GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Yasamal və Nizami məhkəmələri 4 aydır iddiaya baxmırlar

Yasamal və Nizami məhkəmələri 4 aydır iddiaya baxmırlar

Tarix: 6-08-2021, 15:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 932
Yasamal və Nizami məhkəmələri 4 aydır iddiaya baxmırlar


Cavabdehlər BDU və “Kapitalbank”ın Nizami filialı qazinin təhsil, istehlakçı və məhkəmə təminatı hüququna qadağa qoydurublar

Məhkəmə hüquq sisteminin gerçəkdə məzhəkə hoqqa(bazlıq) sirkinə çevrilməsi Prezidentin 03.04.2019 tarixli “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanından sonra daha eybəcər şəkil alıb. Sözügedən normativ-hüquqi aktla nə Ədliyyə Nazirliyi , nə Məhkəmə Hüquq Şurası, nə də digər qurumlar üzərlərinə qoyulan süründürməçiliyin, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin, pozuntuya yol verən hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin labüdlüyünün , məhkəmə qərarlarının icrasının və s. təmin edilməsi tapşırıqlarına əməl edib. Əksinə, son iki ildə məhkəməyə müraciət etmək hüququna, yəni məhkəmə təminatı hüququna qadağa qoyulması “islahatları” dərinləşib”! (?) Təsəvvür edin, Bakı İnzibati Məhkəməsi (qərarı çıxaran Şərafət Məmmədova və Aygün Abdullayeva) tələbkarın məhkəmə qərarının icrası ilə bağlı 5 illik ərizələrinə hələ də baxmayıb, Qarabağ qazilərinin 3-cü şəxs qismində işə cəlb edilməsi haqqında vəsatət(lər)ə (h.Nəriman Abıyev) ,“Azəriqaz” (h.Fərid Mədətli) və digərlərinə qarşı iddialara da eləcə. Yuxarı instansiyalara gəldikdə, “aşağı-yuxarı” hakimlərinin qeyri-prosessual ilişgidə “aliliyi” prezident fərmanını da, qanunu da, məcəlləni də, Konstitusiyanı da qüvvədən salıb. Özbaşınalığa baxın, Ali Məhkəmə (sədrlik edən Kəmaləddin Bədəlov) 17.03.2020 tarixli Ağsu RİH və digərlərinə qarşı gizlin qəbul etdiyi qərarını 17 aydır , Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Xəyalə Cəmilova) 5 günə verməli olduğu qərardadını 4 aydır verməkdən imtina edir! (?) Belə məhkəmə təminatı hüququ olar? Bakı İnzibati Məhkəməsinə Sabunçu məhkəməsindən ezam olunmuş hakim Rüstəm Kərimlinin cavabdeh Nərimanov bələdiyyəsi ilə qeyri-prosessual ilişgisi isə konkret korrupsiya faktıdır. Fikir verin, 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində Rüstəm Kərimli cavabdehin qeyri-prosessual vəsatəti ilə bir il yarımlıq süründürməçiliklə 15.10.2019 tarixli qərarla icraata xitam verib. Bakı Apellyasiya Məhkəməsi 05.03.2020 tarixli qərardadla iddiaçı qazinin şikayətini təmin edib və işi Bakı İnzibati Məhkəməsinə göndərib. Prezidentin 03.04.2019 tarixli “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanının 5.4.2 (məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi ) bəndinə “əsasən”, iş “təsadufən” qərardadı ləğv edilmiş Sabunçu məhkəməsindən ezam olunan hakim Rüstəm Kərimlinin “bəxtinə düşüb”! (?) Başabəla hakim “təsadüfi xoşbəxtlikdən” özünə etiraz etmək yerinə , işi gizlətmək amacı ilə yararlanıb və 17 aydır gizlin də olsa qərar qəbul etməkdən imtina edir! (?) Bu azmış kimi, qazinin ƏƏSMN-ə qarşı Şəki İnzibati Məhkəməsindən Ali Məhkəməyə, oradan Bakı İnzibati Məhkəməsinə “sürünən” iddiasına da “təsadüfən” hakim olan R. Kərimli qeyri-aşkar şəkildə Prezidentin 30.06.2020 tarixli 1077 saylı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanını ADSIZLAŞDIRMAQLA saxtalaşdırıb və qərar gəlib ki, ƏƏSMN-in tabeliyindəki qurumlar fərmanla ƏƏSMN-ə tabe deyillər! (?) Özbaşınalığa, Prezidentə hörmətsizliyə, qaziyə qərəzə baxın!
Bakı, Şəki inzibati məhkəmələrini bir qırağa qoyaq, heç rayon məhkəmələri də insan hüquqlarını pozmaqda “inzibati qardaşları”ndan geri qalmır. Yasamal məhkəməsi (hakim Günel Əkbərli) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş “hərbi ekspert”in vəkil kimi 15 günə baxmalı olduğu xüsusi ittiham qaydasında şikayəti gizlədib, ilyarımlıq şikayətlərdən sonra köhnə tarixə icraatdan imtina edib. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (sədrlik edən İlqar Murğuzov) bir ildən çoxdur apellyasiya şikayətinə baxmır . Nizami Məhkəməsi (hakim Nəriman Mehdiyev) də 1,5 ildir qazinin E.İslamov adlı sahə müvəkkilinə qarşı xüsusi ittiham qaydasında şikayətinə baxmır. Bu hakimin və məhkəmənin özbaşınalığı o həddədir ki, bir ildən sonra köhnə tarixə icraatdan imtina edildiyi bildirilir, amma qərar hələ də “tapılmır” ki, apellyasiya şikayəti verilsin. Məsləhətçi Ceyhun Bayramov 4 il qabaq Nizami RİH-in şöbə müdiri Əli Axundova qarşı xüsusi ittihamlı şikayətdə olduğu kimi, yenə də cinayət işinə hakim təyin edilib, deyəsən, şikayətləri cavablandırır. Ondansa, çıxarılan (çıxarılıbsa) qərarı şikayətçiyə vermək daha düzgün olmazmı? Bunu edə bilmirlərsə, deməli, məhkəmə qərarının özü yoxdur! Bəs niyə Məhkəmə Hüquq Şurası Prezidentin 03.04.2019 saylı fərmanına uyğun tədbirlər görmür?
Yasamal və Nizami məhkəmələri mülki iddialara baxmaqda da antirekord yarışındadırlar. 3-cü şəxs Təhsil Nazirliyi olmaqla Bakı Dövlət Universitetinə qarşı təhsil hüququna qoyulan qadağanın aradan qaldırılması barədə Yasamal məhkəməsi , “Kapitalbank”ın Nizami finalına qarşı xidmətdən imtina edilməsilə istehlakçı hüquqlarının pozulması barədə Nizami rayon məhkəməsi eyni tarixdə -22.04.2021-ci ildə verilən iddialara baxmır. Mülki Prosessual Məcəllənin (MPM) 151.3 maddəsinə görə isə, iddia ərizəsi 10 günə qaytarılmadıqda və ya qəbulundan imtina edilmədikdə icraata qəbul edilmiş sayılır. Məhkəmə təminatı hüququnun pozuntusu haqqında şikayətlərə cavab olaraq Nizami məhkəməsinin hakimi Ülkər Yusifova 3 aydan sonra 01.07.2021-ci ildə elektron qaydada iddianın geri qaytarılması haqqında qərardadını göndərib. Guya, Nizami rayonunda fəaliyyət göstərən cavabdeh “Kapitalbank”ın Nizami filialı Nəsimi rayonundakı baş ofisdə fəaliyyət göstərir. Halbuki istənilən halda, MPM-in 36.9 maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı iddialar iddiaçının yaşayış yeri və müqavilə yeri üzrə məhkəməyə verilə bilər və 36.12 maddəsinə görə məhkəməni seçmək hüququ iddiaçıya məxsusdur. Bir aydan çoxdur Nizami məhkəməsinin qərardadından şikayət verilsə də, hələ də hakimin qərardadını ləğv edib işə baxması və ya ləğv etməyib 7 günə Bakı Apellyasiya Məhkəməsinə göndərməsi barədə məlumat verilmir. Deyəsən, Nizami məhkəməsi köhnə tarixə qəbul edilməyən qərarlar qəbul edilməsində “islahatları dərinləşdirib”. Halbuki , 03.04.2019 tarixli “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın 5.4.1 bəndinə əsasən məhkəmə qərarları elektron qaydada dərc edilməlidir.
Yasamal məhkəməsinin yanında Nizami məhkəməsi “sirk tamaşasına getməlidir. Heç olmasa, köhnə tarixə də olsa bu məhkəmə “hoqqa” çıxarıb. Yasamal məhkəməsi 4 aydır susur. 16 ildir Təhsil Nazirliyi, BDU təhsil hüququna qadağa qoyub, indi də məhkəmə məhkəmə yolu ilə hüququn təminatına. Görəsən, məhkəməyə BDU basqı yapır, yoxsa Təhsil Nazirliyi?

Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı İnzibati Məhkəməsi 5 ildir qəbul etdiyi qərarın icrasını təmin etməkdən imtina edir

    Bakı İnzibati Məhkəməsi 5 ildir qəbul etdiyi ...

    19-08-2020, 10:35

  • 
  • “Hər bir vətəndaş müsbət dəyişikliklərin şahidi olacaq” — Prezidentin köməkçisi

    “Hər bir vətəndaş müsbət dəyişikliklərin şahidi ...

    4-05-2019, 22:14

  • 
  • BDU-dan əlillərin təhsil hüququna “əsaslandırılmış” təhsil haqqı qadağası

    BDU-dan əlillərin təhsil hüququna ...

    26-08-2019, 14:29

  • 
  • İlqar Cabbarov 2 ildir Prezidentə, Konstitusiyaya və qanunlara sayğısızlıq göstərir - İTTİHAM

    İlqar Cabbarov 2 ildir Prezidentə, Konstitusiyaya ...

    12-04-2021, 16:21

  • 
  • Bakı Apellyasiya Məhkəməsi nə qərardadını verir, nə də vəkil ayırır

    Bakı Apellyasiya Məhkəməsi nə qərardadını verir, ...

    6-05-2021, 16:59


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu