GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ramiz Mehdiyevin deputat mandatı qazandırdığı Eldəniz Səlimov həbsə gedir

Ramiz Mehdiyevin deputat mandatı qazandırdığı Eldəniz Səlimov həbsə gedir

Tarix: 3-08-2021, 10:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 351
Ramiz Mehdiyevin deputat mandatı qazandırdığı Eldəniz Səlimov həbsə gedir


İntizam Komissiyası deputatın toxunulmazlığına xitam verilməsinə “hə” dedi; YAP onu öz sıralarından qovdu...

Deputat Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Zaur Mirzəyevin qanuni tələbinə əməl etməyərək onu döyməsi faktı Baş Prokurorluqda araşdırılmaqdadır. Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Eldəniz Səlimovun barəsində qətimkan tədbirinin seçilməsi məsələsi onun deputat toxunulmazlığına görə hələlik həll edilməyib. Eldəniz Səlimovun mandatı ilə bağlı məsələyə baxılması isə artıq qərarlaşdırılıb. Milli Məclis sədri Sahibə Qafarova 53 deputatının tələbi ilə parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib. Təqdimatı baş prokuror Kamran Əliyev verib.

Rəsmi məlumata əsasən, iyulun 29-da gecə 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib. Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. Bu arada deputat baş verənlərə görə üzrxahlıq edib, Azərbaycan xalqından üzr istəyib. Bir çox ekspertlər hesab edir ki, deputatın üzrxahlığı onun həbsinin qarşısını almayacaq. Bu baxımdan baş prokurorun müraciətinin müsbət cavablandırılacağı, Eldəniz Səlimovun toxunulmazlığı qaldırıldıqdan sonra onun həbs ediləcəyi haqda qəti fikirlər söyləyənlər də az deyil.

Bundan başqa, Eldəniz Səlimovla bağlı şok faktlar ortaya çıxıb. Qoluzorlu deputatın pandemiya qaydalarını pozaraq nəvəsinə toy edən Ramiz Mehdiyevin ciddi siyasi dəstəyi və təqdimatı ilə deputat mandatı qazana bildiyi iddiaları var. Digər məlumata görə, Eldəniz Səlimov tez-tez Ramiz Mehdiyevin bağ evlərində təşkil olunan qəbullarda iştirak edir. Eldəniz Səlimovun ötən il Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyunda da iştirak etdiyi deyilir. Pandemiya dövründə toya qatılan deputatın pandemiya məhdudiyyətlərinə əməl etməməsi də təəccüblü deyil.



“Bakı” Hüquq Şirkətinin rəhbəri, hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, ölkədə məhkəmə hüquq islahatlarının aparılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamlar, atılan addımlardan sanki bəzi məmurlar, deputatlar, vəzifə sahibləri məlumatlı deyillər: “Eldəniz Səlimovun polisin qanuni tələbinə bu şəkildə reaksiya verməsini şərtləndirən bir çox amillər var. Bu adamlar qanunverici orqanda oturub qanunsuzluq etməyi bir vərdişə çevirirlər. Düşünürlər ki, cibimdə mandat var, kim mənə söz deyəcək. Deputatı olduğu rayonda ona kimsənin söz demək səlahiyyətinin olmadığına da əmindirlər. Hər dəfə də qanundankənar addım atanda, məsələn, yol hərəkəti qaydasını pozurlar, yol polisi saxlayır, vəsiqəni göstərib keçirlər. Başqa bir yerdə bir başqa qanunsuzluq edir, yola verilir deyə fikir yaranır ki, nə istəsələr edə bilərlər. Özlərini qanundan üstün tuturlar. Halbuki Prezident İlham Əliyev hər çıxışında məmurlara çağırış edir, hər bir məmuru xalqın qulluqçusu olmağa səsləyir. Prezident deyir ki, hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar. Əksinə deyil. Məmur xalqın xidmətçisidir. Vətəndaşa xidmət, kömək göstərməlidir. Yekəxanalıq etməməlidir.

Amma biz nə görürük? Pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə əməl etməyə dəvət olunan deputat polisə əl-qol atır, onu vurur, döyür. Ona bu səlahiyyəti kim verib? Bu adamlar oturduqları Milli Məclisin mahiyyətini belə anlamır sanki! Qanunverici orqanda oturub hakimiyyət nümayəndəsinin qanuni tələbinə yumruqla necə cavab vermək olar? Qanun deyib qanunsuzluq etməkdən çəkinmirlər. Polis əməkdaşı Azərbaycan dövlətinin təmsilçisidir. Deputat polisə əl qaldırmaqla faktiki olaraq Azərbaycan dövlətinə qarşı addım atır və buna görə də qanunların tələb etdiyi ən sərt şəkildə cəzasını almalıdır".

Hüquqşünas deyir ki, Azərbaycan Konstitusiyasının 90-cı maddəsi səlahiyyət müddətində deputatların şəxsiyyətinin toxunulmazlığını qoruyur. Lakin deputat həmin müddətdə cinayət əməli törədərsə, bərəsində qətimkan tədbiri seçilə bilər: “Bu halda artıq deputatın barəsində qətimkan tədbirinin seçilməsi üçün addım atılıb. Baş prokuror Kamran Əliyev Milli Məclisə onun toxunulmazlığının qaldırılması üçün müraciət edib. 2016-cı ildə deputatların statusunu məhdudlaşdıran bir müddəa 89-cu maddəyə 7-ci bənd olaraq əlavə edilib. Deputat etik davranış qaydalarını kobud surətdə pozduqda, mandatından məhrum edilir. Bu Konstitusiya əlavəsindən sonra 2017-ci ildə ”Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunun qəbul edilməsində məqsədlər bunlardır:

- deputat fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması;

- Azərbaycan Respublikası Milli Məclisinin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın qarşısının alınması;

- deputat fəaliyyətində maraqların toqquşması hallarının qarşısının alınması;

- deputatın etik davranış qaydalarına əməl etməsinin təmin olunması;

- deputat fəaliyyətinə ictimai etimadın gücləndirilməsi.

Bununla yanaşı, qanunun 4-cü maddəsi deyir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən kobud, təhqiramiz söz və ifadələrə yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyən qərəzli hərəkətlər etməməlidir.

Qanunun 6-cı maddəsi deputatdan vicdanlı və mədəni davranış tələb edir.

- Deputat vicdanlı davranış nümayiş etdirməlidir.

- Deputat Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışa yol verməməli, deputat adını, şərəf və ləyaqətini uca tutmalıdır.

- Deputat vətəndaşlarla, o cümlədən seçiciləri ilə münasibətlərində, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır".

Hüquqşünasın sözlərinə görə, deputatın vətəndaşa, polisə və digər şəxslərə əl qaldırması qanunun 3-cü, 4-cü və 6-cı maddələrinin açıq pozulmasıdır və parlamentdaxili məsuliyyətə səbəb olan pozuntudur.

Qanunun 14-cü maddəsi bildirir ki, “Etik davranış qaydalarının pozulmasına görə deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci və 23-cü maddələrinə əsasən, etik davranış qaydaları pozulduqda Milli Məclisin Sədrinin təqdimatı əsasında Milli Məclisin İntizam komissiyası araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatının mandatından məhrum edilməsi haqqında qəbul etdiyi rəyi Milli Məclisin sədrinə təqdim etmək vəzifəsi daşıyır.

Pozuntu halları rəydə öz təsdiqini tapdıqda, Milli Məclisin sədri İntizam komissiyasının Milli Məclisin deputatının mandatından məhrum edilməsi barədə rəyini Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərir.

Göründüyü kimi, deputat toxunulmazlığı altında gizlənib, kimisə döymək, təhqir etmək, kobud, nəzakətsiz davranışlara yol vermək olmaz. Bu davranış etik pozuntu olduğundan deputat mandatının itirilməsi ilə yekunlaşa bilər.

Fəzail Ağamalı: “Vahid Əhmədovun köhnə Müdafiə naziri ilə yaxşı əlaqələri, işbirliyi olub”

Fəzail Ağamalı

Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş Prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər: “Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir. Milli Məclis bu barədə məsələlərə deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə oluna bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş Prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər.

Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir. Milli Məclisin qərarı ilə deputat toxunulmazlığına xitam verildikdən sonra Eldəniz Səlimov barədə cinayət işi açıla bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir”.

Yazı hazırlanarkən məlum oldu ki, Milli Məclisin İntizam komissiyası artıq öz iclasını keçirib. İclasda baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə təqdimatına baxılıb. E. Səlimov iclasda çıxış edərək əməlini etiraf edib, üzr istəyib. İntizam komissiyası Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib və məsələ parlamentin bugünkü iclasına tövsiyə olunub.

P.S. Dünən deputat YAP sıralarından da xaric edilib. Bu barədə YAP Xaçmaz rayon təşkilatından məlumat verilib../musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldəniz Səlimov nədən Prezidentlə müqayisə edildi? - QALMAQAL

    Eldəniz Səlimov nədən Prezidentlə müqayisə ...

    3-03-2021, 14:18

  • 
  • Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına xitam verilə bilər

    Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına ...

    19-09-2017, 19:20

  • 
  • Deputat Nabranda sərxoş halda polisi döydü — ŞOK

    Deputat Nabranda sərxoş halda polisi döydü — ŞOK ...

    29-07-2021, 13:01

  • 
  • Deputatın viran qoyduğu XAÇMAZ MEŞƏLƏRİ... - Nazirlik Eldəniz Səlimovun “ekoloji terror”una göz yumur

    Deputatın viran qoyduğu XAÇMAZ MEŞƏLƏRİ... - ...

    7-06-2021, 16:39

  • 
  • Milli Məclis deputatının girovda olan vəsiqəsi - FOTOLAR

    Milli Məclis deputatının girovda olan vəsiqəsi - ...

    20-09-2019, 21:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu