GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İcra hakimiyyəti şəhidin ailəsinə bulaq tikməyə icazə vermir? - FOTO

İcra hakimiyyəti şəhidin ailəsinə bulaq tikməyə icazə vermir? - FOTO

Tarix: 27-07-2021, 13:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 383
İcra hakimiyyəti şəhidin ailəsinə bulaq tikməyə icazə vermir? - FOTO


“Qardaşım - Vətən müharibəsi şəhidi Hacıyev Sərxan Eldar oğlunun xatirəsini əbədiləşdirmək üçün doğulduğu Qobustan rayonunda bulaq kompleksi tikmək istəyirik. Bu ayın 8-də doğum günü idi, çox istədik ki, o vaxta qədər öz vəsaitimizlə kompleksi inşa edək. Lakin Qobustan Rayon İcra Hakimiyyəti bizə bu kompleksi tikməyə icazə vermir”.

Gundemxeber.az bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya şəhidin qardaşı Orxan Hacıyev müraciət edib. O iddia edir ki, ailəsi bununla bağlı müraciət etsə də, rədd cavabı alıb: “Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov atama deyib ki, biz rayonda heç bir şəhid ailəsinə nəsə tikmək üçün icazə verməmişik. İndi sizə icazə versək, digər şəhid ailələri də gəlib nəsə istəyəcəklər...”
O. Hacıyev, həmçinin bu məsələ ilə əlaqədar Qobustan rayonunun deputatı ilə görüşdüyünü deyib: “Anam Humay Hacıyeva ilə birlikdə bir neçə gün əvvəl rayonumuzun deputatı Şahin Seyidzadənin qəbulunda olduq və məsələni ona da dedik. İlk öncə icazə olmadığını dedi, daha sonra bulaq üçün rayon bələdiyyəsindən sənəd almalı olduğumuzu dedi. Bir də bulağa gələn suyun pulunu kimin ödəyəcəyini, sayğacın kimin adına olacağını soruşdu. Mən də özümün ödəyəcəyimi bildirdim. Amma buna baxmayaraq, bizə bulaq kompleksinin tikintisi üçün icazə olmadığını dedi.
Qardaşım bu vətən üçün canından keçib, onlara isə bir bulağın su pulu maraqlıdır”.
Şəhidin qardaşı bildirib ki, bulaq tikintisi ilə yanaşı, həmçinin S. Hacıyevin 11 il təhsil aldığı 2 saylı tam orta məktəbə də onun adı verilmir: “İcra Hakimiyyətinə və Təhsil Nazirliyinə bununla bağlı məktub yazdıq. İcra hakimiyyətindən bu məsələnin onların səlahiyyətində olmadığı deyilsə də, nazirliyin cavab məktubunda bunun üçün yerli icra hakimiyyəti orqanının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmalı olduğu qeyd olunub”.
Problemlə bağlı Qobustan RİH başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov bildirdi ki, rayonda bir neçə yerdə şəhid bulaqları salınıb və rayonda bununla bağlı heç bir problem yoxdur. Şöbə müdirinin sözlərinə görə, bəzən problemlər yerlə bağlı olur, ailələr istəyirlər ki, məhz öz istədikləri yerdə tikilsin. Lakin bulaq elədir ki, onun tikintisi üçün yer uyğun olmalıdır: “Şəhidimizin adına bulaq kompleksini onun yaxınları Heydər Əliyev prospektində tikmək istəyirdilər. Lakin həmin yer magistraldan şəhərin içərisinə girən yerdir. Orada bulaq tikmək mümkün deyil. Bulaq gərək elə yerdə tikilsin ki, faydalı olsun. Biz istəyərdik ki, şəhidimizin adı ən yaxşı yerlərdə əbədiləşdirilsin. Onlara təklif olundu ki, həmin küçədə, bir qədər başqa tərəfdə tikilsin və bununla bağlı da razılığa gəlinib. Heç bir problem yoxdur”.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində şəhid olan Sərxan Hacıyev Silahlı Qüvvələrdə “MAXE” kimi xidmət göstərib. Ötən il oktyabrın 23-də Füzuli uğrunda gedən döyüşlərdə kürəyindən qəlpə yarası alıb və bir həftə neytral ərazidə qaldıqdan sonra nəşini götürmək mümkün olub. “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Gündəm xəbər.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Tovuz rayon İcra Hakimiyyəti bizi eşitmir" - Şəhid ailəsindən NARAZILIQ

    "Tovuz rayon İcra Hakimiyyəti bizi ...

    5-01-2021, 12:31

  • 
  • Qusar rayon İcra Hakimiyyəti nə işlə məşğuldur? - Şəhidin məzarı hələ də götürülməyib

    Qusar rayon İcra Hakimiyyəti nə işlə məşğuldur? - ...

    4-01-2021, 17:45

  • 
  • DƏHŞƏT: İcra başçısı şəhid ailəsinə iylənmiş Qurban əti göndərdi - BİABIRÇI GÖRÜNTÜLƏR

    DƏHŞƏT: İcra başçısı şəhid ailəsinə iylənmiş ...

    15-08-2019, 10:00

  • 
  • İcra Hakimiyyəti Şəhidlərin xatirəsinə tikilən bulağı sökdü – Video

    İcra Hakimiyyəti Şəhidlərin xatirəsinə tikilən ...

    19-05-2021, 09:47

  • 
  • Şəhid Ailələri Sabirabadda ETİRAZA HAZIRLAŞIR... - PULLARI YEYİBLƏR...

    Şəhid Ailələri Sabirabadda ETİRAZA HAZIRLAŞIR... ...

    27-04-2021, 14:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu