GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Vatikan"a çevrilmiş AMEA milli birliyin təəssübkeşi rolunda - Ramiz Mehdiyevin PLANI

"Vatikan"a çevrilmiş AMEA milli birliyin təəssübkeşi rolunda - Ramiz Mehdiyevin PLANI

Tarix: 30-04-2021, 15:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 535
"Vatikan"a çevrilmiş AMEA milli birliyin təəssübkeşi rolunda - Ramiz Mehdiyevin PLANI


Dünən maraqlı hadisə baş verdi. Ramiz Mehdiyevin gəlişindən sonra ölkəmizin “Vatikanı”na çevrilmiş Milli Elmlər Akademiyası dilə gəldi, Azərbaycana və Türkiyəyə qarşı beynəlxalq güclərin naqolay hərəkətlərindən əndişə duyduğunu bəyan etdi.

AMEA-nın Rəyasət Heyətinin bəyanatında bildirilib ki, siyasi baxışlarımızdan, əqidəmizdən və sosial mənsubiyyətimizdən asılı olmayaraq, hər birimizin ümdə vəzifəsi doğma Azərbaycanımızı qorumaqdır. İqtidarlı-müxalifətli cəmiyyətimizə birlik və həmrəylik çağırışları ünvanlanıb. Xalqımızın nümayəndələrinin bir-birini təhqir və şantaj etməsi, alçaltması, ailə üzvləri haqqında nalayiq ifadələr işlətməsinin yolverilməzliyinə diqqət cəlb edilib.

Dövlət məmurları da yaddan çıxmayıb. Prezidentin yüksək dövlət vəzifəsinə təyin etdiyi dövlət məmurlarına göstərilən yüksək etimadı doğrultmağa, xalqın problemlərinin həlli üçün səylə çalışmağa, vətəndaşları dövlətdən narazı salmamağa çağırış səslənib. Alimlər ölkəmizdə gedən islahatlar və yenilənmə prosesinə dəstək verdiklərini, dövlətimizə qarşı yönələcək bütün təhdidlərlə mübarizədə cənab Prezidentin yanında olduqlarını bəyan ediblər. Necə deyərlər, çox pakizə!

Amma bəyanatda səsləndirilən “proseslərin Azərbaycan və qardaş Türkiyə üçün ciddi fəsadlarının olacağına heç kəsin şübhəsi olmamalıdır”, “Avropanın və ABŞ-ın ədalətinə, humanizminə kor-koranə, sadəlövhcəsinə inananlar”, “özləri üçün Qərb strukturlarından mədət umanlar da baş verənlərdən lazımi nəticələr çıxaracaqlar” “Vətən müharibəsinin bitdiyini zənn edənlər aldanmasınlar”, “ideoloji-siyasi və informasiya mübarizəsi hələ qarşıdadır” eyhamları nədən xəbər verir? Bu, cəmiyyəti qorxuya salmaq cəhdidir, yoxsa “biz hələ sizə lazımıq” deməyin növbəti üslübu?
Onsuz da cəmiyyət çox yaxşı bilir ki, Qərb və Rusiya ilə münasibətdə balanslı siyasətin yürüdülməsi dövlət müstəqilliyimizin qorunmasına, Azərbaycanın qüdrətli ölkəyə çevrilməsi yolunda əngəllərin aradan qaldırılmasına xidmət edir. Qarabağ münaqişəsi başlayandan bəri bizim üçün erməni havadarlarının çoğrafi məkanının harada yerləşməsi zərrə qədər əhəmiyyət kəsb etmir. Rusiya, Fransa və ABŞ-ın Azərbaycana münasibəti və məqsədi heç kimə sirr deyil. Biz dostumuzu da, düşmənimizi də yaxşı tanıyırıq. Nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın “ədaləti”nə və “humanizmi”nə sığınırıq. 1990-cı illərdən fərqli olaraq hər zaman yanımızda artıq qüdrətli dövlətə çevrilmiş qardaş Türkiyə, strateji münasibətlərimizi ən yüksək səviyyəyə çatdırdığımız və çox doğmalaşdığımız İsrail və Pakistan dövlətləri var.

Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın bərabər hərəkət etməsinə, müharibə dönəmində birmənalı şəkildə Ermənistanı dəstəkləyən Fransa Prezidenti Emmanuel Makronun cavabını olduqca sərrast və sanballı şəkildə verməsinə hər kəs şahid oldu. Rusiya Prezidenti Vladimir Putindən də Tovuz hadisələri zamanı Ermənistanı silahlandırmağın, müharibə başa çatandan sonra isə uzaqmənzilli “İsgəndərM” raketinin Ermənistanın əlinə necə keçməsinin cavabı da tələb olundu. İlham Əliyevin İrəvanla birtərəfli təmaslara və Bakını saymazlıga görə Vaşinqtonu tənqid etməsi də ABŞ-dakı ünvana çatdı. Və ABŞ-ın dövlət katibi Anthony J.Blinken Azərbaycan Prezidentinə zəng etdi. Danışıqlar zamanı İlham Əliyevin amerikalı həmkarı C.Baydenin “erməni soyqırımı” ilə bağlı mövqeyindən ölkəmizin narahatlığını dövlət katibinə çatdırması Azərbaycanın da hər zaman qardaş Türkiyənin yanında olduğunu bir daha sübut etdi.

Odur ki, alimlərimizin “ciddi fəsadlar” xəbərdarlığına əsas yoxdur. Amma sual yaranır: bəs ciddi fəsadların olacağını bilən alimlərimiz bu təhlükəni sovuşdurmaq üçün hansı addımları atırlar? Məgər bunun üçün alimlərimizə göstəriş verilməlidir? Heç olmasa alimlərimiz, ziyalılarımız Xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlovdan nümunə götürsünlər. Mezzo telekanalında ermənilərin təxribatına yol verdiyi üçün gənc dirijor Maksim Yemelyanıçeva ünvanladığı açıq məktubu oxusunlar. Həmin məktubda maestro rusiyalı həmkarına əsl insanlıq və sənətkar dərsi keçib.

Maraqlıdır, bizi çətin ideoloji və indormasiya mübarizəsinin gözlədiyini vurğulayan AMEA niyə erməni lobbisinə və havadarlarına qarşı bu sahədə savaş açmır, nüfuzlu xarici KİV-lərdə Azərbaycanın mövqeyinin elmi şəkildə işıqlandırılmasına nail olmur? Yoxsa AMEA-nın gücü elə öz saytında rəhbərliyin şəxsi maraqlarına xidmət edən siyasi bəyanatların yayılmasına çatır?

Bəyanatda alimlərimiz söz verirlər ki, bundan sonra da milli birliyin, xalq-dövlət vəhdətinin təmin edilməsinə öz əməli töhfəsini verəcəklər. Bəz elm sahəsindəki töhfələri xalqa kim və nə vaxt bəxş edəcək? Bəlkə müharibədə erməni faşistlərinə qan udduran “Bayraktar” TB2 pilotsuz uçuş aparatını AMEA icad edib? Yoxsa hazırda Zəngilanın üçüncü Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsinin gerçəkləşdirilməsində istifadə olunan müasir avadanlıqlar alimlərimizin beyninin məhsuludur? Təəssüflər olsun ki, xeyr.

Görəsən, AMEA-nın vaxtaşırı siyasi bəyanatlarla çıxış etmək əvəzinə, elmi axtarışların arxasınca getməyinin vaxtı nə zaman çatacaq?! Onsuz da siyasi bəyanatlar vermək üçün ölkədə kifayət qədər siyasi partiyalar və ictimai təşkilatlar var. Bundan başqa, ölkəmizi gözləyə biləcək təhdid və təhlükələrin qarşısını almaqla məşğul olan dövlət orqanları mövcuddur. Belə məsələlərlə bağlı cəmiyyətə xəbərdarlıq etməyə gəlincə, hüquqşünas Aslan İsmayılovun təkbaşına sosial media şəbəkələrində vaxtaşırı yayımlanan canlı çıxışları və paylaşdığı statuslar AMEA-nın bəyanatlarından daha maraqlı və daha səmimidir. Vaxtilə Ramiz Mehdiyevlə birgə Prezident Administrasiyasında çalışmış politoloq Eldar Namazovun tv efirlərindəki təhlilləri və proqnozları daha inandırıcıdır.

Onsuz da ötən il avqustun 18-də koronavirus pandemiyası ilə əlaqədar karantin müddətində nəvəsinə toy edən bir şəxsin rəhbərlik etdiyi AMEA-nın birlik və həmrəylik çağırışları qeyri-səmimi təəssürat doğurur. Xatirinizdədirsə, səs-küyə səbəb olmuş toy hadisəsindən bir ay 6 gün öncə ermənilər Tovuza hücum etmişdilər. Toydan bir ay 4 gün öncə isə erməniləri sərhədlərimizdən qovan igid general Polad Həşimov və daha 11 cəsur hərbçimiz həlak olmuşdu. Avqustun 18-də onların heç 40 günü çıxmamışdı. Bütün dünya ekspertləri 12 iyul Tovuz hadisələrini Azərbaycanın dövlət müstəqilliyinə birbaşa təhlükə kimi qiymətləndirdilər. Ölkədəki ictimai-siyasi xadimlər cəmiyyəti milli birliyə və həmrəyliyə çağırırdılar, çünki yeni torpaqlarımızı ələ keçirmək sevdasına düşən və bütün danışıqlardan imtina edən ermənilərin müharibəyə başlayacaqları gün kimi aydın idi. AMEA rəhbərinin dostluq etdiyi Rusiya da gecə-gündüz ermənilərə təyyarələrlə silah-sursat daşıyırdı. Milli birlik çağırışçılarının arasında AMEA rəhbərliyinin səsi yox idi. Səbəbi çox bəsitdir. AMEA-ya rəhbərlik edən şəxs generalın və silahdaşlarının yasını tutan, karantin qaydalarına əməl edən xalqın yanında deyildi, heç ciddi fəsadlardan dolayı da narahatlıq duymurdu, toy qayğıları ilə məşğul idi…/KONKRET.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO - YENİLƏNİB-3

    Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO ...

    23-10-2019, 20:10

  • 
  • Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı - "“Fotoları Ramiz Mehdiyevin qızı paylaşıb"

    Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı - ...

    25-09-2020, 12:48

  • 
  • Ramiz Mehdiyev AMEA-ya prezident gətilir?

    Ramiz Mehdiyev AMEA-ya prezident gətilir? ...

    13-02-2013, 10:49

  • 
  • Ramiz Mehdiyev AMEA-da əməlli-başlı ORDU SAXLAYIR... - 11 köməkçisi var

    Ramiz Mehdiyev AMEA-da əməlli-başlı ORDU ...

    25-03-2021, 13:00

  • 
  • Ramiz Mehdiyevin İsa Həbibbəylini “vurmasının” şok səbəbi - İLGİNC İDDİA

    Ramiz Mehdiyevin İsa Həbibbəylini “vurmasının” ...

    12-01-2021, 11:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu