GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kəmaləddin Qafarovu əsas müzakirə obyekti edən nəhəng şəbəkə: - Deputat niyə susur?

Kəmaləddin Qafarovu əsas müzakirə obyekti edən nəhəng şəbəkə: - Deputat niyə susur?

Tarix: 26-05-2021, 11:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 469
Kəmaləddin Qafarovu əsas müzakirə obyekti edən nəhəng şəbəkə: - Deputat niyə susur?


Bu günlərdə sosial şəbəkələrdə bir foto xeyli müzakirə mövzusuna çevrildi. Milli Onkologiya Mərkəzinin (MOM) qarşısında çəkilən foto bu xəstəxanaya üz tutan insanların çoxluğu ilə yanaşı, mərkəzdə xəstələrə olan münasibəti, qanunsuz ödəmə tələblərini, korrupsiyanı özü ilə bərabər gündəmə daşıyıb. Bir sıra müzakirələrdə isə daha çox MOM-un direktor müavini, Milli Məclisin deputatı, əczaçılıq sahəsində bir neçə böyük şirkətin sahibi kimi tanınan Kəmaləddin Qafarovun adı hallanır. Deputatın adının hallanması da səbəbsiz deyil. Onun hüdudsuz dərman ticarəti şəbəkəsinə sahib olması bu müzakirələrə yol açan əsas amildir.

K.Qafarovun ən böyük dərman firması “AZERİMED”dir. "AZERİMED" (VOEN 1500072561) 2004-cü ildə təsis edilib. Kəmaləddin Qafarovun ailəsi həmçinin “Kanon” MMC, “Mega Pharmacy” MMC, "AZERİMED MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC, “Naturalist” firmasına nəzarət edir.

YAP-ın 9 saylı Binəqədi II seçki dairəsindən deputatı, Milli Onkologiya Mərkəzinin baş direktor müavini Kəmaləddin Qafarovun biznes şəbəkəsi ilə bağlı mediada mütəmadi olaraq məlumatlar yayılıb. Bunlardan ən ətraflısı araşdırmaçı jurnalist Cavanşir Həsənli tərəfindən bir müddət əvvəl ictimailəşdirilmişdi. Jurnalist araşdırmasında kommersiya qurumlarının dövlət reyestri məlumatları əsasında K.Qafarovun ailə şirkətlərinin bəziləri haqqında məlumatları üzə çıxarmışdı. Məlum olmuşdu ki, “AZERİMED” K.Qafarovun baş direktor müavini olduğu MOM-un şübhəli tenderlərində aktiv tərəfdaşdır: “Bu, həmin şirkətdir ki, onkoloji xəstələrin dərisini şişindən çıxaran, dərmanından bintinədək gərəkli bütün ehtiyacları xəstələrin özlərinə qarşılatdıran Milli Onkologiya Mərkəzi dövlətin on milyonlarla manat vəsaitini tibbi sifarişlər adı altında bu şirkətə yönəldir.

Təkcə 2019-cu il fevralın 19-da MOM və “AZERİMED” arasında müqavilənin məbləği 10 milyon 200 min manat olub. Bundan bir qədər əvvəl, 2018-ci il avqustun 3-də bağlanmış müqavilənin də həcmi 10 milyon 120 min manat təşkil edib. Maraqlıdır ki, bu məsələ ictimailəşdikdən sonra ötən il MOM-un tenderlərində ilin əvvəlində yeni yaradılmış, yaxud da artıq ləğv edilmiş şirkətlər “qalib gəlməyə” başlayıb.

“AZERİMED”in qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Amma şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155-dir. Məhz bu ünvanda Kəmaləddin Qafarov özü və uşaqları qeydiyyatdadır.

Şirkət ayrıca Əhməd Rəcəbli küçəsindəki “AZERİMED” adlı tibbi marketdə tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir, bütün ölkə boyu şəbəkələşmiş "Zəfəran" apteklərini və "Zəfəran" Hospitalı idarə edir.

Kəmaləddin Qafarovun qeydiyyatda olduğu Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155 ünvanında onun daha bir ailə şirkəti - "AZƏRİ MED-MNK" MMC hüquqi qeydiyyatdadır. Şirkət Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 10 manat nizamnamə kapitalı ilə 2008-ci il martın 11-də qeydiyyata alınıb. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun yaxın qohumu Canilya Qafarova Rəhim qızıdır.

Deputatın kurasiyasında olan daha bir tibbi şirkət "KANON" MMC-dir. MMC 2008-ci il mayın 1-də 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində Səbuhi Abbasov Füqar oğlunun adına rəsmiləşdirilib. Bu şirkətin də hüquqi ünvanı Kəmaləddin Qafarovun qeydiyyatda olduğu Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155-dir. Səbuhi Abbasov əvvəllər Canilya Qafarovanın qanuni təmsilçisi olduğu “AZERİMED” MMC-nin idxal departamentinin direktoru olub. Bu şirkət üzərindən Qafarovlar ailəsi ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən, onlarla apteki özündə birləşdirən “Kanon” şəbəkəsinə sahibdir.

"SHAFRAN" MMC 2008-ci dekabrın 4-də 1000 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib. Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, Dərbənd, ev 1-də hüquqi qeydiyyatdadır. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarov Şəmsəddin oğludur. “Shafran” MMC isə məşhur “Zəfəran” apteklər şəbəkəsinin sahibi – hüquqi təmsilçisi olub. Bir neçə il əvvəl “Shafran” MMC " Kəmaləddin Qafarovun xanımının təsisçisi oluğu “AZERİMED” MMC-yə birləşdiyini elan edib.

"AVESTAFARM" MMC 2009-cu il mayın 15-də 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib, qanuni təmsilçisi Elçin İbrahimov İsmayıl oğludur. Bu şirkətin də 2018-ci il dekabrın 19-da Canilya Qafarovanın şirkətinə - "Azəri Med" MMC-yə birləşdirildiyi barədə bir müddət əvvəl məlumat yayılıb.

"MEGA PHARMACY" MMC 2009-cu il aprelin 9-dan Qafarovların ailə şirkətlərinin sırasına daxil olub. 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Kəmaləddin Qafarovun qeydiyyatda olduğu Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155, qanuni təmsilçisi isə Canilya Qafarovadır.

"NATURALİST" FƏRDİ FİRMASI 2001-ci il yanvarın 18-də Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib. Firmanın qanuni təmsilçisi Kəmaləddin Qafarovun qardaşı Cəlaləddin Qafarov Nəsrəddin oğludur. Əczaçılıq sahəsində fəaliyyət göstərir, ayrıca aptekləri var.

“HELİOS PHARMA LTD” qonşu Gürcüstanda əczaçılıq sahəsində fəaliyyət göstərir. 2009-cu il noyabrın 12-də 202463510 saylı lisenziya nömrəsi ilə Gürcüstan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Reyestri Milli Agentliyində qeydiyyatdan keçib. 2018-ci ilin may ayınadək şirkət Kəmaləddin Qafarovun qardaşı Hüsaməddin Qafarovun adına olub. 2018-ci ilin mayında təsisçi dəyişdirilib və şirkət Canilya Qafarovanın (sənədlərdə Cəmalə kimi qeyd olunub) adına rəsmiləşdirilib. Şirkət Tiflisin İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatdadır, Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur.

Göründüyü kimi, K.Qafarov bir neçə il əvvəldən başlayaraq “xırda” şirkətlərini “AZERİMED”ə birləşdirib. Bundan sonra isə “AZERİMED” MOM-un tenderlərində iri məbləğləri “qazanmağa” başlayıb.

Onkoloji Mərkəz isə sözün əsl mənasında sağaldan yox, öldürən yerdir. Hər addımı pul olan bu xəstəxanaya bir düşən sevinir, bir də çıxan.

Bütün bu faktlarla bağlı isə deputat sadəcə susmağa üstünlük verir./Afn.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputat Kəmaləddin Qafarovun Milli Onkologiya Mərkəzi ilə 43,000.000-luq TENDER OYUNU...

    Deputat Kəmaləddin Qafarovun Milli Onkologiya ...

    15-10-2019, 12:41

  • 
  • Deputat Kamaləddin Qafarovun adı 43 milyonluq tender qalmaqalında – VİDEO

    Deputat Kamaləddin Qafarovun adı 43 milyonluq ...

    27-08-2018, 16:28

  • 
  • Kəmaləddin Qafarovun parlamentdə susmasına baxmayın... - Deputatın yerə baxanı...

    Kəmaləddin Qafarovun parlamentdə susmasına ...

    8-01-2021, 12:18

  • 
  • İki baş həkim həbs olundu, Kəmaləddin Qafarov niyə həbs olunmur ? Kəmaləddin, Hüsaməddin, Nəsrəddin, XEYR-əddin...Qafarovlar

    İki baş həkim həbs olundu, Kəmaləddin Qafarov ...

    20-05-2021, 21:56

  • 
  • Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? - Başqa şirkət yox idimi?

    Kəmaləddin Qafarov şübhəli tenderləri necə udur? ...

    24-09-2020, 12:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (78)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu