GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Vətəndaş qəbulundan yayınma üçün GÖZƏL BƏHANƏ: "Başçı təzə gəlib, hələ heç kimi tanımır..." - Ağsuda NARAZILIQ

Vətəndaş qəbulundan yayınma üçün GÖZƏL BƏHANƏ: "Başçı təzə gəlib, hələ heç kimi tanımır..." - Ağsuda NARAZILIQ

Tarix: 4-06-2021, 12:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 659


Son zamanlar yerli İcra orqanlarının özbaşınalıqlarından, İcra başçısının yerli sakinlərə qarşı saymamazlıqları, onları qəbul etməməsindən narazılıq edənlər arasında Lerik rayon sakinləri də çoxluq təşkil edirdi.

Sosial mediada yayımlanan məlumatlarda istər yerli sahibkarlar olsun, istər sıravi sakinlər Rövşən Bağırovun idarəçiliyində olan Lerik rayonuna, yaxud sahib olduğu vəzifəsinə deyil, səxsi maraqlarına xidmət etdiyini iddia edirdilər.

Nəhayət ki, 29 aprel 2021-ci il tarixində Lerik rayon sakinlərini sevindirəcək bir fərman imzalandı. Həmin fərmanda Rövşən Bağırovun Lerik rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad olunduğu qeyd edilmişdi.

Amma, eyni tarixdə imzalanmış digər fərmana əsasən isə Rövşən Bağırov Ağsu rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edildi.

Necə deyərlər Cənab Prezident "yandırdı Lerikin çırağını, söndürdü Ağsunun çırağını."

Ağsu rayonu ümumiyyətlə digər yayımlarımızda da qeyd etdiyimiz kimi "başçı sarıdan biraz şanssız rayondur" - desək yanılmarıq.
Bunu deməyə bizə Ənvər Seyidəliyevin, sonra rəhmətlik Vahid Tağıyevin dövründə olan narazılıqlar, daha sonra haqqında bu qədər sakin şikayətləri və narazılıqları olan Rövşən Bağırovun oraya başçı təyin olunması əsas verir.

Əslində Lerik rayon sakinləri "dərindən nəfəs alsa"lar da, Ağsu rayon sakinlərinin yeni başçıya böyük ümidləri var.

Amma, görünən o ki, Rövşən Bağırov "iş prinsiplərini" dəyişmək niyyətində deyil. Yəni, eyni "qayda" ilə Ağsu rayonunda da fəaliyyət göstərməyə qərarlıdır.

Belə ki, yeni vəzifəyə təyin olunmasından cəmi bir ay keçməsinə baxmayaraq, R.Bağırov artıq sakinləri qəbul etmək üçün müavinlərini görəvləndirib.

Gundemxeber.az bildirir ki, DogruXeber.az informasiya agentliyinin redaksiyasına Ağsu rayon Zərqava kənd sakini, Qarabağ veteranı Məmmədov Fəyyaz Adıgözəl oğlu tərəfindən müraciət daxil olmuşdur.

F. Məmmədov müraciətində bildirir ki, ailəlidir. 3 azyaşlı övladı var. Özü və həyat yoldaşı işsizdir. Ünvanlı sosial yardım da almır. Beş nəfərdən ibarət ailə 80 AZN-lik təqaüdlə yaşamaq məcburiyyətindədir ki, bu məbləğ də heç kommunal xərcləri ödəmir.

Qeyd: Xatırladaq ki, Fəyyaz Məmmədov bir neçə il bundan öncə də redaksiyamıza işsiz olduğu və yaşamağa evi olmadığı barədə müraciət etmişdi. O zaman Ağsu rayonuna Ənvər Seyidəliyev başçılıq edirdi. Bütün bu problemlər redaksiyamızda dəfələrlə işıqlandırıldıqdan, aidiyyəti qurumların diqqətinə çatdırıldıqdan sonra nəhayət ki, Fəyyaz Məmmədova Dövlət büdcəsi tərəfindən mənzil inşa edildi. Eyni zamanda F. Məmmədov Ağsu Mənzil kommunal təsərrüfat birliyində işlə təmin olunmuşdu.

Lakin, F. Məmmədov bu dəfəki müraciətində bildirir ki, sahib olduğu işindən 15 ay işlədikdən sonra səbəbsiz yerə azad edilib.
Yenidən işlə təmin olunması üçün Ağsu rayon İcra Hakimiyyətinə, Məşğulluq idarəsinə dəfələrlə yazılı və şifahi, həmçinin 3 azyaşlı övladının yaşayışını qismən də olsa təmin etmək üçün ünvanlı sosial yardım almaq barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsinə baxmayaraq, heç bir nəticə əldə edə bilməyib.

F. Məmmədov bir müddət başçısız qalan rayona yeni İcra başçısı təyin olunan kimi böyük ümidlə üz tutub rayon İcra Hakimiyyətinə. Təəssüf ki, Məmmədovun başçı ilə görüşüb, dərdini danışmaq arzusu ürəyində qalıb. Belə ki, dəfələrlə Rövşən Bağırovun qəbuluna düşməyə çalışsa da buna nail ola bilməyən F. Məmmədov deyir ki, İcra Hakimiyyəti binasının qarşısında hər gün başçı ilə görüşmək istəyən, lakin elə F. Məmmədovun özü kimi bu istəyi daşa dəyən 10-larla sakin toplaşır.

P.S: Vətəndaş müraciətində qeyd olunanlar barədə qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə
İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və hümanitar məsələr şöbəsinin müdiri Mirzəliyeva Sevil Səməd qızı ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, Sevil xanım dəstəyi qaldırmadı.

Daha sonra Ağsu rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vüqar Atakişiyev ilə telefon əlaqəsi saxladıq.

V. Atakişiyev məsələyə belə aydınlıq gətirdi ki: - "Başçı təzə gəlib, hələ heç kimi tanımır. Ona görə qəbulu ləngidir. Qoy camaatı, idarə müdirlərini yaxşı tanısın ki, kimsə müraciət edəndə o idarə müdirini qaldırıb ayağa desin ki, bunu elə. Əsasən buna görədir.
Qəbul olunacaq. Qoy biraz vaxt keçsin."

F.Məmmədovun səbəbsiz işdən çıxarılması barədə gileyinə isə V. Atakişiyev cavab verdi ki:

"Ola bilməz. Yəqin o Nazirlik tərəfindən təqdim olunan siyahıya əsasən müvəqqəti, 1 illik müqavilə ilə işə götürülübmüş. Ola bilsin ki, müqaviləsi bitib deyə işdən çıxarılıb. Siz yenə də idarəyə zəng edin, deyin mətbuata kim baxır, onunla əlaqə saxlayın o sizə deyəcək nədir, nə deyil."

Biz də Vüqar müəllimin "tapşırığı"na əsasən Ağsu rayon İcra Hakimiyyətinin şəxsi internet saytında qeyd olunan telefon nömrəsindən İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi İnayətov İzay Məntiq oğlu ilə əlaqə saxlamağa çalışdıq. Lakin, təəssüflər olsun ki, telefona İzay müəllimdən başqa bir neçə şəxs cavab verdi.

Demək, ilk olaraq özünü həmin şöbənin əməkdaşı kimi təqdim edən Zülfiyyə adlı xanım cavab verdi ki:
- "İzay müəllim qonşu otaqda oturur. Amma, hazırda işlə bağlı idarədə deyil."
Elə ağzımızı açıb suallarımızı Zülfiyyə xanıma vermək istəyirdik ki, dəstəyin o biri tərəfində səs dəyişdi. Xanımın səsi, başqa səslə əvəz olundu.

- "Buyurun. Eşidirəm."

Həmin şəxsin kim olduğunu soruşduqda: - "İcra Hakimiyyətinin Baş məsləhətçisi Ümid müəllimdir." - deyə cavab aldıq.
F. Məmmədovun şikayətləri barədə suallarımızı Ümid müəllimdən də soruşduq.

Ümid müəllim cavab verdi ki:

- Bizdə hər gün qəbul var. Başçının öz qəbul günü 5-ci gündür. O günlər qəbul edir.

Vüqar müəllim başçının köməkçisidir. Başçı ilə birbaşa kontaktda olan insandır. O necə deyibsə, elədir.

Sözün açığı məsələnin nə yerdə olduğunu biz bilmirik. Mən yenə də məsələni araşdırım, sabah sizə məlumat verəcəyik."

Ümid müəllim ilə söhbətimizdən az qala bir həftə keçir. Lakin, təəssüflər olsun ki, Ağsu rayon İcra Hakimiyyətindən heç kim nə şikayətçi F. Məmmədovun özü, nə də redaksiyamız ilə hələ də əlaqə saxlamayıb. Bu da Ağsu rayon İcra Hakimiyyətinin mətbuata və yerli sakinlərə hansı münasibətdə olduğunun birbaşa göstəricisidir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lerikin icra başçısı rayondan çıxıb bir daha geri qayıtmayıb- ŞOK

    Lerikin icra başçısı rayondan çıxıb bir daha geri ...

    14-04-2020, 11:53

  • 
  • Lerikin icra başçısı ilə bağlı daha bir iddia - VİDEO

    Lerikin icra başçısı ilə bağlı daha bir iddia - ...

    3-12-2020, 11:45

  • 
  • "Rövşən Bağırovu nə vaxt cəzalandıracaqlar?" - Lerikdə NARAZILIQ

    "Rövşən Bağırovu nə vaxt ...

    25-09-2020, 10:37

  • 
  • Lerikin icra başçısından absurd bəhanə... - İLGİNC FAKT

    Lerikin icra başçısından absurd bəhanə... - ...

    22-01-2021, 11:38

  • 
  • Lerikdə başçı zootexniki necə bankir etdi? - ŞOK FAKTLAR

    Lerikdə başçı zootexniki necə bankir etdi? - ŞOK ...

    5-02-2021, 19:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu