GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 10 saylı MHM bir ildir qapıları bağlı olan məktəbləri necə qızdırıb? – Emin Əmrullayevin menyusuna

10 saylı MHM bir ildir qapıları bağlı olan məktəbləri necə qızdırıb? – Emin Əmrullayevin menyusuna

Tarix: 25-06-2021, 12:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 556
10 saylı MHM bir ildir qapıları bağlı olan məktəbləri necə qızdırıb? – Emin Əmrullayevin menyusuna


Emin Əmrullayevin Təhsil naziri kimi fəaliyyətinin bir ili gələn ay tamam olacaq. Ötən bu bir il ərzində gənc nazir nə kimi işlərlə yadda qaldı? Elektron Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə gənc nazirin fəaliyyəti ilə bağlı müxtəlif fikirlərə rast gəlinir. Emin Əmrillayev bir çox hallarda təhsil sistemində kök atmış korrupsioner məmurlara qarşı qəti addımlar atmamaqda günahlanırılır,təzadlı qərarlar verməkdə suçlandırılır.Bütün bunlar ayrı bir mövzudur. Bizi maraqlandıran başqa məsələdir. Məsələn, şəhər məktəbində təhsil almış,daha sonra dünyanın aparıcı universitetlərinin məzunu olmuş,idarəetmə ixtisası üzrə magistr pilləsinə yiyələnmiş Emin Əmrullayevin Azərbaycanın kənd məktəblərindən zərrə qədər də olsa təsəvvürü varmı? Kənd məktəblərində tədrisin keyfiyyətindən, məktəblərin bərbad vəziyyətdə olduğundan görəsən gənc nazirin xəbəri varmı.

Məlum olduğu kimi hər il dövlət büdcəsindən məktəblərin təmir-tikintisinə, təhsilin inkişafına lazımınca vəsait ayrılır. Amma bu vəsaitlərin hansı məqsədlər üçün sərf olunması müəyyən suallar yaradır. Məsələn, Təhsil Nazirliyi Ərazi Maliyyə Hesablaşma Mərkəzləri vasitəsi ilə orta məktəblərdə odun yanacağının alınmasına il ərzində nə qədər vəsait ayırır? Bundan görəsən bir nazir kimi Emin Əmrullayevin xəbəri varmı? Onun yadına salmaq istəyirik ki,Təhsil Nazirliyi Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən kənd məktəblərinin isidilməsi məqsədi ilə odun yanacağının alınması üçün ayrılan vəsaitlər demək olar ki,talan edilir.Burada quru odun yanacağının qiymətləri ya gizlədilir və yaxud da çox yüksək yazılır.Odun yanacağının alınması isə sual altındadır.

Gundemxeber.Az aktualinfo.org-a istinadla bildirir ki, bütün bunlara Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən elan olunmuş tenderlərdə də yol verildiyi açıq-aydın görsənməkdədir. Mərkəzin əhatə dairəsində olan bu rayonlardan Tərtərdə 47 ümumtəhsi, 4 məktəbdənkənar müəssisə, Ağdamda 134 ümumtəhsil məktəbi və 5 məktəbdənkənar müəssisələr, Ağcabədidə 1 ibtidai, 11 ümumi orta məktəb, 1 məktəb-lisey, 49 tam orta və 5 məktəbdənkanar təhsil müəssisəsi, Respublikanın 15 şəhər və rayonunda fəaliyyətini davam etdirən Laçın rayonunda 5 məktəbdənkənar təhsil müəssisəsi, 111 ümumtəhsil məktəbi,Respublikanın 7 şəhər və rayonlarında fəaliyyətlərini davam etdirən Füzuli rayonu üzrə 5 məktəbdənkənar təhsil müəssisəsi,81 ümumtəhsil məktəbi, Respublikanın 5 şəhər və rayonlarında fəaliyyətlərini davam etdirən Xocavənd rayonu üzrə 17 ümumtəhsil məktəbi var. Qeyd edək ki, bu təhsli müəssisələrinin böyük əksəriyyəti rayon mərkəzlərində,bir çox qaçqın məktəbləri isə Bakı və Sumqayıt şəhərlərində yerləşir.

Bu 6 rayonda ümumilikdə fəaliyyətdə olan 380-ə yaxın ümumtəhsil müəssisələri il ərzində nə qədər odun yanacağı istifadə edər? Bəri başdan onu da xüsusilə vurğulamaq istərdik ki, məktəblərin böyük əksəriyyətində odun yanacağı valideynlərdən toplanan pullar hesabına alınır. Bunu rayon yerlərində,kəndlərdə ən azı bir qohumu yaşayan hər kəs bilməmiş deyil. Rayon mərkəzlərindəki orta məktəblərin bir çoxu isə qazanxana sistemi ilə təchiz edilib. Dərslərin sentyabr ayından başlayaraq,iyun ayında qurtardığını götürdükdə və Respublikanın iqlim şəraitini nəzərə aldıqda, orta məktəblər neçə ay qızdırılır? Sentyabr, oktayabr aylarında havaların o qədər də soyuq olmadığını və bu rayonların dağlıq ərazilərdə yerləşmədiyini nəzərə alsaq noyabr ayından orta məktəblər qızdırılmağa başlayır. Məktəblərin hamısı bir növbəli olduğundan günortaya qədər qızdırılır. Bu hesablama ilə sözügedən rayonların məktəblərində cəmi 5-6 ay, noyabr-mart aylarında orta məktəblər qızdırılır.Bu beş aya düşən şənbə,bazar günlərini və bayramları çıxsaq cəmi dörd ay olur. Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayonlarında bir növbəli orta məktəblərin dörd ay qızdırılmasına Təhsil Nazirliyi 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi nə qədər vəsait ayırsa yaxşıdır?

Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən odun yanacağının satın alınması üzrə 442163.12 manat məbləğində satınalma müqailəsi 22.06.2021-ci il tarixdə “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.11.2019 il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, SƏTTAR BƏHLULZADƏ, ev 39, m. 202, qanuni təmsilçisi kimi isə Osmanlı Vahid Cuma oğlu qeyd olunub.

10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 2019 və 2020-ci illərdə də odun yanacağının alınmasına məqsədi ilə satınalmalar həyata keçirmişdir.

Odun yanacağının satın alınması üzrə 294 992.83 manat məbləğində satınalma müqailəsi 26.02.2020-ci il tarixdə “TƏCHİZAT-RA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Istilik enerjisinin (odun yanacağının) satın alınması üzrə 298 799.6 manat məbləğində satınalma müqailəsi 25.22.2019-ci il tarixdə “TƏCHİZAT-RA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TƏCHİZAT-RA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdam rayon Vergilər Şöbəsində 06.02.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı AĞDAM RAYONU, İMANQULUBƏYLİ, qanuni təmsilçisinin isə Qədimov İnqilab Əsgər oğlu olduğu göstərilir.

Satınalmaların vahid elektron portalına yerləşdirilimiş məlumatlardan da göründüyü kimi 25.22.2019-ci il tarixdən 26.02.2020-ci il tarixə,yəni cəmi iki aya 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi odun yanacağının satınalmasına 593 792 manat dövlət vəsaiti ayırıb.

Qeyd edək ki,2016-cı ildə Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin yaradılmasında məqsədi şəhər və rayonlar üzrə nəzərdə tutulmuş təhsil xərclərinin,təhsil sahəsində maliyyə və inzibati resursların idarə edilməsinin təkmilləşdirilməsi və mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçirilməsindən ibarət olub. Eyni zamanda bu qurumun əsas vəzifəsi təhsilə ayrılan vəsaitin xərclənməsinə nəzarət etmək və büdcə mənimsəmələrinin qarşısın almaqdır.

Lakin məlumatlardan da göründüyü kimi 10 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzi dövlət vəsaitlərini səmərəli xərclənməsinə heç də ciddi nəzarət edə bilmir və yaxud da etmir. Məlum olduğu kimi koronavirus pandemiyasının bütün dünyaya yayılması ilə əlaqadər ölkəmizdə qabaqlayıcı tədbirlər həyata keçirilmiş,Nazirlər Kabinetinin Qərarı ilə karantin rejimi elan olunmuş, orta məktəblərin fəaliyyəti qeyri müəyyən müddətə dayandırılmış, 2020-2021-ci tədris ili Azərbaycan Respublikasının təhsil müəssilərində dərslər onlayn formatda keçirilmişdir. Yəni hər yerdə olduğu kimi 10 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzinin tabeçiliyində olan rayon məktəbləri də bağlı olub. Belə olan halda 2020-ci tədris ili üçün alınmış (alınıbmı?) odun yanacağı hara sərf olunub? Dövlət satınalmalarının vahid portalında yerləşdirilmiş məlumatlara görə 10 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzi son üç il ərzində yalnız odun yanacağının alınmasına 1 035 995 manat vəsait xərcləyib. Yuxarıda qeyd etdiyimiz kimi, karantin rejimi ilə əlaqədar fəaliyyəti dayandırılmış məktəblər necə qızdırılıb? Məktəblər bağlı olduğu halda dövlətin ayırdığı vəsaitlər hara xərclənib? Bu Hesablaşma Mərkəz tərəfindən odun yanacağı adı altında dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması deyilmi?

Yuxarıda qeyd etdiyimiz kimi,son vaxtlar rayonlarda və kəndlərdə yeni qaz xətlərinin çəkilməsi ilə əlaqədar məktəblərə odun yanacağının alınması üçün külli miqdarda dövlət vəsaitinin ayrılmasına ehtiyac qalmır. Ona görə də 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin odun yanacağının alınması ilə bağlı elan etdiyi tenderlərdə qanun pozuntularına yol verilməsi qənaətinə gəlməmək olmur. İsitmə sistemi quraşdırılmamış məktəblərdə isə odun yanacağının valideynlərin hesabına alınması heç kimə sirr deyil. Bəs bir neçə ay ərzində rayon məktəblərinə odun yanacağının alınması məqsədi ilə ayrilmış 593 792 manat dövlət vəsati necə olub? Biz bir mətbuat orqanı olaraq Azərbaycan Respublikasının Hesablama Palatasından və Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən bu vəsaitlərin təyinatı üzrə xərclənib,xərclənməmməsinə aydınlıq gətirilməsi üçün yoxlamaların təşkil olunmasını tələb edirik. Çünki 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Zahid Təhməzovun mətbuata cavab verməyə vaxtı yoxdu,başı nələrə qarışıb bəlli deyil.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Emin Əmrullayev Təhsil Naziri təyin edildi

    Emin Əmrullayev Təhsil Naziri təyin edildi ...

    27-07-2020, 12:24

  • 
  • Emin Əmrullayev köhnə eşalonun kadrıdır? - İDDİA

    Emin Əmrullayev köhnə eşalonun kadrıdır? - İDDİA ...

    5-12-2020, 17:28

  • 
  • Təhsil nazirinin müavini Firudin Qurbanovun xaricdəki biznesi- Nazir Emin Əmrullayevin nəzərinə.......

    Təhsil nazirinin müavini Firudin Qurbanovun ...

    22-02-2021, 17:10

  • 
  • Emin Əmrullayev də köhnə üsullarla işləyir... - İDDİA

    Emin Əmrullayev də köhnə üsullarla işləyir... - ...

    22-12-2020, 10:47

  • 
  • Emin Əmrullayevin məktəb direktoru “maklerlik edir”- ŞOK FAKTLAR

    Emin Əmrullayevin məktəb direktoru “maklerlik ...

    14-10-2020, 10:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu