GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağstafa Regional Mədəniyyət İdarəsində NƏ BAŞ VERİR? - İDDİA

Ağstafa Regional Mədəniyyət İdarəsində NƏ BAŞ VERİR? - İDDİA

Tarix: 4-05-2021, 10:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 312
Ağstafa Regional Mədəniyyət İdarəsində NƏ BAŞ VERİR? - İDDİA


Yeni mədəniyyət naziri Anar Kərimovun əmri əsasında, özünün pis günlərini yaşayan Ağstafa Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunanda, bu sahənin təəssübünü çəkənlərin ilk vaxtlar gözləntiləri çox olsa da, çox təəssüflər ki, indiyədək gözlənilənlər olmayıb. Konkret desək, yeni rəis Elbəy Əlinin, hələ ki, görünən və yadda qalası xoşagələn bir fəaliyyəti ortada yoxdur. Ölkə mediasında və sosial şəbəkələrdə onun rəhbər fəaliyyətinə aid yazılanlar da, ürəkaçan deyil. Elə, araz.az-ın bu barədə olan ötən yazılarında da, Elbəy Əlinin özünü rəhbər kimi yaxşı yöndən göstərə bilmədiyi xüsusi vurğulanıb, adı yeni nazirin regional mədəniyyət idarələrinə rəis təyin etdiyi naşı kadrlar sırasında öndə çəkilib, yüksək məsuliyyət tələb edən rəis fəaliyyətindəki nöqsan və qanunsuzluqlar ciddi şəkildə tənqid olunub. araz.az-ın bu yazısı da, 35 yaşlı rəisin hədsiz haqlı narazılıqlar yaradan yarıtmaz fəaliyyəti barədədir və redaksiyaya daxil olan çoxsaylı məlumatların birinin əsasında qələmə alınıb. Bu yazıda da, xüsusi olaraq onu qeyd etmişik ki, yeni rəisin həyata keçirdiyi naşı idarəçiliyin əmələ gətirdiyi fəsadlar
Ağstafa Regional Mədəniyyət İdarəsini yeniliklərə deyil, köhnəliyə sürükləyəcək.

Sözsüz ki, bu gün Regional Mədəniyyət İdarəsində baş verənlərin müzakirə olunmasının kifayət qədər ciddi əsasları var. Maraqlıdır ki, indiyə kimi bu idarədə yaşananlarla bağlı ölkənin bir çox nüfuzlu media qurumlarında məqalələr tirajlanır, Nazirlik rəsmləri isə susmaqda davam edirlər. O halda sual oluna bilər ki, görəsən cənab Anar Kərimovun həyata keçirdiyi idarəçiliklə bağlı verilən təlimatlar digər regional idarələrdə bir cür, Ağstafa Regional Mədəniyyət İdarəsində isə fərqli formada həyata keçirilməlidir? Məsələn, bu şəxs vəzifəsini icraasına başladıqdan az sonra, digər regional mədəniyyət idarələrindən fərqli olaraq, məhz rəhbərlik etdiyi bu idarənin sturuktur vahidlərində fərqli qaydalar tətbiq etməyə başladı. Yəni hansı şəxs ailə üzvləri eyni müəssisədə çalışırsa, həmin şəxslərdən biri ya daşıdığı vəzifəsi ilə vidalaşmalı, ya da ki, digər cəza növləri ilə üz-üzə qalmalı oldu.

Son günlər burada daha çox müzakirə olunan, idarədə qarşıdurmanın və kütləvi narazılıqların güclənməsinə səbəb olan xoşagəlməzliklərdən biri də, Ağstafa mədəniyyətinin qurucularından olan, vaxtilə Ağstafa rayon Mədəniyyət Mərkəzinə rəhbərlik edən, yaş həddinə görə təqaüdə çıxmasına üç il qalan Gülgün Kərim oğlu Kərimova qarşı yeni rəisin başladığı savaşdır. Bu barədə araz.az-ı məlumatlandıran mənbə bildirir ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli bu şəxsə qarşı əsl “səlib yürüşü”nə başlayıb və rəis müavini vəzifəsini daşıyan Gülgün Kərimovu daşıdığı vəzifəsindən uzaqlaşdırmaqda israrlıdır. Rəis bu barədə qərar verməklə bərabər, həm də mədəniyyət sahəsində tanınan bu şəxsi, "el görkü", ştat cədvəli üzrə cəmi üç nəfərin çalışdığı Hüseyn Arif adına Ev Muzeyinə rəhbər təyin etmək istəyir. Onu da unutmaq olmaz ki, Kərimov soyadını daşıyan bu şəxsin mədəniyyətimizin inkişaf etdirilməsində xüsusi rolu olub ki, o, 21 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncam əsasında “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunur. Düşündürücü haldır ki, bu şəxsə qarşı ölkə rəhbəri səviyyəsində belə bir münasibət bəslənilir, mədəniyyət sahəsində göstərdiyi xidmətləri lazımınca qiymətləndirilir, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli isə, məhz daşıdığı vəzifəsinin imkanlarından yararlanaraq Gülgün Kərimovu “gözümçıxdıya salmaq”la məşğul olur. Əslində, bu cür yanaşmanın, belə bir münasibətin varlığı cənab Prezidentin imzaladığı Sərəncama qarşı çıxmaq deməkdir. Məsələnin diqqəti cəlb edən digər tərəfi isə ondan ibarətdir ki, idarə rəisinin bu yöndə atdığı addımlar Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə çalışanlardan tam əksəriyyətinin hiddətinə səbəb olmaqdadır. Bu da o deməkdir ki, həmin şəxsləri dövlət-hakimiyyət orqanlarından narazı salmaq, məhz Əli Elbəyin maraq dairəsinə daxil olan məsələlərdəndir.

Yayılan söz-söhbətlərdə o da qeyd olunur ki, Regional Mədəniyyət İdarəsi rəisinin Gülgün Kərimova qarşı “qırmızı işıq” yandırmasının kökündə Əli Elbəyin bu şəxsin daşıdığı vəzifəyə, məhz özünə bağlı olan bir şəxsi təyin etməyə çalışması durur. Bundan əlavə, baş verən qarşıdurmaları, əmələ gələn narazılıqları və s. təhlil edib belə bir qənaətə də gəlmək olar ki, cənab Anar Kərimovun imzaladığı əmr əsasında Ağstafa Regional Mədəniyyət İdarəsinə rəis təyin olunan bu şəxs hər kəsə bəyan etmək istəyir ki, mən nəyi necə düşünürəmsə həmin qaydada da addım atmağa qabil olan vəzifə sahibiyəm. Əslində vəzifə sahibi olan şəxs belə bir addımları ilə deyil, məhz əldə etdiyi uğurları ilə öyünməlidir. O halda sual oluna bilər ki, görəsən Elbəy Əli Regional Mədəniyyət İdarəsində vəzifəsinin icraasına başladığı gündən indiyə kimi hansı uğurlara imza atıb, yaxud da atıbmı? Kimin bu haqda hansı məlumatı var? Məlumatı olan hər kəs gözəl bilir ki, bu şəxs rəhbərlik etdiyi sahədə çoxsaylı qarşıdurmalar, narazılıqlar və s. yaratmaqla, indiyə kimi bu yöndə hədsiz uğurlara imza atıb. Konkret desək,
Azərbaycan üçün həssas olan belə bir dönəmdə, ortada heç nə dəyişməyib.
Mövzuya qayıdacağıq./araz.az/



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Regional Mədəniyyət İdarəsinin rəisinə qarşı İTTİHAM - İLGİNC

    Regional Mədəniyyət İdarəsinin rəisinə qarşı ...

    9-04-2021, 10:30

  • 
  • Baytarlıq İdarəsinə rəis təyin olunub

    Baytarlıq İdarəsinə rəis təyin olunub ...

    9-12-2013, 17:28

  • 
  • Ağstafa rayon Polis Şöbəsinə yeni rəis təyin olunub

    Ağstafa rayon Polis Şöbəsinə yeni rəis təyin ...

    11-06-2020, 15:12

  • 
  • Anar Kərimov Ağstafanı KİMƏ TAPŞIRIB? - İTTİHAM

    Anar Kərimov Ağstafanı KİMƏ TAPŞIRIB? - İTTİHAM ...

    5-04-2021, 12:41

  • 
  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Vilayət Eyvazovdan yeni TƏYİNAT ...

    24-09-2019, 11:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu