GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Meşədən QAZANILAN MİLYONLAR... - İLGİNC FAKT

Meşədən QAZANILAN MİLYONLAR... - İLGİNC FAKT

Tarix: 6-09-2021, 11:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 148

Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İqbal Əliyevin Samux rayonu ərazisində dəyərli 100 minlərlə ölçülən mal-qoyun ferması üzə çıxıb. Füzuli kəndi yaxınlığındakı böyük ferma 10 hektarlarla torpaq sahəsinə sahibdir, eləcə də ferma Qarasaqqal meşəsilə əhatə olunub.

Gundemxeber.az bildirir ki, “Demokratik.Az” saytına verilən bilgiyə görə, fermada heyvandarlıq təsərrüfatı üçün hər cür müasir şərait yaradılıb. Fermaya şəxsi artezian vurulub və elektrik transformatoru çəkilib. Eləcə də irihəcmli su çənləri qoyulub, fermada çobanların bütün fəsillərdə orada qalması üçün evlər və ayrıca istirahət otaqları da tikilib. Fermada 500-dən artıq qoyun, eləcə də 50-yə yaxın iribuynuzlu malın saxlandığı iddia edilir. Aylıq maaşı 600 manatı ötməyən bir direktorun özünə belə bir güzəran qura bilməsi bir yana, fermanın yerləşdiyi yerin əslində Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçün qorunma zolağı sayıldığını, fermanın qanunsuz əsaslarla mövcud olduğunu bilmək təəssüf doğurur. Videokadrlardan aydın olur ki, İqbal Əliyev öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məhz Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarət zonası sayılan ərazidə özünə ferma qurub.

Qeyd edək ki, İqbal Əliyev bir az da irəli gedərək fermada saxlatdırdığı mal-qaranı Qarasaqqal meşələrinə də salır, bilə-bilə təbiətin fauna-florasını öz maddi maraqlarının əsiri edir. İqbal Əliyev cari və ötən illər ərzində həmin ərazini əhatə edən 100 hektardan artıq meşə fond torpağında arpa-buğda da əkdirib. Məlumatlı mənbənin sözlərinə görə, sözügedən fermadakı yem çənlərindəki tonlarla arpa həmin əkin-biçindən tədarük edilib. Ferma ərazisində çoxlu sayda meşə ağaclarına, kötüklərə də rast gəlinir.
Adi vətəndaşlara qarşı sərt mövqe nümayiş etdirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və şəxsən nazir Muxtar Babayevin bu faktlardan xəbərsiz olduğunu düşünsək, vəzifə verdikləri İqbal Əliyevin fəaliyyətinə qarşı xüsusi araşdırma aparılacağına ümid edirik. Yoxsa, dəfələrlə həmin ərazilərdə “araşdırmalar aparan” 10 saylı Gəncə Regional Ekologiya şöbəsinin əməkdaşları durumu görməzlikdən gəlib acı reallıqları ekoloji xəyanətə sürükləyirlər. Nəticədə qazanan İqbal Əliyev, itirən isə zavallı təbiət olur.

Bugünlərdə 10 saylı Ərazi Ekologiya Şöbəsi vətəndaş şikayəti əsasında sözügedən əraziyə baxış keçirib və vətəndaş Kamil Zeynalovun təqdim etdiyi faktlara münasibət bildirib. Təəssüf ki, qurum İqbal Əliyevin fəaliyyətindəki nöqsanlara səthi yanaşaraq araşdırma zamanı qaldırılan faktların məsuliyyət yükünü xeyli azaldaraq yalnız tövsiyəedici məktubla işini bitmiş hesab edib.
Bir daha xatırladaq ki, İqbal Əliyev vəzifəsindən sui-istifadə edərək rəsmi müqavilə əsasında “Aqro Dairy” MMC üçün ayrılmış Qarasaqqal və Kürqırağı digər meşə fond torpaqlarından şəxsi mənfəəti üçün istifadə edib. Boş qalan meşə ərazilərində meyvə bağı (Aqropark) salınmalı olduğu halda, Samux aqroparkın inkişafı üçün nəzərdə tutulan ərazilərdə özbaşına işlər görülüb. Azından bu hallara görə Ekologiya Nazirliyi İqbal Əliyevi dərhal vəzifəsindən azad etməli idi, görünür yuxarılar üçün də bəzi özbaşınalıqlar qanun aliliyindən yüksəkdə dayanır...
//“Demokratik.Az”//



Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi üzərinə düşən öhdəlikləri pozaraq rayonların meşələrinin dağıdılmasına, meşə zolağına mal-qaranın, hətta donuzların lövbər salmasına şərait yaradıb

    Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzi üzərinə ...

    7-10-2019, 15:40

  • 
  • ETSN: Yardımlı meşəsində alov söndürülüb, tüstülənmənin qarşısını almaq məqsədi ilə işlər görülür

    ETSN: Yardımlı meşəsində alov söndürülüb, ...

    7-07-2018, 13:03

  • 
  • Lerik icra başçısının 35 minlik qoyun sürüsü varmış

    Lerik icra başçısının 35 minlik qoyun sürüsü ...

    8-05-2014, 21:14

  • 
  • Nazir Füzuli Məmmədovu vəzifəsindən azad etdi

    Nazir Füzuli Məmmədovu vəzifəsindən azad etdi ...

    13-08-2021, 15:43

  • 
  • Vergi işçilərini döydürən deputat İqbal Məmmədov bu dəfə Ekologiya Nazirliyinə meydan oxudu - Təfərrüat

    Vergi işçilərini döydürən deputat İqbal Məmmədov ...

    30-06-2021, 12:25


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu