GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İcra başçısı iki diplomlu, xarici dil bilən qəhrəman zabitə süpürgəçi işləməyi təklif etdi - FOTO/VİDEO

İcra başçısı iki diplomlu, xarici dil bilən qəhrəman zabitə süpürgəçi işləməyi təklif etdi - FOTO/VİDEO

Tarix: 7-05-2021, 17:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 393
İcra başçısı iki diplomlu, xarici dil bilən qəhrəman zabitə süpürgəçi işləməyi təklif etdi - FOTO/VİDEO


Pirallahı rayon İcra başçısı Vətən Müharibəsində qəhrəmancasına döyüşmüz zabitə süpürgəçi işləməyi təklif edib.

Gundemxeber.Az publika.az-a istinadla xəbər verir ki, bu barədə İkinci Qarabağ müharibəsi iştirakçısı, taqım komandiri, baş leytenant İqbal Səfərov sosial şəbəkədə məlumat paylaşıb.

İ.Səfərov yazır:

“Vətən müharibəsindəki qələbəmizdən sonra ordudan tərxis olundum. Müxtəlif tarixlərdə Pirallahı rayon İcra basçısı Vasif İmanovla iki dəfə şəxsən gorüşmüşəm. İlk görüşümüz Xəzər rayon Hərbi Səfərbərlik İdarəsinin məni çağırıb, Cənab Prezidentimizin Sərəncamı ilə İcra hakimiyyətlərində yeni yaradılan Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsində şöbə rəisi kimi mənə iş təklifi etməsindən sonra baş verib. Tam səmimi şəkildə qeyd edim ki, hər iki görüşümüzdə cənab başçı həqiqətən məni yüksək şəkildə qəbul edib.

Səmimi söhbətlər aparmışıq, mənim döyüş yolumdan, torpaqlarımızın azad olunmağından və ümumiyətlə bir çox mövzularda bir saata yaxın söhbətləşmişik. Mənə yaraşmaz indi deyəmki, məni qəbul etməyib, ya hörmətsizlik edib. Xeyr, düzü necədirsə, elə də qeyd etmək borcumdu. Mənimlə fəxr elədiyini, hətta bundan sonra onu özümə arxa-dayaq, böyük qardaş bilməyimi söylədiyini də xatırlatmaq boynumun borcudu. Bundan artıq nə istəyə bilərdim ki... Sevincli idim, ona dərin təşəkkürümü bildirdim.

Məni Fəxri Fərmanla təltif etdi, şəkillər çəkdirdik. Hətta xatirimdədi mənə “sən kişi kimi döyüşmüsən, kişi kimidə iş istəyirsən, halal olsun” söylədiyini də unutmuram. Görüşdən iki gün əvvəl mənim sənədlərim, şəxsi işim cənab başçıya kadrlar rəisi tərəfindən təqdim olunmuşdu. Sənədlərimin çox gözəl olduğunu, bəyəndiyini, mənim özümü də şəxsən ona görə çağırdığını, canlı tanış olmaq istədiyini bildirdi. Və mənə dedi ki, “səni heç yerə buraxan deyiləm. Mənə lazımlı kadrsan. Hər şey çox yaxşı olacaq”. İnsanıq, sözlər bir balaca bəzəkli olanda tez inanırıq. Səmimi qəbul edib, inanmışdım”.

Baş leytenantın sözlərinə görə, rayondan döyüşlərdə cəmi iki zabit komandir kimi iştirak edib:

“Biri mənəm, Allahın qisməti sağ qayıtmışam, digəri isə haqqı rəhmətinə qovuşub, Şəhidlik məqamındadır. Allah rəhmət eləsin qardaşıma!

Cənab Prezidentin Sərəncamına əsasən, sözü gedən şöbəyə yerli sakinlərdən və ən əsası döyüşlərdə iştirak etmiş komandir heyətindən bir nəfəri şöbə rəisi kimi təyin etmək gərəkdiyini mənə Hərbi Səfərbərlik İdarəsi bildirəndə, mən də bununla şərəf duyacağımı demişdim. Həm də başqa namizəd yox idi, tək mən idim. Bu işi həm təklif, həm də xahiş etmişdilər.

Yaxın günlərdə Pirallahı rayon icra başçısı Vasif İmanov tərəfindən başqa rayondan olan bir qardaşımız mən rayonda ola-ola müvafiq şöbəyə rəis təyin edildi. Eybi yox, buna bir söz demirəm. Problemim yeni təyin olunan şəxslə bağlı deyil. Ola bilər, məndən daha savadlı, daha qabiliyyətli, daha münasib şəxsdir ki, mən burda ola-ola onu başqa rayondan gətirdilər. Ona bu şərəfli, məsuliyyətli işdə uğur arzu edirəm, yolu açıq olsun.

Ali təhsilliyəm, iki diplomum var, xarici dil bilirəm, ATƏT-dən, İngiltərədən, Amerikadan sertifikatlarım, Fəxri Fərmanlarım və ən əsası Cənab Ali Baş Komandanımız tərəfindən Füzuli, Xocavənd və Şuşanın azad edilməsinə görə medallarım var. Bu özü Prezidentimiz tərəfindən bizlərə ayrı bir diqqətdir. Medal üçün getməmişdik ki, amma diqqət ayrı şeydir!”.

Keçmiş taqım komandiri qeyd edib ki, həmin şöbəyə başqa adam təyin etdikdən sonra, mayın 5-də icra başçısından ona rayonda süpürgəçi işləməyi təklif edib:



“Cənab başçı, mənə küçədə süpürgəçilik işini hansı əsaslarla rəva bilirsiz? Yəqin, sənədlərimə baxıb son nəticə olaraq qərar verdiniz ki, mənim yerim Cənab Prezidentin Sərəncamı ilə yaradılan yeni şöbə yox, məhz küçələrdir. Anlamaqda çətinlik çəkirəm. Anlayan varsa, mənə də izah etsin, mən də anlayım. Bu nə deməkdir?

Nəyə əsaslanıb qərara gəldiniz ki, məhz mən buna layiqəm. Yoxsa, mədəni üslubda bizi təhqir etdiyinizin fərqində deyilsiniz? Ola bilər ki, həqiqətən fərqində olmamısınız. Siz o qədər əminsiniz ki, özünüzdən məni bu yolla, üzümə gülə-gülə təhqir edirsiniz?

Döyüşçüyə, zabitə, komandirə süpürgəni necə rəva bilirsən? Axı, bizlər bu çətin imtahanı canımızla vermişik. Ayıb deyilmi sizcə də?

Bizlərin əli silah tutub, çox şükür 30 ilin həsrətini canlarımızla ödəyərək son vermişik.

Paltarlarımız qan içində evlərimizə dönmüşük. Aylarla xəstə yatmışam, bəlkə bir dəfə qapımızı açmısınız? Bəlkə hansısa bir müalicəmizdə köməklik göstərmisiniz? Mənim sol qolum, sağ ayağim hələ də hərəkət çətinliyi çəkir. Bəlkə bircə dəfə olsun ağzımı açıb ya sizdən, ya hansısa bir qurumdan köməklik istəmişəm?

Axı, mən bunu niyə etməliyəm ki, şükürlər olsun, müalicəmə öz imkanım çatır. Amma bəs imkanım çatmasaydı, halım necə olacaqdı? Nə olardı ki, bizim də qapılarımız açıla, bizlə də maraqlanalar... Axı biz də bu Vətənin övladlarıyıq. Bu tarixi, şanlı qələbəmizi ucuzlaşdırmayaq. İnsan bir baxar, ən azından nəyi, kimə təklif etdiyinə. Olmaz belə cənab başçı, olmaz! Biz bu Vətənin keşikçiləriyik. Vətənimi qoruduğum kimi yeri gələr süpürərəm də... Həm də sevə-sevə edərəm. Amma bunun üçün sizin köməyiniz gərəkmir. Bu işi tapmaq elə də çətin deyil”.

İ.Səfərov şəxsən Prezidentə şikayət edəcəyini deyib:

“Mən ona güvənirəm. Buradan müraciət edirəm, rəsmi olaraq da müraciət edəcəyəm. Necə ki döyüşlərdə bizi tək buraxmadı, Komandirlik etdi, əl-ələ verdik, qələbə qazandıq, eləcə də indi bizi bu və bu kimi hallarda öz taleyimizlə baş-başa, tək buraxmasın. Döyüşçüyəm, zabitəm, zabit şərəfim var. Komandirəm və öz komandirimə şikayət edirəm. İnciməyin, cənab başçı!”

Pirallahı RİH-dən isə bu barədə məlumatsız olduqlarını dedilər.

Qeyd edək ki, Vasif İsmayılov “Azərsu”nun iki gün əvvəl işdən çıxarılan rəhbəti Qorxmaz Hüseynovun qudasıdır.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vətən Müharibəsi iştirakçısı intihar edib? - FOTOLAR

    Vətən Müharibəsi iştirakçısı intihar edib? - ...

    30-03-2021, 10:31

  • 
  • İcra başçısı istifadədə olan ərazini İbrahim Nehrəmliyə necə verib? - İLGİNC

    İcra başçısı istifadədə olan ərazini İbrahim ...

    7-08-2020, 13:48

  • 
  • İcra başçısı bu məmurdan o qədər qorxur ki... - Xətaidə etiraz aksiyası

    İcra başçısı bu məmurdan o qədər qorxur ki... ...

    2-12-2020, 11:21

  • 
  • Azərbaycanda yeni rayon yaradılır - Pirallahı

    Azərbaycanda yeni rayon yaradılır - Pirallahı ...

    14-12-2012, 13:15

  • 
  • Oqtay Əsədov da danışdı

    Oqtay Əsədov da danışdı ...

    25-08-2020, 17:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (272)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu