"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (Təkliflər sorğusu) qalibi fərdi sahibkar Cavanşir Orxan Cavanşir oğlu (VÖEN – 1404799542) olub.
Gundemxeber.Az yeniavaz.com-a istiandən xəbər verir ki, fərdi sahibkar Cavanşir Orxan “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə 1 il müddətinə ofis və anbar kompleksi icarəyə verəcək. Qeyd olunan ofis və anbar kompleksinin icarəsi üçün “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Cavanşir Orxana 1 milyon 176 min manat ödəyəcək. Məlumat üçün bildirək ki, 1994-cü il təvəllüdlü Cavanşir Orxan millət vəkili Cavanşir Feyziyevin oğludur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?