“Norm” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Evrascon” ASC-ni məhkəməyə verib.
Gundemxeber.Az HİT.Az-a istinadla xəbər verir ki, məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqaviləsi üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Səbinə Nuriyevanın icraatındadır. 8 iyul tarixinə hazırlıq iclası təyin edilib. “Norm” ASC 2006-cı ildə yaradılıb. ASC 2008-ci ildən sement zavodu kimi fəaliyyət göstərir. “Evrascon” ASC-yə gəlincə, şirkət “Azərkörpü” ASC-nin bazasında yaradılıb. “Evrascon” ASC-nin qanuni təmsilçisi İsmayıl Əfəndi İsmiyevdir. Direktorlar Şurasının sədri olan İsmayıl Əfəndi İsmiyev ASC-də 51.2 faiz paya sahibdir. Əslində isə “Evrascon” ASC-nin Baş nazirin keçmiş müavini Abid Şərifova məxsus olduğu bildirilir. Mediada bu barədə kifayət qədər təkzibolunmaz məlumatlar yer alır. Hətta Abid Şərifovun xanımının da bu şirkətdə payı olduğu barədə faktlar var.
Sorğu
Yeni dizaynımız necədir?