GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ADAU-da Musa Bayramov kabusu – PREZİDENTƏ MÜRACİƏT

ADAU-da Musa Bayramov kabusu – PREZİDENTƏ MÜRACİƏT

Tarix: 6-05-2021, 17:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 856
ADAU-da Musa Bayramov kabusu – PREZİDENTƏ MÜRACİƏT


ADAU-nun Aqronomluq fakültəsinin professor-müəllim heyəti tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciətin bi surəti də GundemXeber.Az-ın redaksiyasına daxil olub. Həmin müraciəti olduğu kimi çoxsaylı oxucularımıza təqdim edirik:

“2020-ci ilin sentyabr ayında ali təhsil müəssisələrinin rəhbərlərinə müxtəlif vəzifələrə professor-müəllim, kafedra müdiri, dekan və s. seçkilərin keçirilməsi ilə bağlı olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanovun imzaladığı 23.09. 2020-ci il tarixli, 03-11-1022 / 1 saylı rəsmi məktub göndərilmişdir. Həmin məktubda deyilir: "Xüsusi karantin rejimi dövründə namizədlərdən sənədlərin qəbulu,gizli səsvermənin aparılması və digər prosedurların təşkili zamanı bir sıra cətinliklər yaranır. Bununla əlaqədar bildiririk ki, ölkəmizdəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq bu tipli seckilərin keçirilməsi xüsusi karantin rejimi başa çatana kimi təxirə salinır"
Lakin Azərbaycan Dövlət Aqrar Universitetində Təhsil Nazirliyinin bu məktubu qulaq ardına vurulur. Belə ki,Azərbaycan Dövlət Aqrar Universitetində hal-hazırda “Aqronomluq” fakültəsinə dekan seçkisi keçirilir. Fakültə dekanı seçilmək üçün “Aqronomluq” fakültəsinin sabiq dekanı, dosent İsmayılov Məhərrəm Musa oğlu, Gəncə Dövlət Universitetinin Elmi katibi, dosent İsmayılov Teymur İsmayıl oğlu, GDU-nun sabiq kafedra müdiri, saxta diplom satışına görə həbs olunan və həbsdən yenicə çıxan Rəhimov Vaqif İnqilab oğlu, ADAU-nun “Bağçılıq” kafedrasının müdiri, dosent İdrisov Hüseyn Əkbər oğlu, ADAU-nun “Ekologiya” kafedrasının müdiri, dosent Bayramov Musa Əhməd oğlu öz sənədlərini təqdim etmişdir.
Musa Bayramov kimdir? Musa Bayramov rektorun yaxın adamlarından biridir. Bu yaxınlarda təzəcə kafedra müdiri təyin olunub. Onun kafedra müdiri təyin olunması rektorun hər dediyinə əməl etməsi, hətta müxtəlif maddi maxinasiyalara qol çəkməsi ilə bağlıdır. Musa Bayramovun rektorun “sirr daşıyıcısı” olması təbii ki, sonuncunu ona yenidən vəzifə verəcək həddə qorxudandır. Musa Bayramov illər əvvəl rus alimlərinin iki dərsliyini plagiat yolu ilə birləşdirib və mənimsəyib, əvəzində elmi rəzalət yaradaraq “oğurladığı” məhsulu “Kənd Təsərrüfatı ekologiyasından praktikum” adlı dərs vəsaitinə çevirib. İllər əvvəl isə bu əməlinə görə kafedra müdirliyindən qovulub. Və onun həmin kafedra müdirliyinə ilk seçkisində elmi adı və elmi dərəcəsi də olmayıb, sadəcə baş müəllim olub. Musa Bayramovun kitab saxtakarlığı Ali Attestasiya Komissiyasına (AAK) da məlum olub, lakin 14.04.2016-cı il tarixdə məhz rektor İbrahim Cəfərovun qrif verilməsi barədə 209 saylı əmri ləğv edilməyib. Ümid edirik ki, yeni təhsil naziri və AAK belə məsələlərə ciddi yanaşacaq, müvafiq komissiyanın fəaliyyətinə göz gəzdirməklə ADAU-dakı saxta elmi ad və dərəcələri ləğv edəcək. Bu kimi plagiat cızmaqaraların isə tezliklə universitetin kitabxanasından çıxarılmaqla çapına və yayılmasına rəsmi qadağalar qoyulacaq.
Musa Bayramovun adı Müəllimlər İnstitutuna saxta tələbə qəbulunda, saxta diplom satışında, habelə müxtəlif valideynləri aldadıb,onlardan pul alaraq guya onların övladlarını müxtəlif ali məktəblərə qəbul etdirəcəkləri ilə bağlı yalandan vədlər verməkdə hallanır. Əgər bu şagirdlər ali məktəbə öz bacarıqları ilə qəbul olursa, onda onların bu nailiyyətini Musa Bayramov öz adına çıxır, DİM-də tapşırdığını iddia edir. Əks halda isə valideynlərə, narahat olmayın, bir az gözləyin, həll ediləcək deyir, diplomunu verdirəcəm deyir. Qısa desək DİM-in nüfuzuna ləkə gətirməklə məşğul olur.
ADAU-da saxta elmi adların paylanmasından tutmuş adları müəllim gedib özləri nə auditoriya, nə də tələbə tanımayan iri məmurlara hansı saxta yollarla və necə maaş yazılmasını, onlara yazılan pulları da özlərinin, yoxsa kimin almasını aydın etməyə, aşkar maliyyə pozuntularına görə ölkənin baş prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) “qara maskalıları”nın təcili olaraq hərəkətə keçməsinə real əsaslar var. Təsəvvür edin ki, rektor şəxsi iradə və maraqları ilə Gəncəbasarın bir çox yüksək vəzifəli şəxslərini ADAU-da “müəllim” adı altında birləşdirərək onlara yarımştat dərs yükü bölüşdürülməklə aşkar qanunsuzluqlara, maliyyə pozuntularına da rəvac verib.
“Ekologiya” kafedrasında iki mötəbər məmurun guya davamlı dərs tədris etməsi, mühazirələr söyləməsi adı altında sənədləşdirmələr aparılıb və dərs jurnalları illərlə saxtalaşdırılıb. Məsələn, hazırda “Gəncə Det-Al Alüminium” Kompleksinin direktoru vəzifəsini daşıyan Cəmil Səfərova adıkeçən kafedrada əsassız maaş yazanlar 7 ildir ki, jurnallarda onun əvəzindən imzalar belə çəkiblər. Aşkar saxtakarlığı isə kafedra müdiri, eləcə də bu günlərdə İbrahim Cəfərov tərəfindən dekan təyin ediləcək plagiat dosent Musa Bayramov həyata keçirib. Sənədlər özü deyir ki, Musa Bayramov uzun müddət rektorun tapşırığı ilə Cəmil Səfərovun əvəzinə jurnallara imza atıb. Dövlət məmurunun “müəllimliyi” müqabilində mövcud maaş kartının isə kimdə olması, təxminən 500 manatlıq maaşı aybaay kimin aldığı qaranlıq qalır. Bundan başqa həmin kafedranın “qiyabiçi” müəllimi, hazırda Şəmkir Regional Meşə Təsərrüfatı idarəsinin direktoru İqbal Əliyev üçün də eyni saxta metod müəyyən edilib. Mühazirələri mövcud olmayan bu dövlət məmuruna da illərdir maaş yazılıb və jurnallardakı imzasını Musa Bayramov atıb. “Dərsə gəlməyən müəllimlər” siyahısında rektor İbrahim Cəfərovla kirvəliyi olan, Gəncə şəhər Nizami rayon Bələdiyyəsinin sədri Qoşqar Məmmədov da var. Onun da hansı fənni nə vaxt tədris etdiyinə dair bilgi yoxdur. Amma illərin göyə sovurduğu pulun bu şəxsə niyə verildiyini də rektordan soruşmaq lazımdır. ADAU-da “sosial yardım” alanlar sırasında YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev də yer alıb. Tarix kafedrasından 0,5 ştat vahidi maaş alan millət vəkilinin isə mütamadi olaraq rektora sayqı ifadə etməsi, bütün şəhər tədbirlərinə də birlikdə qatılmaları hər şeyi deyir.
Dekan seçkisində digər namizəd Vaqif Rəhimov isə GDU-da Ekologiya kafedrasında müdir işləyib. Saxta tələbə qəbulları və saxta diplom satışı məsələsi ilə əlaqədar həbs olunmuşdu. Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyətinə xitam verdikdən sonra valideynlərin bir neçəsi pullarını ala bilmədiklərinə görə onun xarici markalı maşınını və evini satdıraraq pullarını almağa nail olub, amma bir neçə valideyn isə hələ də pulunu ala bilməyib. İndi həbsdən çıxıb və ADAU-da dekan vəzifəsinə seçilmək istəyir. Dəqiq məlumatlara görə dekan vəzifəsinə seçilmək üçün Teymur İsmayılov 10000 manat, Hüseyn İdrisov 15000 manat, Vaqif Rəhimov 15000 manat rektora rüşvət verib. Bundan xəbər tutan Musa Bayramov tədris müəssisəsini auksyon ilə qarışıq salaraq məbləği xeyli artırmış və dekan seçilmək üçün 20000 manat rüşvət vermişdir.
Amma dekan vəzifəsinə ən layiqli namizəd Məhərrəm İsmayılovdur. Təəssüf ki, rektor bunu istəmir. Rektor hər vasitə ilə Musa Bayramovu dekan seçmək istəyir. Rüşvətxor, bütün elmi əsərləri plagiatdan ibarət olan, vaxtı ilə civə və narkotik vasitələr alveri lə məşğul olan Musa Bayramov isə nəinki dekanlığa, hətta müəllim vəzifəsinə belə layiq deyil.
Cənab Prezident, ADAU-dakı bu özbaşınalıqların qarşısını almağı ADAU ziyalıları adından Sizdən xahiş edirik.”

Hörmətlə, Aqronomluq fakültəsinin
professor- müəllim heyəti adından
Fariz Ələkbərov
Sahil Quliyev
Nizami Kazımov
Vüsal Məmmədov
Məşədi Hüseynov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT

    Rektordan Nazirlər Kabinetinin qərarına ...

    12-12-2020, 20:43

  • 
  • Nazirlər Kabineti xüsusi karantin rejimində təhsilin təşkili barədə qərar qəbul edib

    Nazirlər Kabineti xüsusi karantin rejimində ...

    30-10-2020, 12:57

  • 
  • Azərbaycanda xüsusi karantin rejimi avqustun 31-dək uzadıldı - RƏSMİ

    Azərbaycanda xüsusi karantin rejimi avqustun ...

    18-07-2020, 17:58

  • 
  • Hikmət Hacıyev: "Karantin rejimi dərhal ləğv olunmamalıdır"

    Hikmət Hacıyev: "Karantin rejimi dərhal ləğv ...

    16-04-2020, 20:59

  • 
  • Nazir şöbə müdirinə karantini pozduğuna görə töhmət verdi

    Nazir şöbə müdirinə karantini pozduğuna görə ...

    11-06-2020, 17:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu