"Şikayətimiz 156 evakuasiya.az şirkətindəndir. Heç də ucuz olmayan Harley Davidson motosikletini evakuatordan aşırıblar. Çox ciddi xəsarəti var. Ziyanı ödəməkdən min-bir bəhanə ilə boyun qaçırırlar".
Gundemxeber.Az DİA.AZ-a istinadla bildirir ki, bu barədə şikayətlərində Ayxan Əhmədovla Orxan rəhmanlı "Müştəriyəm Şikayətim Var" qrupunda qeyd edirlər.
Daha sonra narazı vətəndaşlar yazırlar: ""HARLEY DAVIDSON İRON 883 markalı motosiklımı daşınarkən aşırdıblar. Qaydaları pozmanın nəticəsində baş verib hadisə. Sürücü sürətli sürüb mənim malımı bir sözlə məhv edib. Salon qiymətin hal-hazırda 29300 manatdır. Sığorta gəlmir, ofis mənə fırıldaq edir, maddi mənəvi bir sözlə hər növ ziyan yetirməyə hələ də davam edirlər. Yaxın-uzaq hər bir kəsdən bunu paylmasını xahiş edirəm. 3 Aydır detal sifariş etmişdim onu gözləyirdim. Bütün həvəsimi heçnə etdilər.
Çəkisi 263 kilo olan bir texnika aşarsa nə hala düşər özünüz təsəvvür edin. Çəkisi kifayətdir ki, daxili sistemini də məhv etsin, düşünün. Hələ də maraqlanmaq bilmirlər. Ancaq 5-10 deyib zaman udurlar. Sığortaları isə yoxdur. Yalandan hər yerdə sığortalı daşınma yazmaqlarına aldanmayın mənim kimi..."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?