GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Niyə bütün QARA İŞLƏRİN arxasından Oqtay Əsədovun adı çıxır?... - İLGİNC

Niyə bütün QARA İŞLƏRİN arxasından Oqtay Əsədovun adı çıxır?... - İLGİNC

Tarix: 9-06-2021, 11:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 281
Niyə bütün QARA İŞLƏRİN arxasından Oqtay Əsədovun adı çıxır?... - İLGİNC


“Gəldi, 200 min pul götürdü. Dedi ki, deputatların köhnə rəisi, Milli Məclisin köhnə sədri Oqtay müəllimlə ev tikirəm və bir-iki aya verəcəm. Apardı, göstərdi və dedi Novxanı yolunun üstündə tikirik evi. Sonra da gəldi pulu aldı və getdi... "

Gundemxeber.Az “AzPolitika.info”ya istinadla bildirir ki, bunu "Şərur-İnşaat" tikinti şirkətinin rəhbəri, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov sabiq deputat Rafael Cəbrayılovun cinayət işində adının zərərçəkmiş şəxslərin siyahısında olmasına münasibət bildirərkən deyib.

Milli Məclisin sabiq sədri, hazırda 45 saylı Abşeron seçki dairəsinin deputatı olan Oqtay Əsədovun köməkçisi Rauf İrzayev isə O.Əsədovun R.Cəbrayılovla birgə ev tikməsi barədə iddiaları rədd edib: “Deyilənlər cəfəngiyyatdır”.

R.Cəbrayılovun fırıldaqçı, yalançı, rüşvətxor və s. Olması barədə növbəti xəbər, açıqlama artıq təəccüb doğurmur. Ancaq bu məsələdə əsas diqqət çəkən məqam uzun illər ölkənin ən strateji postlarından birini tutmuş Oqtay Əsədovun adının belə bir işdə hallandırılmasıdır.

Təsəvvür edin ki, Şərurlu İsfəndiyarın “qapısını döyən” deputat Oqtay Əsədovla şərik olduğunu deyir və özünü savadsızlığa qoysa da, Azərbaycanın “cikinə də, bikinə də” bələd olan tikinti maqnatı R.Cəbrayılovun bircə sözünə inanıb, ona yüzminlərlə dollar verir. Bu, mümkün olan şeydirmi? İsfəndiyar Axundov özü deyir ki, gedib tikinti yerinə baxıb, sonra deputata pul verib. Deməli, tikinti yerinə baxıbsa, R.Cəbrayılovun həqiqətən O.Əsədovla əlaqəsinin olub-olmadığını da araşdırıb, hansı ki, əslində heç bunu araşdırmağa da ehtiyac olmayıb. Uzun illər tikinti sektorunda işləyən Şərurlu İsfəndiyar “kimin başının kimin qoltuğunun altında olduğunu” bilməmiş olmazdı. Məsələ ondadır ki, təkcə İsfəndiyar Axundov deyil, R.Cəbrayılovun “alıb aldatdığı” zərərçəkənlərin demək olar hamısı deputatın Oqtay Əsədovla şərikliyinə inandıqları, hətta buna əmin olduqları üçün ona pul verdiklərini deyiblər. Deməli, İsfəndiyar Axundov başda olmaqla, bu adamları R.Cəbrayılovdan çox Oqtay Əsədovun adı, vəzifəsi aldadıb. Ən əsası isə odur ki, onlar qanun qadağan etsə də, parlament sədrinin binalar, obyektlər tikməsinə, müxtəlif bizneslərlə məşğul olmasına adi hal kimi baxıblar. Yeri gəlmişkən, sonradan məlum oldu ki, həmin bizneslərin içərisində hətta “striptiz klub” işlətmək belə var. Yəni ki, nə yolla qazanılır, qazanılsın, təki pul gəlsin!...

Bu məsələ üzə çıxmamışdan əvvəl Binəqədi rayonu ərazisində, Mehdiabad yolunun yaxınlığında salınan “Gənclər şəhərciyi”nin Rafael Cəbrayılova məxsus olduğu bildirilirdi. Əslində, keçmiş deputatın həm parlamentə düşmək, həm də biznes qurmaq üçün Binəqədini seçməsi təsadüfi deyil. Çünki uzun müddət bu rayonun icra başçısı olmuş Alı Qocayev Oqtay Əsədovun qudasıdır. Rafael Cəbrayılovun tikinti biznesinin “çiçəklənməsində” də onun danılmaz rolunun olduğu bildirilir.

Onu da qeyd edək ki, Əsədov spikerdən adi deputata çevriləndən sonra Milli Məclisin iclaslarına qatılmağı da özünə sığışdırmır, iqamətgahında oturub Azərbaycandan Türkiyəyə, Rusiyadan İngiltərəyə qədər gedib çıxan biznes imperiyasını idarə edir. Adam bəlkə də varidatının, obyektlərinin, mülklərinin, şirkətlərinin sayını da bilmir...

Ümumiyyətlə, belə görünür ki, O.Əsədovu uzun illər ölkənin üçüncü adamı sayılmasına baxmayaraq, heç zaman şəxsi reputasiyası, deməli, həm də dövlətin reputasiyası maraqlandırmayıb. Heç indi də maraqlandırmır. Bu adamın adının indiyə qədər hər hansı hadisə, mövzu ilə bağlı müsbət mənada çəkilməsinə demək olar ki, rast gəlinmir – ancaq “əyri-üyrü” işlər, korrupsiya, talançılıq, məmur biznesi və sair.

Demək istədiyimiz odur ki, hətta Əsədova heç bir aidiyyatı olmasa belə, Rafael Cəbrayılovun pul alıb qaytarmadığı insanlar deputatdan çox “deputatların rəisi”nin adının, vəzifəsinin, reputasiyasının toruna düşüblər. Və Azərbaycanda məmur oliqarxiyası, məmur-biznesmen, deputat-biznesmen kimi anlayışlar qaldıqca, hələ çox buna oxşar dələduzluq, fırıldaqçılıq faktlarının şahidi olacağıq...

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Borc içində üzən deputat vəsiqəsi... - GƏLİŞMƏ

    Borc içində üzən deputat vəsiqəsi... - GƏLİŞMƏ ...

    24-09-2019, 12:33

  • 
  • Parlamentin payız sessiyası başladı – Rəfael Cəbraylov mandatdan imtina etdi

    Parlamentin payız sessiyası başladı – Rəfael ...

    30-09-2019, 12:36

  • 
  • Oqtay Əsədova daha bir ittiham

    Oqtay Əsədova daha bir ittiham ...

    9-12-2012, 12:36

  • 
  • Deputatla bağlı şok sənədlər yayıldı – Rafael Cəbrayılovun borcu əl yazısı ilə təsdiq olundu – FOTO

    Deputatla bağlı şok sənədlər yayıldı – Rafael ...

    18-12-2018, 13:14

  • 
  • Şərurlu İsfəndiyar tikdiyi binalara niyə qaz vermir?

    Şərurlu İsfəndiyar tikdiyi binalara niyə qaz ...

    20-10-2014, 10:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu