GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Əlinizi bizdən çəkin!" -- deyən qiymətli obyekt və ofis sahibləri, mülkiyyət hüquqları tanına qədər etiraz tədbirlərini davam etdirəcəklərini deyirlər

"Əlinizi bizdən çəkin!" -- deyən qiymətli obyekt və ofis sahibləri, mülkiyyət hüquqları tanına qədər etiraz tədbirlərini davam etdirəcəklərini deyirlər

Tarix: 18-08-2021, 12:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 620


Uzun müddətdir ki, paytaxt Bakının ən elitar ərazisində -- Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən "Yasmin" biznes mərkəzindən, külli miqdarda pullarını ödəməklə, özlərinə obyekt və ofislər alan 20 nəfərdən çox iş adamının olmazın haqsızlıqlarla üz-üzə qalmaları barədə, ölkə ictimaiyyəti də məlumatlıdır. Onu da bildiririk ki, haqları tapdanan bu sahibkarlar “Mars -- M” MMC-nin və “XalqBank”ın iştirakçısı olduğu tikinti fırıldağının qurbanlarıdırlar. Bu fırıldaq işlərində, bir neçə aidiyyatı dövlət qurumu da, hansısa formada rol oynayıb. Müəyyən iddialara görə, fırıldaq əməllərini ört-basdır etmək üçün, bu günə kimi, həm hüquq-mühafizə orqanları, həm də məhkəmələr hansısa maraqlar çərçivəsində 5 milyon manatdan çox ziyana düşmüş həmin obyekt və ofis sahiblərini öz investisiyalarından məhrum etməyə çalışırlar.



 Xeyli müddətdir ki, burada baş verən qalmaqallı olaylarla bağlı, ölkə mətbuatı ilə bərabər, araz.az saytı da onlarla yazı dərc edib. Onu da qeyd edək ki, bu iş adamları, son ümid yeri olaraq, bu ciddi məsələ ilə bağlı, ölkə başçısı möhtərəm İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da müraciətlər ünvanlayıb və bu etiraz yazılarında, üzləşdikləri bu cinayət əməlinin yalnız onlara qarşı deyil, eyni zamanda dövlətimizə, xalqımıza, cənab Prezidentin yürütdüyü daxili siyasətə qarşı olduğunu da xüsusi vurğulayırlar. Onlar, ölkə rəhbərinə və Birinci vitse-prezidentə ünvanladıqları həmin müraciətlərində: "Sizdən xahiş edirik ki, bu məsələni şəxsi nəzarətinizə götürüb, haqq-ədalətin bərpa olunmasında bizə kömək əlinizi uzadasınız! Çünki "XalqBank" "Yasmin" biznes mərkəzini, məhkəmələr gedə-gedə hərraca çıxarmaqla, biz sahibkarlara hərtərəfli ciddi zərbələr vurur!” -- deyə, öz kəskin etirazlarını bu sözlərlə ifadə edirlər.



    Unutmaq olmaz ki, cənab Prezident öz çıxışlarında dəfələrlə sahibkarlığın inkişafına mane olmaq istəyənləri, Azərbaycana xəyanət edən qatı düşmən hesab etdiyini bildirib. Yəni, ölkə rəhbəri dönə-dönə vurğulayıb ki, ölkənin uğuru onun biznesinin inkişafından daha çox asılı olduğu üçün, bu məqsədlə ortaya qoyulan dövlət siyasətinə, prezidentin siyasi iradəsinə hörmət və ehtiram göstərilməli, dövlət qurumları bu inkişafa maneçilik törətməməli, əskinə, daha yaxından kömək edib, şərait və imkan yaratmalıdırlar. Cənab Prezidentin bu yöndə etdiyi çıxışların varlığına baxmayaraq, ölkə biznesinin inkişafına əngəl olan məmurlar, eləcə də "XalqBank" ASC-də və "Mars -- M" MMC-də məsul vəzifə tutanlar, Yasmin» biznes mərkəzindəki 20 nəfərdən çox obyekt və ofis sahibinin başlarına olmazın oyunlar gətiriblər. Baxmayaraq ki, Bakı Apellyasiya Məhkəməsinin 5 aprel 2017-ci il tarixli və Ali Məhkəmənin 18 oktyabr 2017-ci il tarixli ədalətli qərarları ilə, zərərçəkən bu sahibkarların mülkiyyət hüquqları müdafiə də olunub. Di gəl ki, sahibkarların hüquqlarını müdafiə edən həmin qərarları isə, Konstitusiya Məhkəməsi özünün 18 iyul 2018-ci il tarixli Qərarı ilə ləğv edib və Ali Məhkəmənin Plenuma göndərməsini məqsədəuyğun hesab edib. Bu isə, Konstitusiya Məhkəməsində qol qoyulan ciddi qanun pozuntusu kimi, kəskin etirazlarla qarşılanıb. Daha sonra, Plenum işə Apellyasiya Məhkəməsində ətraflı baxılması üçün, Qərar qəbul edib. Nə olsun!.. "Çevir tatı, vur tatı!" həmişə öz sözünü deyib.  Ümumiyyətlə, obyekt sahibləri bu yöndən baş verənlərin hər birini əsl cinayət hadisəsi kimi qiymətləndirirlər.

"Əlinizi bizdən çəkin!" -- deyən qiymətli obyekt və ofis sahibləri, mülkiyyət hüquqları tanına qədər etiraz tədbirlərini davam etdirəcəklərini deyirlər


Qeyd edək ki, iddiaçı obyekt və ofis sahibləri Əliyev Elçin Vahid oğlu, Məhərrəmov İlqar Sübhi oğlu, Məmmədova Ruhiyyət Əksəriyyət qızı, Quliyev Sahib Həmid oğlu, Hüseynov Anar Allahverən oğlu, Zamanov Ədalət Rəhman oğlu, Kazımov Zülfüqar Musa oğlu, Bağırova Natəvan Şəmistan qızı, Mahmudov Akif  Bilal oğlu, Mahmudov Azər Akif oğlu və Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qızı... cavabdehlər “XalqBank” və “Mars -- M” arasında bağlanmış 8 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair, İddia Ərizəsi ilə, bir daha məhkəməyə müraciət etsələr də, Bakı şəhər, Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(005)-512/2020 saylı Qətnaməsi ilə, iddia tələbi təmin olunmayıb. İddiaçılar bu Qətnamədən apellyasiya şikayəti versələr də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli 2(103)-8277/2020 saylı Qətnaməsi ilə apellyasiya şikayətini təmin etməyib. Məcburiyyətdən, iddiaçılar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Kassasiya Şikayətlərini təqdim ediblər və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2020-ci tarixli 2(103)-8277/2020 saylı Qətnaməsinin ləğv olunmasını istəyiblər.



 İddia tələbinin təmin olunması barədə Qərar qəbul olunmasını xahiş edənlər, bu dəfə də, haqsızlıqla üzləşiblər. Bu günlərdə, Ali Məhkəmənin Mülki Kollegiyası onların Kassasiya Şikayətindəki tələbələrini təmin etməyib və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının Qərarını qüvvədə saxlayıb. Bütün bunlar bir daha onu sübut edir ki, “Xalq Bank”ın başında duranların yuxarılara bağlılıqları danılmaz həqiqətdir. Onların məhkəmə hakimlərinə hansısa yollarla təsir göstərərək, istəklərinə nail ola bilmələri elə də çətin olmur.



Sonda onu da bildirək ki, “Mars -- M” MMC-nin və “XalqBank”ın fırıldağına məruz qalan və mülkiyyət hüquqları pozulan bu sahibkarlar, ölkədə ədalətli açıq məhkəmə prosesinin təmin edilməməsi ucbatından, məcburiyyətdən, pozulmuş hüquqlarının bərpa olunması məqsədilə, son ümid yeri olaraq,  Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmağı qərara alıblar.
Mövzu maraqlı olduğu üçün, diqqətdə saxlayacağıq.

Malik MİRZƏ,
Səməndər QURBANOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "YASMİN"DƏ DAVA: "CƏSUR" QADIN SAHİBKARLARA ZOR TƏTBİQ ETDİ

    "YASMİN"DƏ DAVA: "CƏSUR" ...

    25-09-2019, 21:50

  • 
  • DİGƏR MƏHKƏMƏLƏR KİMİ, YASAMAL MƏHKƏMƏSİ DƏ, "XALQBANK"I MÜDAFİƏ ETMƏKLƏ, "YASMİN"DƏKİ OBYEKT SAHİBLƏRİNİN HÜQUQLARINI ALT-ÜST EDİR – İTTİHAM

    DİGƏR MƏHKƏMƏLƏR KİMİ, YASAMAL MƏHKƏMƏSİ DƏ, ...

    5-01-2020, 21:51

  • 
  • Obyektləri əllərindən alınan iş adamları çətin durumda

    Obyektləri əllərindən alınan iş adamları çətin ...

    16-08-2019, 11:11

  • 
  • İcra başçısı özünə şəxsi obyekt tikdi, dövlət və camaatı zərərə saldı

    İcra başçısı özünə şəxsi obyekt tikdi, dövlət və ...

    24-11-2014, 22:43

  • 
  • "Xalq Bank"da qaranlıq "KREDİT DOSYESİ"... - İTTİHAM

    "Xalq Bank"da qaranlıq "KREDİT ...

    30-09-2019, 12:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu