GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təsərrufat şöbəsinin müdirinin baş həkimin otağında "hoqqa"sı... - VİDEO

Təsərrufat şöbəsinin müdirinin baş həkimin otağında "hoqqa"sı... - VİDEO

Tarix: 17-08-2021, 18:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 608
Təsərrufat şöbəsinin müdirinin baş həkimin otağında "hoqqa"sı... - VİDEO


Gördüyünüz bu görüntülər Siyəzən rayon poliklinikasında, özü də baş həkimin iş otağında lentə alınıb.

Yox, bu "xüsusi çəkiliş" mətbuatda yayımlamaq üçün nəzərdə tutulmayıb.

Sadəcə fələyin bu ağsaqqal ilə "zarafat"ı nəticəsində Siyəzən rayon sakinlərinin əlinə keçib və Siyəzən rayon sakini Ruslan Quliyev tərəfindən də redaksiyamıza göndərilib.

Ruslan Quliyev videogörüntünülərin açıqlamasında bildirir ki, "Siyəzən rayon poliklinikasında təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışan Nadir Əsədov bu videogörüntünüləri Bakıdan Siyəzənə dəvət edəcəyi qızlara göndərmək üçün çəkdirib".

Ruslan Quliyevin söylədiklərinə nəzərən Nadir Əsədovun bu qeyri-adi, "romantik dəvətnamə" rolunu oynayan videogörüntünülərinin baş həkimin iş otağında lentə alınması Siyəzən rayon poliklinikasının və şəxsən baş həkimin iş otağının divarlarının çox şeylərin şahidi olduğunu düşünməyə əsas verir.

Ruslan Quliyevin sözlərinə görə heç bir təhsili olmayan, orta məktəbi belə sonuna qədər oxumağa "səbri çatmayan", 9-cu sinifi bitirdikdən sonra təhsili tərk edən, hazırda Siyəzən rayon poliklinikasında təsərrüfat şöbəsinin müdiri işləyən bu ağsaqqal Nadir Əsədovun "fəaliyyəti çoxşaxəlidir".



Belə ki, iş yerində əxlaqsız davranışlar nümayiş etdirməkdən əlavə, o həm də "ticarət"lə də məşğuldur. Daha doğrusu poliklinikada "dəllallıq" edir.

Demək, "müştəri"lər tapır, sonra da əlbir olduğu poliklinikanın Azər və digər səlahiyyətli həkimləri ilə birlikdə aldıqları müəyyən məbləğ qarşılığında "müştərini"n saxta yollarla pensiyaya çıxarılmasını təmin edirlər.

Deyilənə görə onlar bu yolla nə az, nə çox, düz 87 nəfərin saxta pensiya almasını təmin ediblər.

Hansı ki, bu cür işbazlar üzündən artıq bir neçə aydır ki, həqiqi ehtiyaclı şəxslərin də pensiyaları kəsilib.

Söz yox ki, bu boyda qanunsuz əməlləri törətmək təkcə Nadir Əsədovun və poliklinikanın həkimlərinin işi deyil. Onların da "özlərindən yuxarıda" əlbir olduqları kimlərsə var ki, bu vaxta qədər öz "biznesləri"nin sərbəst fəaliyyətini davam etdirə biliblər.

Bundan əlavə Nadir Əsədov hətta Siyəzən rayon Təcili Tibbi yardım üçün nəzərdə tutulmuş, poliklinikanın tabeliyində olan "UAZ" markalı avtomobili 2018-ci ildə özü işlətmək məqsədilə aparıb, bir müddət şəxsi məqsədlər üçün istifadə etdikdən sonra, həmin avtomobili şimal bölgələrindən birində satıb, pulunu mənimsəyib.

Yeri gəlmişkən vurğuladığımız bütün məlumatlar DogruXeber.az informasiya agentliyinin redaksiyasına Siyəzən rayon sakini Ruslan Quliyev tərəfindən daxil olmuşdur.

P.S: Sözügedən videogörüntü ilə bağlı qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Nadir Əsədov ilə telefon əlaqəsi saxladıq.

Nadir Əsədov cavab verdi ki, "o görüntülər 2016-cı ildə mühafizəçi tərəfindən çəkilib. Oranın təmiri zamanı. İşləyib, yorulub, gəlib uzanmışam".

Deyirik, "Nadir bəy axı səsiniz də düşüb".

Deyir: - "Hə mən orda deyirəm "çəkməyaaa məni"." (Yuxarıdakı linkə toxunub, Nadir Əsədovun görüntülərdə səsləndirdiyi ifadələri onun öz dilindən eşidin)

Heç bir ali təhsili olmadan Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə sahib olmasına da "qanundan sitat gətirdi" ki, 14 il bir müəssisədə işləyirsənsə müdir ola bilərsən.

Poliklinikaya məxsus olan "UAZ" markalı təcili tibbi yardım avtomobilinin satılması ilə bağlı məlumata da Nadir Əsədov özünəməxsus cavab verdi ki, "bəli, bəli satmışam Germaniyiyə. Ə mən maşın satanam? Bizdə artıq maşın yoxdur sataq. Maşınlar işləyir. Qalan maşınlar da "spisat"a gedib. Siz işıqlandırın mən də sizi verəcəm prakraturaya".

Qeyd: Nadir Əsədovun özünəməxsus gülünc cavablarını olduğu kimi dərc etdik.

Ağsaqqal müdirin bu cür danışıq tərzi bizə, bəlkə elə sizə də şair Qabilin "səhv düşəndə yerimiz" şeirini xatırlatdı.

Görəsən bu gedişlə biz hara gedirik?!...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident Siyəzən rayonuna yeni icra başçısı təyin etdi

    Prezident Siyəzən rayonuna yeni icra başçısı ...

    12-10-2015, 19:22

  • 
  • Siyəzən, Qəbələ və Kürdəmirə ballistik raketlər atılıb

    Siyəzən, Qəbələ və Kürdəmirə ballistik raketlər ...

    22-10-2020, 09:44

  • 
  • Bakıda baş həkimin oğlu piyadanı vuraraq öldürüb

    Bakıda baş həkimin oğlu piyadanı vuraraq öldürüb ...

    18-09-2017, 14:38

  • 
  • Baş həkimin oyunbazlığı... - GİLEY

    Baş həkimin oyunbazlığı... - GİLEY ...

    11-12-2020, 17:40

  • 
  • Ruslan Bəşirlinin facebook profili yoxa çıxdı

    Ruslan Bəşirlinin facebook profili yoxa çıxdı ...

    18-07-2014, 12:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu