GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Rahat” MTK Xırdalanda rahatlığı pozub: Bir tikintinin qanunsuzluqları...

“Rahat” MTK Xırdalanda rahatlığı pozub: Bir tikintinin qanunsuzluqları...

Tarix: 10-08-2021, 16:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 728


Görəsən o hansı səbəblərdir ki, “Rahat” MTK-nı bu qədər rahatlıqla qanunsuzluqlara sövq edir, insan həyatlarını heçə sayır? Sabah baş verə biləcək faciələrə görə kim məsuliyyət daşıyacaq?..

Xırdalan şəhər, M.Ə.Rəsulzadə küçəsi 1260-cı keçiddə inşa olunan 12 mərtəbəli binanın sakinləri tikinti işlərini həyata keçirən “Rahat” MTK-nın təsisçilərindən, onların qanunsuz əməllərindən şikayətçidirlər.

Binanın inşası başlanandan rahatlıqlarını itirən sakinlərin AzFakt.com-a göndərdiyi məktubda illərdir heç kimin onların şikayətinə baxmadığını, əvəzində şirkətin təsisçilərinin müdafiə olunduğunu bildirirlər. “Rahat” MTK-nın təsisçisi və hal hazırda rus kilsəsi ilə üzbəüz yeni binanın inşası ilə məşğul olan Rasim Həsənov illərdir ki, bina sakinlərinin həyatının təhlükə qarşısında olduğuna biganəlik göstərir.

Şikayətçilər bildirir ki, Xırdalan şəhər M.Ə.Rəsulzadə küçəsi 1260-cı keçiddə 2007-ci ildən inşasına başlanan bir mərtəbəsi qeyri-yaşayış, 11 mərtəbəsi yaşayış sahəsi, bir mərtəbəsi isə zirzəmidən ibarət olan 12 mərtəbəli, 5 girişli, 1 korpusdan ibarət 241 mənzilli yaşayış binasını inşa edən “Rahat” MTK 14 ildir ki, hələ də binanı tam təhvil vermir. Binanın 5 girişinin heç birində indiyə qədər yük liftləri quraşdırılmayıb. Amma buna baxmayaraq binanın inşası zamanı layihədən kifayət qədər kənara çıxılıb, özbaşınalıqlara yol verilib.

Gundemxeber.az bildirir ki, azfakt.com-a daxil olan şikayətdə bildirilir ki,binanın çardaq hissəsinin 96 kvadrat metr sahəsi Elnur adlı şəxsə satılıb. Ümumiyyətlə çardaq hissəsi mənzil inşası üçün nəzərdə tutulmayıb. Həmin hissədə qanunsuz tikilən mənzil isə hər an təhlükə mənbəyidir. Heç bir yanqın əleyhinə təhlükəsizlik tədbiri görülməyib. Allah eləməmiş, hər hansı hadisə baş verərsə bütün bina təhlükə qarşısındadır. Dəfələrlə FHN qaynar xəttinə məlumat verilsə də heç bir tədbir görülməyib. FHN əməkdaşları sadəcə gəlib binaya baxmaqla kifayətləniblər.

Bununla kifayətlənməyən tikinti şirkətinin rəhbərləri binanın zirzəmiyə pilləkən üçün nəzərdə tutulan hissəsinə də “əl gəzdiriblər”. Şikayətçilər bildirir ki, “Rahat” MTK-nın sədri Ələddin Məmmədhəsənov həmin hissəni Zamin adlı şəxsə 20 min manata satıb.

İllərdir ki, yaşadıqları mənzillərə çıxarış ala bilməyən sakinlər bunun ümumiyyətlə mümkün olmadığını bildirirlər. Onlar binanın tikintisi zamanı yol verilən layihədən kənara çıxmalara, həmçinin binanın həyətində qanunsuz, heç bir sənədi olmayan su basseyni, ofis, transformator binasına görə binanın özəlləşdirməyə verilməsinin mümkünsüz olduğunu bildirirlər.

Binanın tikintisi zamanı yol verilən qanunsuzluqlara hal hazırda rüşvət və korrupsiya ittihamı ilə həbsdə yatan Abşeron rayon İh-nin sabiq memarı Akif Əliyevin “xeyir-dua” verdiyini bildirən şikayətçilər bunun əvəzində ona binanın qeyri-yaşayış hissəsindən 58 kvadrat metr hissənin peşkəş edildiyini söyləyirlər.. Həmin sahənin hazırkı bazar qiyməti 110 min manat təşkil edir.

Şikayətçilər tikinti şirkəti təsisçilərinin daha bir dövləti cinayətini qeyd edirlər:

“Binanın ümumi yaşayış hissəsinə görə vergi idarəsinin mütəxəsislərini aldadaraq yaşayış sahəsini bilərəkdən az göstəriblər. Bu isə 100 min manatlarla vəsaitin dövlətdən gizlədilməsi deməkdir. Bunlar vergidən yayınmaqla dövlətə xəyanət ediblər və mütəşəkkil dəstə halında dövlətə külli miqdarda ziyan vurublar. Bütün bunlar isə Cinayət Məcəlləsinin 213, 213.2.1 , 213.2.2 maddələrinin kobud surətdə pozulmasıdır..”.

“Rahat” MTK-nın rahatlığını əlindən aldığı sakinlər illərdir ki, bu təhlükələrlə üz-üzə qalıblar. Şirkətin təsisçiləri olan Rasim Həsənov, Ramiz Hümbətov, Nəsib Niftyəliyev, İlham Hümbətov, Rumiyyə Mustafayeva və MTK-nın sədri Ələddin Məmmədhəsənov isə yüzlərlə sakinin həyatını təhlükə qarşısında qoymaqdan sanki zövq alırmış kimi əməllərini davam etdirirlər. Tikinti şirkətlərinin özbaşınalıqlarının nəticəsində yaşanan faciələrlə bağlı onlarla misal çəkmək olar. Görəsən o hansı səbəblərdir ki, “Rahat” MTK-nı bu qədər rahatlıqla qanunsuzluqlara sövq edir, insan həyatlarını heçə sayır? Sabah baş verə biləcək faciələrə görə kim məsuliyyət daşıyacaq?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tağı İbrahimovun şirkətinin özbaşınalıqları - VİDEO

    Tağı İbrahimovun şirkətinin özbaşınalıqları - ...

    21-08-2020, 15:15

  • 
  • “Sahil - S İnşaat” MTK sakinləri aldadır - NARAZILIQ!

    “Sahil - S İnşaat” MTK sakinləri aldadır - ...

    30-06-2021, 11:27

  • 
  • ATV-nin keçmiş prezidenti qanunları belə pozur - NARAZILIQ...

    ATV-nin keçmiş prezidenti qanunları belə pozur - ...

    25-08-2020, 13:34

  • 
  • “Sahil-İnşaat” vətəndaşları necə aldadır? – Bakıda daha bir mənzil dədləduzluğu

    “Sahil-İnşaat” vətəndaşları necə aldadır? – ...

    7-01-2021, 14:10

  • 
  • "Orbita" MTK vətəndaşları incidir... - GİLEY

    "Orbita" MTK vətəndaşları incidir... - ...

    7-10-2020, 15:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu