GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gəncə təhsilində ÖZBAŞINALILQ - Prezidentə müraciət olundu

Gəncə təhsilində ÖZBAŞINALILQ - Prezidentə müraciət olundu

Tarix: 12-08-2021, 13:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 542
Gəncə təhsilində ÖZBAŞINALILQ - Prezidentə müraciət olundu


Əməkdar müəllim, Prezident mükafatçısı, şair, 8 şeir kitabının müəllifi, Azərbaycan yazıçılar, Jurnalistlər, aşıqlar birliyinin üzvü, “Qızıl Qələm” Mükafatı laureatı, 1995-ci ildən bəri YAP-ın üzvü, Gəncə Şəhər Veteranlar Şurasının üzvü Həsənov İlham Musa oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının 1-ci vitse Prezidenti Mehriban xanım Əliyevaya Müraciət ünvanlayıb. Gundemxeber.Az bildirir ki, bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Çox hörmətli cənab Prezident !

Mən dəhşətə gəlirəm, ona görə ki, bundan qabaq sizə yazmış olduğum 16 müraciətin heç birinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin laqeydliyi, səriştəsizliyi ucbatından cavab verilməmişdir. Çünki, Təhsil Nazirliyinin öz daxilində baş verən çəkişmələr, öz başınalıqlar, ictimai-siyasi proseslər özünün pik nöqtəsinə çatmışdır. Artıq ictimaiyyətə məlumdur ki, Təhsil Nazirliyində xüsusi qruplaşmalar var. Yəni, Nazirlik sistemində çalışan qeyri-peşəkar bəzi rəhbər işçilər o cümlədən nazir müavini Muxtar Məmmədov, nazirliyin rəsmiləri Rəşad Xanlarov, Orxan Abbasov, Eşqi Bağırov və s. Özlərini hər biri nazir kimi aparır və heç kimi saymırlar. Bu adamlar sadə Azərbaycan vətəndaşlarını xüsusilə sadə müəllimləri milçək kimi tapdalamağa çalışırlar. Bunlara baxıb Gəncə şəhəri Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev də Gəncədə özünü nazir kimi aparır. O heç kəsdən qorxub çəkinmir, siravi müəllimləri qəbul belə etmir. Niyə? Çünki, müəllim deyil, bu adam mühasibdir. Mənə qəribə gələn odur ki, Anar Qədiməliyev müəllimlik peşəsini sevirdisə elə gəncliyindən Pedaqoji Universitetə qəbul olub, elə müəllim olardı. Ancaq bu adam özü üçün mühasiblik ixtisasını seçib, Aqrar Universiteti bitirib. Hələ buradan belə nəticə çıxır ki, bir insan heç öz ixtisasını da mükəmməl bilmir. Əgər bilsəydi, gedib öz ixtisası üzrə işləyərdi. İndi mən Pedaqoji Universiteti bitirib, müəllimlik peşəsinə yiyələnmişəm. 45 ildir müəllim işləmişəm. İndi mənə desinlər ki, gəl səni Gəncə şəhərinə Maliyyə İdarəsinə müdir qoyuruq. Təbiidir ki, bir mənalı qaydada cavab verərdim ki, mən maliyyəçi deyiləm. Mənim maliyyədən başım çıxmır çünki, bəs mənim ağlıma nə gəlib?
Burdan artıq hamıya aydındır ki, həmin bu gəncin psixoloji durumunda problem var. Yəni ağlı olan kəs bir başa Təhsil İdarəsinin müdiri işləyə bilməz.
Cənab Prezident, bu şəxs Təhsil İdarəsinin funksiyasını bilmir. Bu adam məktəbşünaslığı bilmir, pedaqogika və psixologiyadan xəbərsizdir. Ona görə də Gəncə təhsili bərbad günə qalıb. Bu baxımdan da əsl təhsil işçisi olan şəxs Respublikanın əməkdar müəllimi, ictimai xadim, ömrünü-gününü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, şair, Prezident mükafatçısı, ən nəhayət 44 günlük müharibədə parlaq qələbəmizə ithaf etdiyi və respublikanın müxtəlif dövri mətbuatında dərc olunan Qələbə müjdəli şeirlərin, o cümlədən “Gedək çıxaq Qarabağa”, “Qarabağ Azərbaycandır”, “Azərbaycan əsgəri” kimi şeirlərin müəllifi yəni, Həsənov İlham Musa oğlunu qərəzli şəkildə 65 yaşı tamam olan kimi sifariş verib işdən çıxartdırmazdı. Çünki, mən bu adamlara xeyir eləmirəm, mən ancaq dövlətə və dövlətçiliyə xidmət edirəm, mən ulu öndər Heydər Əliyevin yaxın dostu və silahdaşıyam.
Cənab prezident, məni bir sual düşündürür: Bu adamın özbaşınalıqlarından, hikkəsindən rəhbərliyin xəbəri yoxdur?
-Var, sadəcə olaraq onlar da SOROS-dan qorxub, çəkinib, ciddi ölçü və tədbir görmürlər. Bu adamın Təhsil Nazirliyində dayaq nöqtələri var, əsas Muxtar Məmmədov, Orxan Abbasov və Eşqi Bağırovdur. Hətta deyilənə görə, Orxan Abbasovda Muxtar Məmmədovla kirvəlik münasibətləri də var. Konkret olaraq, sizin nəzərinizə onu çatdırmaq istəyirəm ki, Allah Heydər Əliyevə Rəhmət Etsin! Onun qəbri nurla dolsun! Sizi inandırım ki, mənim bu işimlə bağlı Heydər Əliyevin ruhu narahatdır. Onun goruna qurban olum! Əgər Heydər Əliyev sağ olsaydı, Təhsil Nazirliyinin mənim barəmdə verdikləri qeyri-qanuni əmri, nazirliyin özbaşınalıqlarını, ədalətsizliklərini, xalqa məlum olan biabırçılıqlarını heç kəsə bağışlamazdı. Hətta inandırım ki, öz doğma oğlu sizə-İlham Əliyevə də bağışlamazdı. Necə yəni? 65 yaşı tamam olan kimi mənim əmrimə xitam verilir, mənim kimi ictimai xadim işdən çıxarılır. Amma 75-85 yaşlı adi məktəb direktorları işdə saxlanılır. Hətta Gəncədə 67 yaşlı Bəhram İmranov işdə saxlanılır. Xeyir ola? Yəni, bundan sonrada inanıram ki, Emin Əmrullayev nazirlikdəki həmin qruplaşmaya qətiyyətli sözünü deyəcəkdir. Maraqlıdır ki, mənim haqqımda da nə müsbət, nə mənfi cavab verə bilmirlər. Çünki, tutarlı səbəbləri yoxdur. Bu adamlar yalnız yuxarıdan tapşırılan və ya rüşvət verən məktəb direktorlarını işdə saxlayırlar. Bunu mən demirəm. Elementar məntiq deyir. Bəs onda məqsədiniz, marağınız nədir? Təhsil Naziri Emin Əmrullayev öz əməkdar müəlliminin taleyini ancaq özü müsbət mənada həll edə bilər. Bu da bir nazirin uğurlu və nümunəvi addımı olar. Haqq və ədalətin yerini yanındakı işlərini bilməyən işçilərinə göstərmiş olar.
Cənab Prezident, bu 17- ci müraciətimi sizə və hörmətli Mehriban xanıma ünvanlayıram. Yalnız bu ölkədə Heydər Əliyevin əsasını qoyduğu dövlətimizin uğurlu yolunu layiqincə davam etdirən sizə ümid bəsləyirəm. Mənə kömək eləsə yalnız siz edə bilərsiniz. Ən başlıcası sizdən xahiş edirə ki, Gəncə təhsilinin başındakı bu qara buludu tamamilə dağıdıb Anar Qədiməliyevi tezliklə Gəncədən uzaqlaşdırasınız. Bu adam Gəncə Təhsilinə ləkədir. Artıq Təhsil İdarəsində 1 və ya 2 nəfər təhsil işçisi qalıb, digərləri bank işçiləridir. Görün gənclərimizin taleyini kimlərə həvalə etmişik. Vallah bunları tarix bizə bağışlamayacaq. Gənc nəsil vaxt gələcək bizi lənətləyəcək. Cənab Prezident, sizdən bir Azərbaycan ziyalısı kimi, çox xahiş edirəm ki, siz tərəfdən səlahiyyətli bir şəxs məni qəbul etsin. Mən hər şeyi ona danışım. Öncədən dərin təşəkkürümü bildirirəm".

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukrayna kökənli Azərbaycan vətəndaşı Prezidentdən KÖMƏK İSTƏDİ - Müraciət

    Ukrayna kökənli Azərbaycan vətəndaşı Prezidentdən ...

    2-10-2020, 16:31

  • 
  • Qazi ailəsi Göyçayın başçısından ŞİKAYƏT ETDİ - Prezidentə müraciət olundu

    Qazi ailəsi Göyçayın başçısından ŞİKAYƏT ETDİ - ...

    4-01-2021, 11:54

  • 
  • Prezident İlham Əliyev BMT-nin mükafatı ilə təltif olundu

    Prezident İlham Əliyev BMT-nin mükafatı ilə ...

    27-09-2015, 18:48

  • 
  • Gəncə Dövlət Universitetindən prezidentə şikayət olundu - Müraciət

    Gəncə Dövlət Universitetindən prezidentə şikayət ...

    21-09-2018, 11:52

  • 
  • Azyaşlı qızlardan tükürpədən müraciət... - "Atamızı ermənilər şərləyib..."

    Azyaşlı qızlardan tükürpədən müraciət... - ...

    2-05-2019, 11:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu