Gundemxeber.az » GündəmXəbər » Rüstəm Muradovun Qarabağda sülhməramlı missiyası bitir
ŞƏKLİN MƏNBƏYİ,ERMƏNISTAN MÜDAFIƏ NAZIRLIYI
Azərbaycanın Dağlıq Qarabağ ərazisinin bir hissəsinə və Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlı kontingentin komandanı kimi missiyası bitən Rüstəm Muradov Ermənistan Müdafiə Nazirliyində qəbul edilib.
Ermənistan MN mətbuat xidmətinin yaydığı məlumata görə, Rüstəm Muradov Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşüb.Ermənistan müdafiə naziri Rüstəm Muradova "Dağlıq Qarabağda sülhün qorunmasında səylərinə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb,"- məlumatda deyilir:
Ermənistanda Rusiya səfirliyinin hərbi attaşesi polkovnik İqor Şerbakovun da qatıldığı görüşdə Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin də müzakirə olunduğu bildirilir.
Rusiya sülhməramlıları Rüstəm Muradovun rəhbərliyi altında Azərbaycanın Qarabağ bölgəsinə İkinci Qarabağ müharibəsi zamanı, noyabrın 10-da əldə edilən atəşkəs bəyannaməsi əsasında yerləşdirilib.
Gundemxeber.Az
9-02-2021, 08:42
12-11-2020, 10:36
12-11-2020, 21:28
6-11-2018, 15:15
14-11-2020, 16:10
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?