GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO

“Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO

Tarix: 29-04-2021, 21:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 702
“Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO


Pandemiya ilə əlaqədar bütün dünyada yaranmış iqtisadi böhran Azərbaycandan da yan keçmiş deyil.

İqtisadi böhran ölkədə bir çox "gəlir" sahələrinin iflasına səbəb oldu. Təbii ki, iflas insanlar kimi "ayrıseçkilik" etmir. Məmur, yaxud sadə vətəndaş onun üçün fərqi yoxdur. İstənilən biznesi başladığı yerə, yəni 0-a qaytarır.

Bu da heç kimə sirr deyil ki, bu ölkə bizneslərinin əksəriyyəti məmurlara məxsusdur.

“Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO


Harınlamış bəzi məmurlar da iflası normal qəbul etməyi bacarmadığı üçün, həmən "quduz"laşır, yaxud "zombi"yə dönüşür və "hücum çəkir"lər vətəndaşların üzərinə.

2020-ci ilin özü ilə gətirdiyi virus, böhran, müharibə stressi, şəhid xəbərləri və.s bütün bunlar illərdir hər şeyə susan, illərdir özü öz haqqını "hörmət" adı altında rüşvətxor məmurlara yedirən xalqın səbr kasasını daşıdırdı.

Bəlkə də yenə də susardıq, əgər minlərlə şəhid qardaşlarımızın ailələrinə, qazi və yaralı oğullarımıza qarşı bu qədər soyuqqanlı, bu qədər uzaq, bu qədər acımasız olmasaydılar.

“Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO


Biz susurduq.

Biz hər susduqca onlar bizi biraz da əzdilər.

Ölkədə elə bir dövlət qurumu yoxdur ki, ordan əhali gileyli olmasın.

Çox təəssüflər olsun, fəxr etdiyimiz Azərbaycan nankor məmurların "yem yeri"nə çevrilib.

Artıq, onlar nəyinki insanlıqdan, hətta dindən-imandan belə çıxıblar.

“Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO


Məsələn bu 11 ayın sultanı, müqəddəs ramazan ayında "Azərsu" ASC insanların suyunu kəsib, onları su ilə "imtahana çəkir". Özü də məcburi köçkünlərin yaşadığı ərazi üzrə.

Bunun "kafir"likdən başqa bir adı varmı?

Əldə olan bəhanə də budur ki, "su pulu borclarını ödəməyiblər". Görəsən Qaradağ rayon Müşfiqabad qəsəbəsində, Məcburi köçkün şəhərciyində yaşayan bütün hər kəs mi ödəməyib "su pulu" borcunu?!

Sizcə ölkədə və ölkə xaricində böyük bizneslərə sahib olan, "Oliqarx" adını əyninə biçdirən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov həmin binalarda yaşayan məcburi köçkünlərin hamısına borc saxlayacaq qədər "humanist"dir mi?

“Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO


Əsla deyil.

Əgər belə olsaydı istixana əməkdaşlarını bütün binaların qapılarına göndərib, borc yığdırmazdı.

Qorxmaz Hüseynov və onun komandası bir aydan çoxdur ki, "qurunun oduna yaşı yandırır". Yəni "su pulu borcu" adı altında isti suları kəsib.
(Nəzərə alsaq ki, havalar hələ indi də bir o qədər də isinməyib, sakinlərin bu müddət ərzində yaşadığı çətinlikləri anlamış olarıq.)

Demək, bu gün səhər saatlarında yuxarıda da qeyd etdiyimiz kimi Qaradağ rayon Müşfiqabad qəsəbəsindəki "Məcburi köçkün şəhərciyi"nin sakinləri tərəfindən DogruXeber.az redaksiyasına məlumat daxil oldu ki, "yenə "əjdahalar oturub suyun boğazında" bizə su vermirlər”.

“Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO


Artıq iki gündür ki, şəhərciyə ümumiyyətlə su gəlmir."

Onu da xatırladaq ki, bir neçə il bundan öncə "Azərsu" ASC nin sədri Qorxmaz Hüseynov tərəfindən fasiləsiz su təminatı və yaşayış binalarının damında əhalinin quraşdırdığı su çənlərinin ləğv edilməsi qərarı verilmişdir. Lakin, qərarın özünü doğrultmadığı hər kəsin gözləri önündədir.

"Fasiləsiz su təminatı" qərarını verən rəhbərin işçiləri isə məcburi köçkün şəhərciyinin su təminatını müəyyən qrafik çərçivəsinə salmaq qərarını veriblər.

“Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO


Sakinlərin sözlərinə görə "gündə iki dəfə- səhər və axşam, 2 saat su verilir."

Demək ki, həmişə rəhbərin qərarı keçərli olmur. Ya da rəhbər özü verdiyi qərardan peşman olub, komandasına deyib ki, "mən etdim, siz etməyin".

Əlqərəz.

Bu məlumat redaksiyamıza daxil olan kimi, dərhal DogruXeber.az informasiya agentliyinin rəhbəri Kamal Əsgərov Qaradağ rayon Müşfiqabad qəsəbəsi, eyni zamanda "Məcburi köçkün şəhərciyi" və Pereküşkül qəsəbəsinin "su- nasosları üzrə mərkəz"in müdiri Yusif Dünyamalıyev ilə telefon əlaqəsi saxlayıb, suyun kəsilmə səbəbləri soruşdu.

Y. Dünyamalıyev məsələyə qısa və konkret "Qaradağ rayon su-kanal idarəsinin rəisi Elnur müəllimin göstərişi belədir və biz bu göstərişə qarşı çıxa bilmərik. Bu belə də olmalıdır." cavabını verdi.

Y.Dünyamılevin verdiyi cavabdan belə çıxır ki, onlar üçün yalnız aprelin 22-i pandemiya şəraitində, heç bir karantin qaydalarına əməl olunmadan, "Azərsu"ASC-nin Qaradağ rayon "Su-kanal idarəsi"nin inzibati binasında özünə təmtəraqlı "doğum günü" qeyd edən Elnur Əliyevin "qanunlar"ı və qərarları keçərlidir.

“Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO


Məsələ haqqında daha geniş məlumat almaq üçün növbəti telefon zəngimiz Su-kanal idarəsinin müdir müavini İzmir Əmirova oldu.

İ.Əmirovun də cavabı qısa oldu ki, "artıq su bərpa olunub. Münasib yerdə deyiləm, burdan çıxanda əlaqə saxlayıb daha ətraflı məlumat verəcəm."



Amma, əfsuslar olsun danışmamızdan bir neçə saat keçməsinə baxmayaraq nə İ.Əmirovun dediyi kimi su bərpa olunub, nə də İzmir müəllim özü bizimlə əlaqə saxlayıb.

Sakinlər bildirirlər ki, "su bərpa edilməyib. Həmin "işəyaramaz" qrafik hələ də qüvvədə qalır."

Redaksiyamız hər kəsin söz haqqını tanıyır./DogruXeber.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İqtisadi böhran: 550 min insan ölkədən qaçdı

    İqtisadi böhran: 550 min insan ölkədən qaçdı ...

    20-01-2018, 16:04

  • 
  • Nədən məmurlara nifrət?

    Nədən məmurlara nifrət? ...

    5-06-2017, 22:21

  • 
  • Klassik Xalq Cəbhəsi Partiyası hakimiyyətdən anti-böhran poqramının açıqlamasını tələb etdi.

    Klassik Xalq Cəbhəsi Partiyası hakimiyyətdən ...

    8-02-2016, 22:23

  • 
  • Səməd Seyidov: “Hazırda Avropa Şurası böhran yaşayır”

    Səməd Seyidov: “Hazırda Avropa Şurası böhran ...

    10-10-2018, 22:53

  • 
  • “Rəvan Sığorta” fəaliyyətini dayandırır - Nuru Əliyev iflas edir?..

    “Rəvan Sığorta” fəaliyyətini dayandırır - Nuru ...

    15-08-2020, 12:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu