GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Qaçqınkom”un qaçqın malını talayan ortaqları kimlərdi – İTTİHAM

“Qaçqınkom”un qaçqın malını talayan ortaqları kimlərdi – İTTİHAM

Tarix: 6-07-2021, 15:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 640


Uzun illərdir düşmən tapdağı altında olan Dağlıq Qarabağ 44 gün ərzində erməni işğalından azad olundu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz canı-qanı bahasına Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Artıq prezident İlham Əliyevin rəhbərliyi ilə regionda böyük infrastruktur layihələrinin həyata keçirilməsi üçün mühüm addımlar atılır. Məcburi köçkünlərin geri qayıtması istiqamətində isə lazım olan bütün tədbirlərin həyata keçirilməsinə start verilib.

Məlum olduğu kimi qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli daim dövlətimizin başçısı İlham Əliyev cənablarının diqqət mərkəzində olub. Ötən illər ərzində bu sahəyə ayrılan vəsaitləri və görülən işləri burada sadalamağa zənnimizcə ehtiyac yoxdur.

Aktualinfo.org bu mövzuya səhifələrində bir neçə dəfə toxunub. Doğma yurdlarını tərk etməyə məcbur olmuş insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması mövzusuna bir daha qayıtmaqda məqsədimiz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi deyilən bir dövlət qurumun hələ çoxlu sayda sosial problemlər içində çabalayan qaçqın və məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ətrafında biabırçı şəkildə simulyasiya etdiklərini bir daha geniş içtimaiyyətin diqqətinə çatdırmaqdır.

Sözügedən Komitə tərəfindən artıq həll olunmuş münaqişə nəticəsində doğma yurdlarını tərk etməyə məcbur olan insanların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində dövlətimizin məqsədyönlü tədbirlərı necə həyata keçirilir? Biz burada yalnız mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə toxunacağıq. Yəni, məşğulluğun artırılması və digər sosial problemlər üzərində qurulan oyunlardan xəbərdar deyilik.

Ötən aylarda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfinən bir neçə satınalma proseduru həyata keçirilib.Onlardan bir neçəsini diqqətinizə çatdırırıq.

Məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə keçirilmiş müsabiqədə 299 494.79 manat məbləğində satınalma müqaviləsi 30.06.2021-ci il tarixdə “LİNE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Tenderin şərtlər toplusunda qeyd edilmiş aparılacaq təmir işlərinin siyahısına nəzər saldıqda nələri görmüş oluruq. Açar və rozetkalar üçün qutunun quraşdırılması,ağac tirlər atmaqla taxta tavanın düzəldilməsi 39.6 m(2),daxili divar və yamacların sulu boya ilə rənglənməsi 1780 m(2) və bu kimi bir çox işlər. Burada sual olunur. Bu işlər harada görüləcək? Havada,yoxsa suda? Burada konkret ünvan nə üçün göstərilmir? Məsələn filan qaçqın qəsəbəsində yerləşən filankəsov filankəsə məxsus filan nömrəli mənzilin tavanının və yaxud uçmuş divarın təmiri?Qeyd edək ki,bu üsuldan Departamentin keçirdiyi bütün tenderlərdə istifadə olunub ki,onları da aşağıda diqqətinizə çatdıracağıq.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LİNE GROUP” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 27.04.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, YAŞAYIŞ SAHƏSİ V (YENİ GÜNƏŞLİ QƏS.), ev 28, m. 49, qanuni təmsilçisinin isə Hüseynov Suad Fuad oğlu olduğu qeyd edilib.

Qaradağ rayonu Müşfiqabad və Goranboy şəhərində salınmış məcburi köçkün qəsəbələrində binaların fasad üzlük daşları və dam örtüklərinin əsaslı təmiri üzrə keçirilmiş tenderdə 239778.61 manat məbləğində satınalma müqaviləsi 29.06.2021-ci il tarixdə “ABADLIQ-R TTQ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ABADLIQ-R TTQ” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 18.05.2009-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, BAKIXANOV ŞTQ,ŞAMİL KAMİLOV (BAKIXANOV QƏS.),ev 7, qanuni təmsilçisinin isə Cəfərov Rza Əli oğlu olduğu qeyd edilib.

Qeyd edək ki,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti “ABADLIQ-R TTQ” MMC ilə 2020-2021-ci illərdə ümumi olaraq 687 167 manat məbləğində satınalma müqaviləsi bağlamaşdır.

Biləsuvar rayonunda fərdi yaşayış evlərinin təmiri işləri üzrə keçirilmiş tenderdə 265 598.68 manat məbləğində satınalma müqaviləsi 29.06.2021-ci il tarixdə “DÖNÜŞ-1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DÖNÜŞ-1” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 08.04.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, SÜLEYMAN RÜSTƏM, ev 69, qanuni təmsilçisinin isə Quliyev İlkin Bəxtiyar oğlu olduğu qeyd edilib.

Goranboy rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə keçirilmiş müsabiqədə 289 862.92 manat məbləğində satınalma müqaviləsi 18.06.2021-ci il tarixdə “SİMMETRİYA ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SİMMETRİYA ” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində 18.11.2002-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 6.00 manat olan MMC-nin hüquqi ünvanı ŞƏMKİR RAYONU, DƏLLƏR ŞTQ, qanuni təmsilçisinin isə Ağayev Ağa Xəqani oğlu olduğu qeyd edilib.

MMC Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabeli qurumlarla, Mənzil İstismar Departamenti ilə ümumi olaraq 550 772 manat, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə 1 298 837.95 manat məbləğində satınalma müqavilələri bağlamışdır.

Füzuli rayonunda birinci mərhəllədə fərdi yaşayış evlərinin təmiri üzrə keçirilmiş tenderdə 273 317.91 manat məbləğində satınalma müqaviləsi 23.06.2021-ci il tarixdə “EMV GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EMV GROUP” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 10.06.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 100000 manat olan MMC-nin hüquqi ünvanı ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, QUŞÇULUQ YAŞAYIŞ MASSİVİ, ev 54, 11-ci küçəsi, Dalan 4, qanuni təmsilçisinin isə Məmmədov Xalid Nəriman oğlu olduğu qeyd edilib.

Ağdam rayonunda fərdi yaşayış evlərinin təmiri işləri üzrə keçirilmiş tenderdə 255 139.02 manat məbləğində satınalma müqaviləsi 09.06.2021-ci il tarixdə “CİTY CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “CİTY CONSTRUCTİON” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 08.02.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ƏLƏSGƏR ƏLƏKBƏROV, ev 34, qanuni təmsilçisinin isə Əliyev Emil Paşa oğlu olduğu qeyd edilib.

Sabirabad rayonunda fərdi yaşayış evlərinin təmiri işləri üzrə keçirilmiş tenderdə 289 299.99 manat məbləğində satınalma müqaviləsi 08.06.2021-ci il tarixdə “MÜASİR TİKİNTİLƏR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MÜASİR TİKİNTİLƏR” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 25.02.2010-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, LANDAU, ev MƏHƏLLƏ 546, m. 118, qanuni təmsilçisinin isə Tusi İlkin Tusi oğlu olduğu qeyd edilib.

MMC 2020-2021-ci ilin 8 ayı ərzində Sabirabad rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə 586 400 manat məbləğində satınalma müqaviləsi bağlamaşdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabeli digər qurumla, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə 19 533 569 manat məbləğində satınalma müqavilələri bağlamışdır.

Göründüyü kimi 2021-ci ilin 6 ayı ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti məcburi köçkün qəsəbəlırində fərdi yaşayış evlərinin təmirinə ümumi olaraq 1 912 491 manat dövlət vəsaiti ayırıb. Sözügedən Departament ötən il də, 03.10.2020-ci il tarixdə Sabirabad rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə “MÜASİR TİKİNTİLƏR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 297 100.05 manat məbləğində, 20.10.2020-ci il tarixdə İmişli rayonunda məcburi köçkün qəsəbəsində daxili yolların təmiri üzrə “DİLER İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 236995.35 manat məbləğində, 20.10.2020-ci il tarixdə Füzuli rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə “TURAN.İ.O” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 164 747.46 manat məbləğində, 23.10.2020-ci il tarixdə Ağcabədi rayonunda məcburi köçkün qəsəbəsində daxili yolların təmiri üzrə “DİLER İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 277952.95 manat məbləğində, 23.10.2020-ci il tarixdə Biləsuvar rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə “DİLER İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 256 931.96 manat məbləğində, 23.10.2020-ci il tarixdə Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə fərdi yaşayış evlərinin təmiri üzrə “AZENERGO TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 192 499.85 manat məbləğində, 28.10.2020-ci il tarixdə Goranboy rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə “SİMMETRİYA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 118753.09 manat məbləğində müqavilələr bağlanılmışdır.

Keçirilmiş tenderlərdən də göründüyü kimi dövlətimiz artıq torpaqları geri alınmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə kifayət qədər vəsait ayırır. Lakin bu işə birbaşa cavabdeh olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti sözügedən işləri həyata keçirmək adı altında dövlətin və qaçqınların malını talan etməklə məşğuldurlar. Ötən yazılarımızın birində bu movzuya toxunmuşduq. Keçirilən tenderlərdə təmir olunacaq fərdi yaşayış evlərinin hansı qəsəbələrdə aparılması, evlərdə nə kimi təmir işlərinin görülməsi ictimaiyyətə nə üçün açıqlanmayıb,tenderlərin əsas şərtlər toplusunda qanunda göstərildiyi kimi niyə hər şey açıq göstərilməyib.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Tender Komissiyası şərtlər toplusunda umumi olaraq bir neçə kvadratmetr təmir işləri yazmaqla kimin başını aldatmaq istəyir? Dövlətin,qaçqınların,yoxsa ictimaiyyətin? Ötən yazıda apardığımız müqayisəni bir daha xatırlatmaq istərdik ki, 2020-ci ildə ayrılmış dövlət vəsaitlərinə görə fərdi yaşayış evlərinin təmirinə orta hesabla 20 min manat düşür. Hazırki bazar qiymətləri ilə sözügedən məbləğə kənd yerində 3 otaqlı yeni mənzil tikmək mümkündür.

Bu açıqlamadan sonra Komitənin Mənzil İstismar Departamenti ifşa olunduqlarını görüb tenderlərin əsas şərtlər toplusunda təmir olunacaq mənzillərin sayını deyil, sadəcə kvadratmetr göstəriblər ki,bu daha bibırçı deyilmi? Məcburi köçkünlərin qəsəbəsində 4-5 il əvvəl tikilərək istifadəyə verilmiş fərdi yaşayış evlərinin yenidən təmir olunması işlərin səthi aparılmasına bir işarə deyilmi? Bunlardan əlavə,təmirin kimin evində aparıldığı, konkret ünvanı nə üçün ictimaiyyətə açıqlanmayıb? Kim zəmanət verə bilər ki, ayrılan bu vəsaitlər təmirli evlərin yenidən təmir olunmasına yönəldilərək silinməyib?

KiTenderlərdə qalib gələn MMC-lərə gəlincə. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlardan da göründüyü kimi heç bir maddi-texniki bazası olmayan şirkətlərdir. Rayon yerlərində qul bazarlarından günü 5-10 manata fəhlə cəlb etməklə kosmetik işlər görməklə ayrılmış dövlət vəsaitlərinin müəyyən faizini sifarişçilərə çatdırmaqdan başqa heç bir iş görmək iqtidarında deyillər. Bir sözlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin və Mənzil İstismar Departamentinin sədri Səbuhi Əhmədovun qaçqın malını talayan ortaqlarıdırlar. 

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan Prezident İlham Əliyevə təslim oldu - GƏLİŞMƏ

    Paşinyan Prezident İlham Əliyevə təslim oldu - ...

    9-10-2020, 15:16

  • 
  • Azərbaycan Prezidenti: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”

    Azərbaycan Prezidenti: “Biz döyüş meydanında ...

    26-10-2020, 13:06

  • 
  • Dövlət başçısı: "Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır"

    Dövlət başçısı: "Dağlıq Qarabağ münaqişəsi ...

    19-11-2020, 12:25

  • 
  • “Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq” - Prezident İlham Əliyev

    “Xocalı soyqırımı qurbanlarının qisasını döyüş ...

    26-02-2021, 11:55

  • 
  • "Barışıq mümkündür, sadəcə, Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etməlidir" - Prezident İlham Əliyev

    "Barışıq mümkündür, sadəcə, Ermənistan ...

    27-10-2020, 13:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (77)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
https://betboom.com/az . best cryto casino reddit
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu