GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO

Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO

Tarix: 18-08-2021, 13:39 Bölmə :GündəmXəbər / Manşet Baxış: 367
Canı və  malı düşmən zərbəsinə tuş gəlib,  halal haqqını isə  məmurlar  mənimsəyir -  VİDEO


İkinci vətən müharibəsi cəmi 44 gün oldu və şükürlər olsun qələbə ilə də başa çatdı.

Lakin, təəssüflər olsun ki, o 44 günün yaratdığı problemlər hələ də bitmək bilmir ki, bilmir.

Daha doğrusu bəzi məmurlar o problemləri bitirmirlər.

Bəlkə də bitirmək istəmirlər...

Xalq müharibədə itirdiyi oğullara ağladığı, erməni terrorunun evlərə, obyektlərə, texnikalara vurduğu zərərin təsiri altında depressiyaya qapıldığı bir vaxtda bəzi "işbaz məmurlar" mövcud durumdan yararlanmağın yollarını düşünürdülər.

Daha doğrusu daha çox yararlanmağın yollarını.

Müharibə dövründə düşmənin yaşayış ərazilərimizi atəşə tutması nəticəsində Tərtər, Bərdə və digər bir neçə rayonlarımızda fərdi yaşayış evlərinə, obyekt və texnikalara ciddi ziyan dəydi. Prezident İlham Əliyev əhaliyə dəymiş ziyanın ödənilməsi üçün göstəriş verdi.

Elə bundan sonra camaatın daha ağır, əsəb dolu günləri başladı.

Tərtər rayon sakinləri ayağa qalxdı ki, o boyda evlərimizdən geriyə yalnız evin yeri qalıb, İcra Hakimiyyəti bizə cəmi 1000 (min) manat pul verir ki, "Ayrılan məbləğ budur. Get bununla evini tik".

İqtisadi böhranın hökm sürdüyü, üstəlik də qiymətlərin kəllə-çarxa çıxdığı bir vaxtda 1000 (min) manata hin tikmək olmur, o ki, qaldı ev ola.

"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına bu dəfə müraciət edən Ağdam rayonunun Qiyaslı kəndindən məcburi köçkün düşmüş, hazırda Bərdə rayonunda yaşayan Orucov Telman İldırım oğlu da ona dəymiş ziyanın ödənilməməsindən şikayətçidir.



Telman Orucov deyir: "28 oktyabr 2020-ci ildə həyat yoldaşıma məxsus avtomobil ilə hərəkət edərkən, yanıma düşən roket zərbəsi nəticəsində avtomobilə ciddi ziyan dəydi, özüm də yaralandım. Həmin gün məni Yevlax rayon mərkəzi xəstəxanasına çatdırıb, əməliyyat etdilər. Bundan sonra daha heç bir əməliyyat, müalicə edilmədim. Özüm öz şəxsi vəsaitimlə Bakıya gedib, yenidən özəl klinikalardan birində əməliyyat olundum. O da analizlərlə birlikdə 2.500 (iki min beş yüz) manata başa gəldi.
Hələ də bədənimdə qəlpələr var.

Canıma dəyən ziyanı keçdim. Heçolmasa avtomobilə dəymiş ziyanın ödənilməsini istəyirəm.

10.08.2021-ci il tarixində İqtisadiyyat Nazirliyinin əməkdaşları mənə zəng vurub dedilər ki, "sənə dəymiş ziyan ödənilib. Həyat yoldaşınla yaxınlaş götür". Getmişəm mənə 880 (səkkiz yüz səksən) manat pul təklif edirlər. Hansı ki, bu məbləğ mənim avtomobilimə dəymiş ziyanın heç 3/1-i deyil. Təkcə malyar usta 1.500 (min beş yüz) manat pul istəyir. Avtomobilin bir çox vacib hissələrinə ciddi ziyan dəyib. Baş prokurorluğun istintaq qrupu avtomobilə dəymiş ziyanı 2.340 (iki min üç yüz qırx) manat olaraq hesablanmışdı. Gətirib verəndə 880 manat təklif edirlər.

Mən bu barədə Ağdam və Bərdə rayon İcra Hakimiyyətlərinə də dəfələrlə müraciət etmişəm, deputatın da məsələdən xəbəri var, Baş Prokurorluğa da dəfələrlə müraciət etmişəm, İqtisadiyyat Nazirliyinə də müraciət etmişəm.

Amma, təəssüflər olsun ki, heç kim baxmır.

İndi son ümidim olaraq media vasitəsilə üzümü tuturam Prezident İlham Əliyevə.

Cənab prezident, çox xahiş edirəm mənim avtomobilimə dəymiş ziyanın ödənilməsi üçün aidiyyəti qurumlara göstəriş verəsiniz."

Gördüyünüz kimi yenə də iş başa düşdü...

Axı bu nə böyük problemdir ki, vətəndaş bunun üçün prezidentə üz tutur?!

Zatən prezident bu kimi problemlərin həlli üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılmasına və aidiyyəti qurumlara göstəriş verib.

Sadəcə aidiyyəti qurumların səlahiyyətli şəxsləri ayrılan məbləği aidiyytı üzrə verməyə əlləri gəlmir.

Gundemxeber.Az dogruxeber.az-a istinadla bildirir ki, Telman Orucov deyir avtomobilinə dəymiş ziyan Baş Prokurorluğun istintaq qrupu tərəfindən 2.340 (iki min üç yüz qırx) manat olaraq hesablanmışdır. Bəs görəsən İqtisadiyyat Nazirliyinin səlahiyyətli şəxsləri hansı məntiqlə, yaxud hansı məqsədlə bu ziyanı vətəndaş Telman Orucova 880 (səkkiz yüz səksən) manat olaraq ödəyir?

Aidiyyatı qurumlar vətəndaşlara qarşı bu cür saymazlıq etdiyi halda məsələyə qarışmalı olan qurum aidiyyəti ərazi üzrə İcra Hakimiyyətidir.

Hansı ki, son günlər media gündəmində elə öz saymazlığı və "mənalı həyat tərzi" ilə məşhur olan Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov barəsində də xeyli vətəndaş şikayətləri yer alır.

Səs verib özümüzə vəkil seçdiyimiz millət vəkilləri də daim seçildiyi ərazi üzrə rayonun sakinlərinin yanında olmalı, onların yaranmış problemlərindən xəbərdar olmalı və aidiyyəti qurumlar qarşısında məsələ qaldırmalıdır.

Yəni əslində bu cür olmalı olduğu halda, Ağdam rayon sakinləri Bəxtiyar Əliyevi yalnız internetdə, google axtarış sistemində gördüklərini deyirlər.

Nə yazıq ki, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Ağdam rayonunu Milli Məclisdə təmsil edən Bəxtiyar Əliyev bu kimi giley və narazılıqlar nə ilk deyil, nə də ki, son.

Ötən yayımlarımızdan xatırladığınız Ağdam rayon sakini Ceyhun Xudiyevin yaşadığı çətinliklərin davamını növbəti yayımlarımızda diqqətinizə çatdıracağıq.

Yeri gəlmişkən aidiyyatı qurumların ünvanını bilmədikləri üçün müraciət məktubların cavabsız qoyduqları Ceyhun Xudiyevin ünvanına ailənin böyük övladının adına hərbi xidmətə çağırış vərəqəsi göndərilib.

(Bu barədə ətraflı məlumat üçün bizi izləməkdə davam edin.)

P.S: Telman Orucovun iddialarına qarşı tərəfin aydınlıq gətirməsi üçün İqtisadiyyat Nazirliyinin şəxsi internet saytında yerləşdirilən telefon nömrələrinə zəng etdik. Təəssüflər olsun ki, iş saatlarında təkrar aramalarımıza baxmayaraq telefonlara cavab verən olmadı.

Ardında Azərbaycan Respublikasının baş prokurorluğuna zəng etdik. Adını deməyin qadağan olduğunu söyləyən bir xanım telefona yuxulu-yuxulu cavab verib dedi ki: "Ona biz baxmırıq. Siz istintaq idarəsi ilə əlaqə saxlayın."

Xanıma izah etdik ki, "istintaq qrupu vətəndaşa dəymiş ziyanı dəyərləndirib. Lakin, həmin hesablanmış məbləğ ödənməyib".

Amma, nədənsə Baş Prokurorluğun "dəftərxana"sında çalışan adını bilmədiyimiz bu xanım, israrla bizim suallarımızı Prokurorluq üzərindən yayındırmağa çalışırdı.

Sonra xanım başqa bir telefon nömrəsi verdi. Biz o nömrə ilə əlaqə saxladıq. O nömrəyə cavab verən xanım da bizə müstəntiq Tural müəllimin otağının nömrəsini verdi. Ora da yığdıq. Tural müəllim də dedi: " Mən cavab verə bilmirəm. Mətbuat xidmətinə zəng edin".

Tural müəllimdən Baş Prokurorluğun mətbuat xidmətinin telefon nömrəsini istədik. O da dəftərxanaya zəng edib, oradan istəməmizi məsləhət gördü.

Yəni, anlayacağınız iş başa düşdü. Yenidən "dəftərxana"ya zəng edib, həmin adını bilmədiyimiz xanımla danışmaq məcburiyyətində qaldıq.

Bu dəfə də xanımdan xahiş etdik ki, bizi mətbuat xidməti ilə calaşdırsın. Xanım yenə də israrla sizi mətbuat xidməti nəyinizə lazımdır. Onlar belə məsələlərə baxmır" - deyə, mətbuat xidmətinin telefon nömrəsini vermirdi ki, vermirdi.

- "Xanım, biz mətbuatıq. Bizi mətbuat xidməti ilə çalışdırın, yaranmış suallarımıza mətbuat xidməti aydınlıq gətirsin".

Kimə deyirsən?!...

Beləcə Baş Prokurorluğun əməkdaşları bizi biri-birinə ötürə-ötürə suallarımızı cavabsız qoydu.

Ölkənin ən vacib qurumlarından olan İqtisadiyyat Nazirliyinin, həmçinin Baş Prokurorluğun əməkdaşlarının vətəndaşları və mətbuat nümayəndələrini bu qədər incitdiyini, sözün əsl mənasında "ələ salması"nı gördükdən sonra, digər qurumlara deyiləcək sözümüz qalmır...

"Balıq başdan iylənər" deyiblər. Görünür işçilər bu "ürəyi" rəhbərlikdən alıblar ki, bu qədər sərbəst şəkildə istədikləri kimi davranmaqdan çəkinmirlər.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

























Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • SON DƏQİQƏ! Düşmən Tərtər və Füzulinin yaşayış məntəqələrini yenidən atəşə tutur

    SON DƏQİQƏ! Düşmən Tərtər və Füzulinin yaşayış ...

    7-10-2020, 15:02

  • 
  • Ermənilər cəbhə bölgəsində yanğın törədiblər

    Ermənilər cəbhə bölgəsində yanğın törədiblər ...

    30-09-2020, 16:25

  • 
  • MN: Hazırda düşmən Beyləqan, Bərdə və Tərtər şəhərlərini atəşə tutur

    MN: Hazırda düşmən Beyləqan, Bərdə və Tərtər ...

    5-10-2020, 11:29

  • 
  • Şəhid ailəsinin nifrətini qazanan Qax məmurları... - VİDEO

    Şəhid ailəsinin nifrətini qazanan Qax ...

    9-07-2021, 16:47

  • 
  • Şəkiliyevin MƏQSƏDİ NƏDİR? - Başçı Şəhid ailələrinə QARŞI...

    Şəkiliyevin MƏQSƏDİ NƏDİR? - Başçı Şəhid ...

    10-07-2021, 12:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu