Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Kliniki Diaqnostika Laboratoriyasının həkim və laborantları rəhbərlikdən narazıdır.
Gundemxeber.az bildirir ki, bu barədə Yenisabah.az-a institutun həkim-laborantı Aynur Əsədli şikayət bildirib. O, həkimlərin şöbə müdirinin özbaşınalığından və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda arzuolunmaz, qeyri-münasib əmək şəraitinin mövcudluğundan təngə gəldiyini qeyd edib: “Məsələnin kökü çox dərindədir. Üç il bundan öncə bizim direktor Həqiqət Qədirova Nuriyyə Səlimovanı bizə şöbə müdiri təyin etdi. Bundan sonra bütün şöbə işçiləri ərizə yazdıq ki, biz Nuriyyə Səlimovanın şöbə müdiri olmasını istəmirik. Çünki həmin həkim hələ şöbə müdiri olmamışdan əvvəl hər kəslə konflikt yaşayırdı. O, adamayovuşmaz, kompleksli, özü-özündən xoflanan şəxsdir, belə insana vəzifə vermək olmaz. O, bizə şöbə müdiri təyin olundu, gələn kimi də ilk sözü bu oldu: “Mən sizin acığınıza bu vəzifəyə gəlmişəm və sizdən qisas alacam”. İstəyirdi ki, hər kəs ona baş əysin, itaət eləsin. Subardinasiya hər zaman qorunmalıdır, düzdür, amma biz qul deyilik. Şöbədə kimlər ki, onun dediyini edirdi, münasibət yaxşı olurdu, kim etməsə ayrıseçkilik olunurdu. Biz bundan sonra şöbə işçiləri ilə birgə direktor Həqiqət xanıma yazılı müraciət ünvanladıq. Lakin o bizi dinləmək əvəzinə bizi bir yerə yığıb dedi ki, əgər bu yazı institutdan kənara çıxsa, mən şöbəni buraxacağam, sizi şəhərin başqa yerlərinə dağıdacağam”. Həqiqət Qədirovanın özbaşınalıqlarından dolayı intihar həddinə çatdığını bildirən Aynur Əsədli TƏBİB idarə heyətinin sədri Ramin Bayramlıya, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə, İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman xanım Səbinə Əliyevaya, Baş Prokuror Kamran Əliyevə açıq məktub ünvanlayıb. A.Əsədlinin sözlərinə görə, şikayətlərdən sonra ona qarşı təzyiqlər daha da artmağa başlayıb: “Belə bir arzuolunmaz şəraitdə işləyib usanmamaq əlbəttə ki, qeyri-mümkündür. Əsəb, gərginlik, diqqət pozğunluğu, strees dözülməz həddə çatıb. Dəfərlələ bu barədə TƏBİB-ə müraciətlər edilib. Lakin araşdırılma aparılmayıb. Şikayətlər Həqiqət Qədirovanın üzərinə qayıdıb. Səsimizi eşidən olmayıb. Bu şikayətlərdən sonra mənə qarşı təzyiqlər daha da artdı. Onlar hər zaman “Əsədlini buradan uzaqlaşdırmaq lazımdır” deyirlər. Koronavirusun ikinci dalğası zamanı mənə və laborantlarıma yerli-yersiz xəbərdarlıqlar edilirdi. Məni analiz cavablarını qəsdən gecikdirməkdə ittiham edirdi. Artıq bilmirəm nə edim, ya intihar edib qurtulmalıyam, ya da haqsızlıqla mübarizə aparmalıyam...”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?