Oğuz rayon İcra Hakimiyyəti tərəfindən 2-ci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımıza qarşı inanılmaz addım atılıb.
Gundemxeber.az bildirir ki, bu barədə Axar.az-a şəhidlərimizin qohumları məlumat verib.
Bildirilib ki, avqustun 29-u Oğuz rayon Şəhidlər Xiyabanında şəhidlərimizin məzarı üzərinə qoyulan əklil və bayraqlar sökülərək, yaxınlıqdakı zibilliyə atılıb.
Sakinlər bildirib ki, əklillərin məzardan götürülməsi əmrini icra başçısının mwavini Etibar Yusifov verib.
Şəhid valideynləri İcra Hakimiyyətindən bunun səbəbini öyrənməyə çalışanda Etibar Yusifov ”əcəb etmişik” deyib.
Oğuz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, icra başçısı bu məsələ ilə bağlı məlumatlandırılıb:
“Araşdırma aparılır. Tezliklə məsələ öz həllini tapacaq”.
Şəhid məzarı üzərindən əklilləri, dövlət bayrağımızı götüzdürərək yaxınlıqdakı zibillik əraziyə tullanması göstərişini verən Etibar Yusifov isə zənglərimizə cavab vermədi.
Qeyd: Video şəhid Məhəbbət Paşayevin atası Vaqif Paşayev tərəfindən qeydə alınıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?