Vətən müharibəsi qazisi Bəhram Nuriyev “Facebook” səhifəsində canlı yayımda intihara cəhd edib. O, maddi çətinlik çəkdiyinə, səlahiyyətlilərdən heç bir yardım almadığına etiraz edib.
Qəbələ rayon İcra Hakimiyyəti isə indiyə qədər Bəhram Nuriyevlə dəfələrlə görüşüb ona lazımi köməklik göstərildiyi açıqlayıb.
Gundemxeber.az xəbər verir ki, sosial şəbəkədə mövzunun müzakirəsinə qatılaraq kəskin fikir bildirənlərdən biri müğənni Günel Ələkbərovadır (Pişik Günel). O yazıb:
“Axı niyə? Torpaqlarımızı canı, qanı bahasına yenicə işğaldan azad edən igid oğullarımızı bu həddə çatdırırlar. Axı niyə görə qazilərimizə diqqət göstərilmir? Niyə son zamanlar qazilərimiz intihar edir? Artıq biri çıxıb bunun səbəbini bizlərə də desin! Axı “onların haqqı ödənilməz” deyirdik. Nə oldu bəs? Nə tez unutdunuz, ay haramzadə bəzi məmurlar?”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?