GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nazir müavini istintaqa Rövşən Əkbərov haqqında nə deyib? - İLGİNC

Nazir müavini istintaqa Rövşən Əkbərov haqqında nə deyib? - İLGİNC

Tarix: 31-07-2021, 14:11 Bölmə :GündəmXəbər / Manşet Baxış: 648
Nazir müavini istintaqa Rövşən Əkbərov haqqında nə deyib? - İLGİNC


İyulun 30-da Milli Qəhrəman, general Rövşən Əkbərovun işi üzrə məhkəmə istintaqı başlayır. 20 il əvvəl Kiyevdə 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunan general özünü təqsirli bilmir. Bu il martın 15-dən həbsdə olan Rövşən Əkbərov ötən 4 ay yarım ərzində ifadə verməkdən imtina edib.

Cinayət işinin materiallarında bir sıra vəzifəli şəxslərin də adı keçir. Onlar da ötən 20 il ərzində bir neçə dəfə istintaqda dindirilib. Həmin məmurların arasında Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev də var. O dövrdə Azərbaycanın Ukraynada səfiri vəzifəsində çalışan Nazim İbrahimovun Kiyevdə bizneslə məşğul olan Elçin Əliyevlə də, Rövşən Əkbərovla da münasibətləri olub. Orucəli Hacıyev də həmin vaxt bizneslə məşğul idi.

“Press Klub” 2006-cı ildən nazir müavini vəzifəsində çalışan Orucəli Hacıyevin şahid qismində verdiyi ifadəni əldə edib. Maraqlıdır ki, o, 2001-ci, 2004-cü illərdə də Elçin Əliyevin qətli ilə bağlı istintaqda dindirilib, mərhumun atası Fəday Əliyevlə üzləşdirilib. Amma O.Hacıyev hər dəfə Elçin Əliyevin kim tərəfindən öldürüldüyünü bilmədiyini deyib. (Həmin vaxt Orucəli müəllim hələ nazir müavini deyildi.) 2021-ci ilin martında – Rövşən Əkbərovun həbsindən sonrakı dindirməsində isə o, fərqli ifadə verib. Bildirib ki, 1990-cı illərin ikinci yarısında Sumqayıtda məişət kimyası zavoduna rəhbərlik edib, “İnterxom” şirkətinin təsisçisi və direktoru olub. Kiyev şəhərində metal və qida məhsullarının alqı-satqısı sahəsində biznes əlaqələri qurub. 2000-ci illərdə şirkətin bir zavodunu da Kiyevdə inşa etmək qərarına gəliblər. Kiyevdə olduğu müddətdə Elçin Əliyevlə tanış olub. 2001-ci il mayın 31-dən iyulun 1-nə keçən gecə, saat 3-4 radələrində Məzahir Şıxəliyev zəng edərək ağlaya-ağlaya “Elçini bıçaqladılar” deyib. Kimin vurduğunu soruşanda isə “Rövşən vurdu” cavabını verib. Sonradan bilib ki, söhbət Milli Qəhrəman Rövşən Əliyevdən gedir: “Dərhal geyinib, Məzahirin dediyi yerə getdim. Məzahir Elçinin başını öz dizinin üstünə qoyub ağlayırdı. Soruşdum ki, səni kim vurdu? Kafenin mühafizəçisi dedi ki, artıq ölüb…”

Əvvəlki ifadələrində Elçin Əliyevin kim tərəfindən vurulduğunu bilmədiyini dediyinə gəlincə, nazir müavini bu ziddiyyəti belə izah edib: “Bütün ifadələrimdə Rövşən Əkbərov tərəfindən öldürüldüyünü demişəm. Amma oxumadan imzaladığıma görə bilmirəm ki, ifadəni yazanlar dediklərimin hamısını qeyd ediblər, yoxsa yox…”

Rövşən Əkbərov iki maddə ilə ittiham olunur

Bakı Hərbi Məhkəməsində həbsdə olan general Rövşən Əkbərovun mühakiməsi başlayıb. Qəsdən adam öldürməkdə ittiham olunan generalın işini məhkəmənin sədri Həbib Həsənov araşdırır. Zərərçəkmiş tərəf təqsirləndirilən generala qarşı 1 milyon mənəvi, 200 min də maddi olmaqla, 1 milyon 200 min manatlıq mülki iddia qaldırıb. Rövşən Əkbərova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. General 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir. Cinayət işinin materiallarında yazılıb ki, gecə saatlarında “Sikora” kafesində yeyib-içəndən sonra Rövşən Əkbərovla Elçin Əliyev arasında mübahisə yaranıb. Onlar kafedən çıxıb mübahisəni davam etdiriblər. Bu zaman general üstündəki hərbi bıçaqla onun ürək nahiyəsinə zərbə endirib. 2003-cü ildə Ukrayna Prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazıb. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilib. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılıb.

Elçin Əliyevin ailə üzvləri ötən 20 ildə Prezident Administrasiyası, Baş Prokurorluq da daxil olmaqla, müxtəlif dövlət orqanlarına onlarla məktub göndərərək Rövşən Əkbərovun cəzalandırılmasını tələb ediblər. 2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb. Uzun illər əvvəl çıxarılmış icraatın dayandırılması barədə qərar 2020-ci ildə ləğv edilib. Elçin Əliyevin qətli ilə bağlı cinayət işi üzrə icraat təzələnib və prosesin nəticəsi olaraq Rövşən Əkbərov həbs edilib.

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qiyam cəhdinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub. 2001-ci ildə Ukraynada Elçin Əliyevin qətlindən sonra – 2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İşdən çıxarılan nazir müavini Rövşən Əkbərovu əvəzləyəcək

    İşdən çıxarılan nazir müavini Rövşən Əkbərovu ...

    25-10-2013, 01:37

  • 
  • Rövşən Əkbərovun siyasi səbəbli həbsi

    Rövşən Əkbərovun siyasi səbəbli həbsi ...

    17-03-2021, 12:19

  • 
  • Rövşən Əkbərovun əsas himayədarları kimlər olub? - Həbsdəki generalla bağlı sensasiyalı faktlar açıldı

    Rövşən Əkbərovun əsas himayədarları kimlər olub? ...

    5-04-2021, 14:39

  • 
  • Avropa Məhkəməsi Rövşən Əkbərovun həbsini tələb edir

    Avropa Məhkəməsi Rövşən Əkbərovun həbsini tələb ...

    1-08-2014, 01:43

  • 
  • Rövşən Əkbərovu Vilayət Quliyev həbsdən xilas edib – ŞOK İDDİA

    Rövşən Əkbərovu Vilayət Quliyev həbsdən xilas ...

    18-03-2021, 14:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (277)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu