindən nəfəs alıb, “Allah, sənə çox şükür” deyirik. Ümid edirik ki, bəlkə bu ondan yaxşı olar…

Allah tərəfi danışaq, elə Emin Əmrullayev də nazir təyin olunanda Prezident qarşısında videoformatda çıxışında bu sözləri demişdi: “Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir”.

Dövlət başçısı da bildirib:“Bu gün siz təhsil naziri vəzifəsinə təyin olunursunuz. Sizə çox böyük etimad göstərilir. Bu etimadı siz öz işinizlə doğrultmalısınız. Siz gəncsiniz, sizin təyinatınız, eyni zamanda, gənclərə göstərilən etimadın növbəti təzahürüdür”.

Bəli, özündən əvvəlki nazirlərə sağlığında rəhmət oxutduran Emin Əmrullayev fəaliyyətə başlayan kimi “islahatlar” da başladı… Pandemiya ilə əlaqədar distant təhsil sisteminə keçirildiyindən çox hadisələr də onlayn baş verir. Şəxsən kimin-kimə nə verdiyini, nə qədər verdiyini görən olmasa da, yeni təyin olunan məktəb direktorlarının hikkəsindən, tələbindən hiss olunur ki, yuxarılara əvvəlkilərdən qat-qat çox “şirinlik” veriblər. Axı Emin müəllimi “rüşvət” adı gələndə allergiya tutur, heç vaxt heç kimdən heç nə almır, olsa-olsa şirinlik ala bilər, ağzını şirin etmək üçün…

Sözümüzün məğzi var… Təhsilimiz onsuz da bərbad gündə idi, pandemiya da gəldi, vurdu gözünü çıxartdı. Emin Əmrullayevin islahatları işə yaramadı. Onlayn təhsillə beyninə bir şey girməyən tələbə imtahanlarda da birtəhər çulunu sudan çıxarır. Çıxa bilməyənlər yenə köhnə “dədə-baba, görüm-baxım” üsulundan istifadə edir. Savad, bilik, elm, gələcəyin mütəxəssisi məsələsi unudulub artıq. Tələbələr pis-yaxşı diplom alacaqlar, sadəcə diplom…

Bəs 1-ci sinfə getməyə hazırlaşan körpə balalar? Onlar da distant oxuyacaq? Qələmi düz tutmağı kim öyrədəcək onlara, valideynləri? Valideynlər onsuz da 1-ci siniflərə qəbul məsələsində Təhsil Nazirliyinin yaratdığı problemlərdən cana doyub. Sevinə-sevinə məktəbə getməyə hazırlaşan körpə fidanlar ata-analaraının onlayn qəbul məsələsində necə əziyyət çəkdiklərini başa düşmürlər. Ancaq valideynlərin narazılığı davam edir.

Onlayn qəbul internet üzərindən baş tutan bir prosesdir. Lakin bu təklifi irəli sürən nazirlik nəzərə almayıb ki, hər kəsin evində və ya telefonunda internet olmaya bilər, hamının elektron qəbul məsələsindən başı çıxmaya bilər, ucqar kənd yerlərində işıq sönə də bilər, olmaya da bilər və sair.

Övladını 1-ci sinfə qoymağa hazırlaşan valideynlərdən biri ilə həmsöhbət olduqdan sonra eşitdiklərimiz şok yaratdı. Demə, qeydiyyatın haradadırsa, orada da məktəbə gedə bilər övladın. Qeydiyyatı Xırdalanda olan ailə hazırda işi ilə əlaqədar Badamdar qəsəbəsində yaşayır. Yaşasyış yerinə yaxın ərazidə yerləşən məşhur məktəblərdən birinə müraciət edən valideyn get-gələ salınandan sonra birtəhər direktoru razı salır. Bağçada rus bölməsində hazırlıq keçən uşağı məktəbdə də rus bölməsinə yerləşdirmək istəyən ana “yox” cavabı alır. Təhsil Nazirliyindən tanış-biliş taparaq direktora minnətçi də düşür. Lakin direktor yenə “dirəşib” və 5 min manat şirinlik istəyib, belə az istəməyinin səbəbi də vasitəçinin tanış olması olub. Pulu tapa bilməyən valideyn məcburiyyətdən övladını Azərbaycan bölməsinə qoymalı olub.

Narazılığı bitib-tükənməyən tək bir valideyn deyil, bu dərddə, bu sıxıntıda olan ata-analar çarəni susmaqda görürlər. Övladlarının gələcəkdə məktəbdə sıxışdırılacağından ehtiyat edən valideynlər Emin Əmrullayevin dövlət başçısının etimadını nə cür “doğrultduğunu” sadəcə seyr etməklə kifayətlənirlər. Etiraz etmək, haqsızlıqları dilə gətirmək, məktublar ünvanlamaq yəqin ki, naziri silkələyər və lazımi tədbirlər görülər. Ümid sonda ölür, təhsilimiz isə hər gün…/KONKRET.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Emin Əmrullayev Təhsil Naziri təyin edildi

    Emin Əmrullayev Təhsil Naziri təyin edildi ...

    27-07-2020, 12:24

  • 
  • Emin Əmrullayev köhnə eşalonun kadrıdır? - İDDİA

    Emin Əmrullayev köhnə eşalonun kadrıdır? - İDDİA ...

    5-12-2020, 17:28

  • 
  • Emin Əmrullayev “Teams” proqramının tətbiqi məsələlərindən danışdı: “Bu gündən...”

    Emin Əmrullayev “Teams” proqramının tətbiqi ...

    30-10-2020, 11:47

  • 
  • Emin Əmrullayev də köhnə üsullarla işləyir... - İDDİA

    Emin Əmrullayev də köhnə üsullarla işləyir... - ...

    22-12-2020, 10:47

  • 
  • Təhsil naziri müəllimləri təbrik edib

    Təhsil naziri müəllimləri təbrik edib ...

    5-10-2020, 11:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (279)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu