Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova məxsus olduğu bildirilən villanın fotoları yayılıb. Qeyd olunur ki, AYDAA-nın müxtəlif texnikaları və fəhlələri S.Məmmədova məxsus villada tikinti-təmir işlərinə cəlb olunublar.
S.Məmmədova məxsus olduğu bildirilən məlumat azpress.az saytında yer alsa da, mövzu tapmaca şəklində qabardılıb: "Saleh Məmmədovun agenliyindən" TAPMACA...
Gundemxeber.Az azsiyasət.com-a istinadla bildirir ki, S.Məmmədovun villasının tikinti işlərinə nəzarəti AAYDA Avtomobil Yollarının Təmiri və İstismarı İdarəsinin rəisi Əflatun Qasımov həyata keçirir. Maraqlısı budur ki, Ə.Qasımov AAYDA sədri S.Məmmədovun qudasıdır.
Hazırda Prezident İlham Əliyev Qarabağın dirçəldilməsi üçün dövlətin böyük resurslarını bu prosesə cəlb edib, işğaldan azad edilən rayonlarda infrastruktur, nəqliyyat və kommunikasiya bərpa olunur, yeni yolların çəkilir. Dövlət başçısının işğaldan azad edilən ərazilərə mütəmadi səfərləri də Qarabağın tezliklə dirçəldilməsinə nail olmaq, orada aktiv həyatı bərpa etmək və Qarabağı əhəmiyyətli zonaya çevirməkdir.
Belə bir situasiyada AAYDA sədri S.Məmmədovun dövlətə məxsus texnikaları və dövlətdən maaş alan fəhlələri öz villasının tikinti-təmir işlərinə cəlb etməsi nə dərəcədə doğrudur?
Mövzunu diqqətdə saxlayacağıq... Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?