GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Müavini DTX-də Əbülfəs Qarayev haqqında nələr deyib? – ŞOK İFADƏLƏR

Müavini DTX-də Əbülfəs Qarayev haqqında nələr deyib? – ŞOK İFADƏLƏR

Tarix: 27-08-2021, 13:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 410


Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatdı.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rafiq Bayramov son söz dedi və məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edildi.

Son iclasda 2020-ci ilin 9 may tarixində nazir müavini vəzifəsindən azad edilmiş Bayramovun müəyyən eyhamlar vurması diqqət çəkdi. Publika.az sabiq nazir müavinin ibtidai istintaqa verdiyi ifadələri əldə edib. O, istintaq zamanı regional mədəniyyət idarələrinin rəislərindən, həmçinin tenderlərdə qalib gələn şirkətlərdən aldığı bütün pullardan nazir Əbülfəs Qarayevin xəbərinin olduğunu və ona şəxsən verdiyini qeyd edib.

İstintaq materiallarında qeyd edilir: Belə ki, 2018-ci ilin sonlarında mədəniyyət naziri Əbülfəs Qarayevlə razılaşdırmaqla tərəfindən regional idarələrin müdirlərinə musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının süni şəkildə artırılması və yaranan fərqin nağdlaşdırılaraq pul şəkilində ona verilməsinə icazə verilmiş, həmin vaxtdan etibarən regional idarə müdirləri musiqi məktəblərinin direktorları vasitəsilə mütəmadi olaraq hər ay musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının süni şəkildə artırmış və yaranan fərqi nağdlaşdırılaraq pul şəkilində ona şəxsən və ya şöbə müdiri Pərvin İsgəndərli vasitəsilə verilmiş, hər rayonun bu mənbədən ona ödədiyi məbləğ region ərazisində yerləşən musiqi məktəblərinin sayı və orada işləyən müəllimlərin sayından asılı olmuş, belə ki, bu mənbədən əldə etdikləri qazancdan Sumqayıt regional idarəsinin rəisi ayda təxminən 10.000 – 12.000 manat, Xaçmaz regional idarəsinin rəisi ayda təxminən 4.000 manat, İsmayıllı regional idarəsinin rəisi ayda təxminən 15.000 manat, Kürdəmir regional idarəsinin rəisi ayda təxminən 7.000 – 9.500 manat, Ağstafa regional idarəsinin rəisi ayda təxminən 2.000 manat, Şəmkir regional idarəsinin rəisi ayda təxminən 10.000 – 13.000 manat, Gəncə regional idarəsinin rəisi ayda təxminən 12.000 manat, Ağdaş regional idarəsinin rəisi ayda təxminən 2.000 manat, Biləsuvar regional idarəsinin rəisi ayda təxminən 1.000 – 2.000 manat, Masallı, Sabirabad və Lənkəran regional idarələrinin rəisləri ayda təxminən 500 manat, Ağcabədi regional idarəsinin rəisi ayda təxminən 8.000 manat, Bərdə regional idarəsinin rəisi ayda təxminən 5.000 manat, Şəki regional idarəsinin rəisi ayda təxminən 2.000 ona şəxsən və ya digər əməkdaş vasitəsilə nağd şəkildə verilmiş, hər ay üzrə bu vəsait cəmi təxminən 60.000 – 65.000 manat təşkil etmiş, yanvar, iyul və avqust aylarında tətil olduğundan bu vəsait yalnız həmin aylar üçün alınmamışdır. 2019-cu ildə o, şəxsən və ya digər əməkdaş vasitəsilə regional idarə rəislərindən yuxarıda qeyd olunan mənbədən əldə olunan pul vəsaitindən hissə-hissə cəmi il ərzində təxminən 550.000 – 600.000 manat məbləğində pul vəsaiti almış, həmin vəsaiti il ərzində hissə-hissə mədəniyyət naziri Əbülfəz Qarayevə vermiş, Əbülfəz Qarayev bu vəsaitin 15-20 faiz hissəsini ona nağd şəkildə qaytarmış, həmin vəsaitin bir qismini o, hər ay mükafat şəkilində öz əməkdaşlarına paylamış, 2020-ci il ərzində yuxarıda qeyd olunan yolla musiqi məktəblərindən əldə olunmuş vəsaiti yalnız fevral ayı üçün almış, həmin vəsait ümumilikdə 63.000 manat təşkil etmiş, bunu baxış zamanı çantasından çıxan vərəqdəki qeydlər də təsdiq edə bilmiş, həmin vəsaitin bir qismini mükafat şəkilində öz əməkdaşlarına paylamışdır. 2020-ci ilin fevral ayında bu cür neqativ halların qarşısının alınması üçün tərəfindən region idarələrinə göstəriş verilmiş, son üç ayda belə hallar mövcud olmamış, yalnız Biləsuvar regional idarəsinin rəisi mart ayında da bu mənbədən 1.000 manat pulu şəxsən almış, 08 may 2020-ci ildə saat təxminən 11 radələrində Şəmkir regional idarəsinin rəisi Höccət Əsədullayev onun nazirlikdəki iş otağına gəlmiş, söhbət əsnasında ona pul şəkilində «hörmət» vermək istəmiş, məbləğin nə qədər olduğunu bilməmiş, pulu almaqdan imtina etdikdə Höccət heç olmazsa həmin pulu sürücüsünə vermək üçün ondan icazə istəmiş, uzun söz-söhbətdən sonra o, pulun sürücüyə verilməsinə etiraz etməmiş, daha sonra Höccət onun sürücüsünə pulu verib-vermədiyini, verilmiş vəsaitin məbləğini bilməmiş, Höcət otağından çıxan kimi oraya Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları gələrək xidməti otağına baxış keçirmişdir. Bundan əlavə, regionlarda yerləşən mədəniyyət müəssisələrində cari təmir işlərinin aparılması üçün region idarələrinin büdcələrində müəyyən vəsaitlər olmuş, bu vəsaitlərin düzgün və təyinatı üzrə xərclənməsi üçün tərəflərindən nəzarətin həyata keçirilməsi tapşırılmış, idarə rəislərinə bu işlərin görülməsi üçün yalnız peşəkar şirkətlərlə işləməyi tövsiyə etmiş, regional idarə rəisləri rəsmi tender elan edərək, həmin tenderdə qalib gələn şirkətə görüləcək işlərə görə regional idarələr tərəfindən köçürülmüş vəsaitin ƏDV çıxılmaqla 10% məbləğində hissəsi nağd şəkildə şirkət rəhbəri tərəfindən regional idarənin rəisinə verilmiş, əlavə 10% hissəsi isə özünə region rəhbəri tərəfindən və ya tenderdə qalib gəlmiş tanıdığı şirkət rəhbəri tərəfindən şəxsən çatdırılmış, bu üsulla yalnız 2019-cu il üçün köçürülmüş vəsaitin 10%-ni «otkat» şəkilində almış, 2019-cu ildə regionlarda mədəniyyət müəssisələrində aparılacaq təmir işlərinə 1.500.000 manat ayrılmış, həmin vəsaitdən bu üsulla ona cəmi 150.000 manat «otkat» şəkilində verilmiş, həmin vəsaiti il ərzində hissə-hissə mədəniyyət naziri Əbülfəz Qarayevə vermiş, Əbülfəz Qarayev bu vəsaitin 15-20 faiz hissəsini ona nağd şəkildə qaytarmışdır. Vəsaitin bir qismini o, mükafat şəkilində öz əməkdaşlarına hər ay paylamış, 2020-ci ildə regionlarda yerləşən mədəniyyət obyektlərinin cari və əsaslı təmiri üçün Nazirlik tərəfindən 2.305.175 manat vəsaitin ayrılması nəzərdə tutulmuş, lakin karantin səbəbindən bu il ərzində tender keçirilməmiş, şirkətlərə ödəniş edilməmiş, bu səbəbdən də «otkat» alınmamışdır. Nazirlikdə kurasiya etdiyi nazirliyin informasiya və ictimai əlaqələr şöbəsinin fəaliyyətinin tənzimlənməsi sahəsində nazirliyin saytlarının, reyestrlərinin, portal və sosial şəbəkələrin saxlanılması və marketinq işlərinin aparılması üçün nazirlik tərəfindən 2019-cu ildə 400.000 manat ayrılmış, həmin işlərin görülməsi üçün sədrliyi ilə tenderlər elan edilmiş, tenderdə qalib gələn MMC və digər şirkətlərə yuxarıda qeyd olunan işlərin görülməsi üçün təxminən 290.000 manat köçürülmüş, bu məbləğdən ümumilikdə təxminən 30.000 manat «otkat» şəkilində şirkət rəhbəri tərəfindən ona şəxsən verilmiş, həmin vəsaitin bir qismini mükafat şəkilində öz əməkdaşlarına hər ay paylamış, nazirliyin informasiya və ictimai əlaqələr şöbəsinin fəaliyyətinin tənzimlənməsi sahəsində nazirliyin saytlarının, reyestrlərinin, portal və sosial şəbəkələrin saxlanılması və marketinq işlərinin aparılması üçün nazirlik tərəfindən 2020-ci ildə yenidən 400.000 manat ayrılmış, həmin işlərin görülməsi üçün sədrliyi ilə tenderlər elan edilmiş, tenderdə qalib gələn MMC-yə yuxarıda qeyd olunan işlərin görülməsi üçün ilkin olaraq 50.000 manat köçürülmüş, bu məbləğdən ümumilikdə təxminən 21.300 manat «otkat» şəkilində şirkət rəhbəri Şahid18 tərəfindən 06 may 2020-ci ildə şəxsən xidməti otağında ona verilmiş, həmin vəsait digər pul vəsaitləri arasında xidməti otağına baxış zamanı seyfindən aşkar edilmişdir. 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyində aparat rəhbəri vəzifəsində işlərkən Nazirliyin informasiya və ictimai əlaqələr şöbəsinin fəaliyyətinin tənzimlənməsi sahəsində nazirliyin saytlarının, reyestrlərinin, portal və sosial şəbəkələrin saxlanılması və marketinq işlərinin aparılması üçün MMC-yə köçürülmüş vəsaitin bir hissəsi, yəni 31.000 manatı ona şəxsən «otkat» şəklində verilmiş, 2017-ci ildə həmin işlərə görə Şahid18 şirkətinə köçürülmüş 89.000 manat vəsaitin 14.666 manatı şəxsən «otkat» şəklində verilmiş, 2018-ci ildə həmin işlərə görə Şahid18 şirkətinə köçürülmüş 296.000 manat vəsaitin təxminən 10% şəxsən «otkat» şəkilində verilmiş, yalnız 2018-ci ildə və sonrakı illərdə ona verilən vəsaiti o, nazir Əbülfəs Qarayevə verib ona çatası hissəsini almışdır. 2019-cu ilin fevral ayından 2020-ci ilin mart ayınadək Mədəniyyət Nazirliyinin vəsaiti hesabına «Baku Guide – Culture Guide» jurnalının nəşri həyata keçirilmiş, həmin jurnalın ayda 1 dəfə olmaqla ildə 12 buraxılışı olmuş, nazirlik tərəfindən jurnalın nəşrinə illik təxminən 200.000 manat vəsait ayrılmış, onun tapşırığı ilə jurnalın nəşri və satışının təşkili ilə nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Həmbətov məşğul olmuş, bu layihənin həyata keçirilməsi zamanı marketinq və satışdan əldə olunan gəlirdən Şahid19 ona təşəkkür kimi adətən 2.000 – 2.500 manat vermişdir.

Qeyd edək ki, R.Bayramov özünü qismən təsirli bildiyini deyib:

“İstintaq müddətində Mədəniyyət Nazirliyinin fəaliyyəti yoxlanılıb və aydın olub ki, mənim imza səlahiyyətim olmayıb. Son nəticədə görünüb ki, adımda heç bir yeyinti yoxdur. Mənimlə bağlı rüşvət aldığıma dair şikayət də yoxdur. Özümü qismən təqsirli sayıram. İşdə müəyyən diqqətsizlik və nöqsanlarım olub. Buna görə cənab Prezidentdən üzr istəyirəm. Xahiş edirəm qərar verərkən, himayəmdə 3 azyaşlı uşaq olduğunu və həyat yoldaşımın xərçəng xəstəsi olduğunu nəzərə alasınız”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əbülfəs Qarayevin müavini məhkəmə önündə

    Əbülfəs Qarayevin müavini məhkəmə önündə ...

    20-05-2021, 16:55

  • 
  • Əbülfəs Qarayev nazir vəzifəsindən azad edildi - SƏRƏNCAM

    Əbülfəs Qarayev nazir vəzifəsindən azad edildi - ...

    21-05-2020, 15:33

  • 
  • Mədəniyyət Nazirliyində ciddi yoxlamalar başladı

    Mədəniyyət Nazirliyində ciddi yoxlamalar başladı ...

    27-08-2020, 13:06

  • 
  • Əbülfəs Qarayevin daha bir oğru məmuru... - İTTİHAM

    Əbülfəs Qarayevin daha bir oğru məmuru... - ...

    21-05-2020, 19:02

  • 
  • Əbülfəs Qarayev ORTAYA ÇIXDI: - "Mənzilimdəyəm, yaxşıyam, hər şey normaldır."

    Əbülfəs Qarayev ORTAYA ÇIXDI: - ...

    29-07-2020, 19:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu