GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » AMEA ELM OCAĞIDIR, BAZAR DEYİL.., cənab Mehdiyev! - İLGİNC FAKT

AMEA ELM OCAĞIDIR, BAZAR DEYİL.., cənab Mehdiyev! - İLGİNC FAKT

Tarix: 22-06-2021, 11:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 526
AMEA ELM OCAĞIDIR, BAZAR DEYİL.., cənab Mehdiyev! - İLGİNC FAKT


Bir zamanlar Azərbaycan siyasi idarəetmə aparatının “boz kardinalı” kimi tanınan Ramiz Mehdiyevin 2019-ci ilin 23 oktyabr tarixində PA-dakı postundan uzaqlaşdırılıb Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təyin olundu. O zamandan indiyədək 1 il 7 ay zaman keçir. Sözsüz ki, bu müddət ciddi akademik islahatlar üçün o qədər də geniş zaman deyil. Bununla belə, görüləcək işlərin, aparılacaq islahatların ana cizgilərini müəyyənləşdirmək üçün az müddət də sayılmaz. Təsadüfi deyil ki, ABŞ boyda böyük bir ölkənin prezidentinin gələcək fəaliyyətinə qiymət vermək üçün cəmi 100 gün gözləyirlər. AMEA-na indiyədək verilən möhlət isə 5 dəfə 100 gün deməkdir. Üstəlik, akademiyanın prezidenti də o qədər cavan deyil ki, ona özünü təsdiqləməsi üçün daha artıq zaman verilə.

Bəs bu 500 günü aşan zaman ərzində 83 yaşlı akademik yeni vəzifəsində hansı islahatları və fəaliyyəti ilə yadda qalıb?

Gundemxeber.az bildirir ki, ovqat.com-un araşdırmaları bu suala kifayət qədər aydınlıq gətirilir.

Araşdırmamızin nəticəsinə görə, “Ramiz Mehdiyev bu 1 il 7 ay ərzində elmin inkişafı üçün heç bir əsaslı iş görməyib, hətta akademik tədbir belə keçirməyib”. Amma bu o demək deyil ki, baş akademik kosmosdakı cansız cism kimi tam ətalət halında olub. Təbii ki, bu geniş zaman kəsimində o, bəzi “mühüm” addımlar da atıb. Atdığı addımları isə “boz kardinal sayağı kadr islahatları” adlandırmaq mümkündür.

Araşdırmalarımız göstərir ki, “boz kardinal” sayağı kadr islahatları nəticəsində AMEA-nın Rəyasət Heyəti 3 dəfə dəyişdirilib. Həqiqi elm adamlarının yerinə öz yaxınları gətirilib. Əsas “kadr islahatı” isə akademik-katib vəzifəsində aparılıb. Təsəvvür edin ki, bu vəzifəyə son 500 gün ərzində 3 dəfə fərqli insanlar təyin olunub. Son dəfə bu vəzifəyə ötən ayın 27-də akademik Arif Həşimov təyinat alıb. Ondan əvvəl isə həmin vəzifəni Adil Qəribov icra edirdi. Adil müəllim 2020-ci ilin 11 dekabrında bu vəzifəyə gətiriləndə öz sələfi Ənnağı Sadıqovu əvəz etmişdi. Həmin kadr dəyişikliyi zamanı Ənnağı Sadıqovun akademik-katibl vəzifəsinə təyinatının üzərindən isə uzun zaman keçməmişdi. 2019-cu ilin may ayında bu vəzifəyə seçilən Ənnağı Sadıqov yerini möhkəmləndirməyə macal tapmamış 5 aydan sonra Ramiz Mehdiyev AMEA-ya prezident təyin olunmuş, 2 aydan sonra isə akademik-katib vəzifəsində dəyişiklik edilmişdi. Yəni, Ənnağı müəllimin akademik-katibliyi üst-üstə cəmi 7 ay sürmüşdü.

“Boz kardinal” sayağı kadr islahatlarının aparıldığı əsas struktur isə Akademiyanın nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkında olmuşdur. Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi 1 il 7 ay ərzində Yüksək Texnologiyalar Parkı 5 dəfə əl dəyişmişdir. Əvvəl oraya Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Samir Məmmədov Qasım oğlu rəhbərlik edirdisə, Ramiz Mehdiyev baş akademik seçildikdən qısa müddət sonra həmin vəzifə bir başqa Məmmədova tapşırıldı. Bu Məmmədov kim olsa yaxşıdır? – Bir zamanlar korrupsioner nazir kimi ad çıxaran, işdən qovulduqdan sonra yığdığı rüşvəti Allaha ibadətə xərcləyən Ziya Məmmədovun qardaşı Elton Məmmədov.

Amma Elton Məmmədovun da yeni vəzifəsində bəxti gətirmir. 22 Dekabr 2019-cu ildə çiçəyi burnunda olan direktor işdən çıxarılır və yerinə Əli Abbasov təyin edilir. Bu o Əli Abbasovdur ki, cəmi bir neçə il əvvəl böyük miqdarda rüşvət aldığını etiraf edib Rabitə və Yüksək Texnologiyalar naziri postundan uzaqlaşdırılmışdı. Görünür, Ramiz Mehdiyev bu korrupsioner kadrda hansısa yüksək qabiliyyət görüb onu akademiyanın ən yağlı idarəsinə işə götürüb. Amma üzərindən az keçməmiş Əli Abbasov da Ramiz Mehdiyevin inamını doğrultmayıb və postunu Əbülfəz Babayevə ötürüb. Di gəl ki, Əbülfəz müəllim də öz fəaliyyəti ilə “nümunəvi xidmət” gözləyən baş akademikin etimadını qazana bilməyib və bu ayın 14-də Vasif Abbasovla əvəz olunub. Yəqin ki, bu yazı dərc olunduqdan sonra Yüksək Texnologiyalar Parkı 500 günlük müddətində növbəti direktoru ilə tanış olmaq fürsəti qazanacaq.

Araşdırmalarımıza görə, AMEA-da rəhbərliyi dəfələrlə dəyişdirilən strukturlardan biri də Akademiyanın kitabxanasıdır. Bu müddət ərzində Mərkəzi Elmi Akademiya 3 dəfə yeni direktor görüb. Sözsüz ki, Yüksək Texnologiyalar Parkı ilə müqayisədə bu “performans” xeyli geridə qalır və Ramiz Mehdiyev öz “kadr islahatlarını” elmi kitabxanada daha da dərinləşdirmək barədə düşünməlidir.

Ramiz Mehdiyev AMEA-nın struktur islahatlarında da xeyli məsafələr qət edib. Di gəl ki, onun “struktur islahatları” bütrokratik aparatı zəiflətməyə yox, genişləndirməyə xidmət edib. Əldə etdiyimiz görə, Ramiz Mehdiyev baş akademik təyin olunandan sonra AMEA-nın nəzdində mənasız qurumlar yaradılıb və o qurumlara akademik fəaliyyətlə heç bir əlaqəsi və səriştəsi olmayan adamlar gətirilib. Və bunların heç biri də Ramiz Mehdiyevə yad adamlar deyil.

Ramiz Mehdiyevin ən yaxın adamı isə, təbii ki, onun həyat yoldaşı Qalina Mehdiyevadır. Hörmətli akademik elmi qabiliyyəti ona-buna mədhiyyələr yazmaqla oğullarını böyük vəzifəyə düzəldən İsa Həbibbəyli və düşüncə potensialı ondan fərqlənməyən digər yaxın adamlarına yanında iş verdiyi halda, əlbəttə ki, Qalina xanımı yaddan çıxara bilməzdi. Bu, ədalətə və uzun illərin həyat yoldaşlığına zidd addım olardı. Görünür, baş akademik də məhz bu amilləri nəzərə alıb Qalina Mehdiyevanı AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “Komputer elmləri” ixtisası üzrə doktorluq dissertasiya Şurasına sədr seçdirib. Qalina xanım isə indiyədək həmin Şuranın bir iclasında belə iştirak etməyib. Saytımıza açıqlama verən mütəxəssislərdən biri deyib: “Həmin institutda bir neçə akademik, AMEA-nın müxbir üzvü, onlarla tanınmış elmlər doktoru işlədiyi halda, sözügedən şuraya Qalina Mehdiyevanın rəhbərlik etməsi elmi ictimaiyyət tərəfindən xoş qarşılanmır”.

Maraqlıdır ki, Ramiz Mehdiyevin AMEA-nı özünün ailə şirkətinə çevrilməsi təkcə bununla da yekunlaşmır. Bildirildiyinə görə, R.Mehdiyev öz ailə şirkəti kimi tanınan “Şərq-Qərb” nəşriyyatını da AMEA-ya bağlı Milli Ensklopediyanın binasının 3-cü mərtəbəsinə köçürüb. “Ramiz Mehdiyevin ailəsinə məxsus olan “Şərq Qərb” nəşriyyatı ensklopediyaya nə qədər icarə haqqı ödəyir?”- deyə qaynağımız soruşur.

Qaynağımız redaksiyamıza Ramiz Mehdiyevin 1 il 7 ay ərzində AMEA-da apardığı kadr və struktur islahatlarının siyahısını da təqdim edib. Siyahını olduğu kimi yayımlayırıq:






Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyevin İsa Həbibbəylini “vurmasının” şok səbəbi - İLGİNC İDDİA

    Ramiz Mehdiyevin İsa Həbibbəylini “vurmasının” ...

    12-01-2021, 11:57

  • 
  • Ramiz Mehdiyev AMEA-da əməlli-başlı ORDU SAXLAYIR... - 11 köməkçisi var

    Ramiz Mehdiyev AMEA-da əməlli-başlı ORDU ...

    25-03-2021, 13:00

  • 
  • Ramiz Mehdiyev AMEA-ya prezident gətilir?

    Ramiz Mehdiyev AMEA-ya prezident gətilir? ...

    13-02-2013, 10:49

  • 
  • Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA

    Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? ...

    15-09-2020, 09:46

  • 
  • Mehdiyevin akademiklər qarşısında qoyduğu şərt: Dostum kimdir, düşmənim kim?..

    Mehdiyevin akademiklər qarşısında qoyduğu şərt: ...

    14-01-2021, 13:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu