Şirvan şəhər sakini Mürvət Həsənov ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkir. O, 11 ildir ki, pensiya alır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin “islahat”ları nəticəsində onun təqaüdü kəsilib. Prezident İlham Əliyevə müraciət edən M.Həsənov deyir ki, Milli Onkologiya Mərkəzində ona ağciyər xərçəngi diaqnozu qoyulub. “Mənim epikriz vərəqəmdə 1-ci mərhələ xəstəlik yazılıb. Şirvan əhər mərkəzi xəstəxanasının baş onkoloqu mənə bildirdi ki, nazirin qərarı var, bunu pensiya göndərə bilmərik”, – deyə şikayətçi bildirib. M.Həsənovun sözlərinə görə, onda şəkərli diabet xəstəliyi də aşkarlanıb, görmə qabiliyyətini itirib, hazırda işləyə bilmir:
“Milli Onkologiya Mərkəzində deyildi ki, xərçəng metastaz vermədiyi üçün pensiya ləğv olunub. Bu da nazirin fikridir. Sahil Babayev xərçəngin dərmanını tapıb deyəsən, yoxsa pensiyamı kəsməzdi”./Reportyor.info/
Sorğu
Yeni dizaynımız necədir?