Düşmənin açdığı atəşdən bədənində 16 qəlpə gəzdirən, 3 barmağını qəlpə aparmış, bağırsaqlarından 1m-dən artıq kəsilmiş Vətən müharibəsi iştirakçısı Dəmirov Yusifə əllik dərəcəsi vermirlər.
Oktyabrın 11-də Cəbrayıldan Zəngilan istiqamətinə hücüma keçən zaman ağır yaralandı. Minamiyotun qəlpələri bağırsaqlarını qarın nahiyəsindən çölə tökmüşdü, üç barmağı yoxa çıxmışdı. Qanlı qoruyucu jiletini müharibənin axırına qədər özüm geyindim, sonda qəlpədən cırıq-cırıq olmuş jiletini zorla da olsa özünə gətirib çıxara bildim.
Xoşbəxtlikdən jiletin ön hissəsinə taxdığı qranatların "zapalını" bağlamamışdı. Qəlpələr qranatları, avtomat daraqlarını bölük-bölük etmişdi. Şəhid olmamasına da səbəb üstündəki ehtiyyat sursatlar olmuşdu. Qəlpələr daha çox üstündəki sursatları dəlik-deşik etdiyindən, ölüm baş vermədi.
Qəlpələrin çox hissəsini çıxartsalar da, hələ də bədəni qəlpələrlə doludur. Sinə, qarın hissəsi bölük-bölükdur. Adam əmək qabiliyyətini təmiz itirib, oturduğu yerdən zorla qalxır. Vətənə canımız qurban. Amma vətənin yolunda sağlamlığını itiriən adamlara da dövlətin borcu sahib çıxmaqdır.
Ehtiyyatda olan baş leytenantdır. Peşəkar zabit olub. 20 il ön xəttə, səngərdə xidmət edib. Hələ də Sabirabad rayonunda kirayədə yaşayır. Döyüşdə hamıdan qabaqda gedən adam, özü mülki həyatda çox mülayim, üzüyola adamdır. Canını istə, uff demədən çıxarıb verəcək.
Müharibə gündəliyimdə onun haqqında geniş yazmışam. 3 gün, 3 gecə islandı, titrədi soyuqdan, qış ködəkçəsini zorla mənə verib, "geri qaytarsan bir də məni danışdırma",- deyən adamdır. Bilsə belə bir status yazmışam, israr edib silməyimi istəyəcək.
Amma belə olmur axı. Vətən üçün sağlamlığını itirən adama, ən yüksək səviyyədə qayğı olmalıdır. Aidiyyatı orqanları məsuliyyətli olmağa, dərhal verdikləri uyğunsuz qərarı dəyişib, adamın haqq etdiyi qaziliyi ona vermələrini xahiş və tələb edirik. Özü ilə birbaşa əlaqə saxlamaq istəyən şəxslər olsa, telefon nömrəsini qeyd edirəm: 050-380-60-79 Canımız vətənə fəda olsun!
Sorğu
Yeni dizaynımız necədir?