Bundan öncə müəyyən insanlara görə, sizə baş qoşmadım, gözlədim ki, bəlkə düzələrsiniz. Bu artıq 2-ci dəfədir məni əsəb edirsiz qanunsuz əməllərinizlə. Mən danışsam, hərəkət etsəm, hamınız cavab verəcəksiniz.
Rüşvətxor, saxtakarlar. Səhərdən əsəbdən özümə gəlməmişəm. Mən bildiyimi edəcəm, öz işimi qanun çərçivəsində görəcəm, kimsə mənə bu "JEK"-ə görə, ağız açmasın. Nə də ki, xahiş etməsin. Mən kişilik etdim, çox gözlədim. Ən əsası səbr etdim.Bundan sonra sizinlə mübarizəni istənilən yolla davam etdirməyə hazıram. Buradan səslənirəm,hüquq-mühafizə orqanlarına ki, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova və digər təşkilatlara. Cavab verin görüm kiçik bir "JEK"in arxasında dayanan kimdir axı?Dövlətin və dövlətə başçılıq edən Prezident İlham Əliyevin qoyduğu qanunları kiçik "JEK" rəisi pozaraq, qanunların üzərinə gedir. Söz verirəm, əmin olun ki, bu məsələ belə qalmayacaq. Lazım gələrsə sizinlə məhkəmədə qarşı-qarşıya gələrik. Məndən bu qədər, hələlik qısa edirəm. Ardı olacaq...
Sorğu
Yeni dizaynımız necədir?