Elə dünən yerli KİV-də yayılan informasiyalarda qeyd olunurdu ki, nəhayətdə "yuxarılar" tərəfindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbərliyində dəyişiklik qərarı verilib və bu yaxınlarda sözügedən qərar rəsmiləşəcək.
Gundemxeber.Az DİA.AZ-a istiandla bildirir ki, bu gün isə artıq AZAL şefi Cahangir Əsgərovun şirkətlərini Azərbaycandan çıxarması haqda informasiyalar yayılıb. Yayılan xəbərlərə görə, AZAL şefi Azərbaycandakı kapitalını Böyük Britaniya və ABŞ-a daşımaqdadır. Mənbə dia.az-a bildirir: "Artıq proses son bir ayda daha da intensivləşib".
Qeyd edək ki, yayılan bu informasiynaı təsdiqləyən rəsmi bir elan da KİV-də ictimailəşib.
AZAL şefinə aid olan “Şüvəlan P.F.K” MMC artıq özünü müflis elan edib.
Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini AZ-1061 Bakı şəhəri, Xəzər rayonu, L.Starçuk küçəsi, ev 19D ünvanına bildirə bilərlər.
Qeyd edək ki, bu şirkət 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 300 manatdır və qanuni təmsilçisi Fikrət Hüseynovdur. MMC-nin Cahangir Əsgərova aid olduğu bildirilir.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?