GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İşçilərinə meydan oxuyan baş həkim jurnalisti də təhdid edir... - VİDEO FAKT

İşçilərinə meydan oxuyan baş həkim jurnalisti də təhdid edir... - VİDEO FAKT

Tarix: 8-09-2021, 14:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 352


GUNDEMXEBER.AZ bildirir ki, "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına Qobustan rayon"Poladlı" kənd sakini Rəhimov Seymur Ocaqverdi oğlu tərəfindən müraciət daxil olmuşdur.

Daxil olan müraciətdə vətəndaş Seymur Rəhimov bildirir ki:

- "Qardaşımın ayağına mismar batdı və ayağından xəsarət aldı. Biz onu dərhal öz maşınımızla Qobustan rayon Mərkəzi xəstəxanasına çatdırdıq. Qardaşımın ürəyi də zəifdir. Ona görə Qobustan rayon mərkəzi xəstəxanasında qardaşıma iynə vuruldu və bildirdilər ki, bizdə yer yoxdur, xəstənizi Şamaxı rayon xəstəxanasına aparın. Biz dedik ki, xəstəmizi aparmaq üçün bizə təcili tibbi yardım maşını verilisin . Məsələdən baş həkimin də məlumatı var idi. Bizə xəstəxanadan bildirdilər ki, "maşın yoxdur. Cəmi iki maşınımız var, kəndlərdədir". Amma, həyətdə də 4 təcili tibbi yardım maşını dayanmışdı.
Mən soruşdum: - "Bəs bu nədir?"

Cavab verdilər ki: "onlara sürücümüz yoxdur".

Uzun sözün qısası, bizə maşın vermədilər. Biz özümüz qardaşımı Şamaxı rayon Mərkəzi Xəstəxanasına apardıq.

Səhəri gün İcra Hakimiyyətinə gedib, Qobustan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseynli barəsində İcra başçısına şikayət etdim. İcra Hakimiyyətinin başçısı Adil Məmmədov baş həkim Emin Hüseynliyə zəng edib dedi: "Niyə vətəndaşları incidirsiniz? Niyə baxmırsınız şikayətlərinə?"

Adil Məmmədovun bu sözlərindən sonra, Emin Hüseynli dedi: "Gəlsin yanıma, kömək edim".

Səhərisi gün Emin Hüseynlinin qəbuluna getdim.

Məni görən kimi başladı təhqir etməyə ki: "Sən ara qatırsan. Adam satırsan. Köçəryanın adamısan. Səni öyrədirlər ki, aranı qarışdırasan".

P.S: Sözügedən məsələ barəsində qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Qobustan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseynli ilə telefon əlaqəsi saxladıq.

Özümüzü təqdim edib, vətəndaş Seymur Rəhimovun redaksiyamıza müraciətini diqqətinə çatdırdıq.

Emin Hüseynli haqqında şikayətçi olduğunu eşidən kimi, dərhal aqressivləşdi. Gah dedi: "yeddidən sonra zəng edin", gah da özündən çıxaraq bizə "hədə-qorxu" gəlməyə başladı ki, "Siz elə bilirsiniz qarşınızdakı elə-belə adamdır. Elə etmiyin ki, qapınızı başqaları döysün".



Qeyd:
Moderator.az yazır: "Hazırda Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışan Emin Hüseyn əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Onun rəhbərliyi dövründə Astara RMX-da korrupsiya, özbaşınalıq və səriştəsizlik halları baş vermişdir. 2 milyon manat vəsaiti mənimsədiyinə görə və Astara sakinlərinin çoxsaylı şikayətləri nəticəsində, 2015-ci ildə vəzifəsindən azad edilərək Qobustan Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyinat almışdır."

2: Qobustan rayon Mərkəzi Xəstəxanasında uzun müddət, yəni nə az, nə çox, düz 28 il Həkim-terapevt olaraq çalışmış, Emin Hüseynli tərəfindən işindən haqsız yerə azad olunmuş Bəylər həkim deyir:
- "Baş həkim Emin Hüseynli mən rayon Mərkəzi Xəstəxanasında işlədiyim dövrdə məndən dəfələrlə borc adı ilə pul alırdı. Bəzilərini qaytarırdı, bəzilərini qaytarmırdı. Mənim adıma bankdan kredit götürdü. Vaxtında ödəmədiyi üçün bank kreditləri mənim əmək haqqımdan çıxılırdı. Bununla bağlı da dəfələrlə Emin Hüseynli ilə söz-söhbətimiz olmuşdu. Mən cana doyduğum üçün borcumu tələb etməyə başladım. Bu səbəbdən E. Hüseynli artıq məni işdən çıxarmaq üçün bəhanələr axtarmağa başladı.
Nəhayət bir dəfə iclasa getmədiyimi bəhanə edib məni işdən çıxardı.
Mən E. Hüseynlinin rüşvətxorluğu, həmçinin xəstəxananın bütün çalışanlarına qarşı haqsızlıqları, kobud davranışları, onları söyüb - təhqir etməsi, hətta bəzilərini döyməsindən də xəbərdaram.
Dəfələrlə bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Həmçinin uğradığım haqsızlığa dair birinci vitse-prezident Mehriban xanım Əliyevaya da online müraciət etdim. Sağ olsunlar, ordan dərhal reaksiya verildi. Yəni, mənə zəng edib əlavə suallar da verdilər. Lakin, təəssüflər olsun, hələ də bir nəticə yoxdur".



3. Qobustan rayon mərkəzi xəstəxanasının mətbəxində uzun müddət xadimə olaraq çalışan Dursun Səfərova deyir:
- "Uzun illərdir ki, mən rayon Mərkəzi Xəstəxanasının mətbəxində təmizlik işləri ilə məşğulam. Qızım da mənimlə bərabər mətbəxda qab yuyan olaraq çalışırdı. Emin Hüseynli bizim xəstəxanaya gələn kimi, özü ilə gətirdiyi Elnarə xanım məni yanına çağırıb dedi ki: "Sən daha orda işləyə bilməzsən. Gəl sənin yerini başqa işə dəyişək. Narahat olma, elə edəcəm qızınla birlikdə işləyəsən. Mən başqasından 2.000 (iki min) manat pul alıb, ora işə götürəcəm".
Mən də onu başa düşdüm və razılaşdım.

Sonra bizi başqa işə keçirdilər. Yəni 3 ay həyət süpürdük. O ərəfədə təmir gedirdi, həyət bərbad gündə idi. Mən oranı təmizə çıxardım.
3 aydan sonra Elnarə məni yenə yanına çağırıb dedi: "Sağ ol yaxşı təmizə çıxarmısan həyəti. Gəl səni başqa işə keçirək. Mən ora başqasından 2.000 (iki min) manat alıb, işə götürəcəm."
Daha bu dəfə mən dözməyib etiraz etdim. Bundan sonra E. Hüseynli məni yanına çağırdı. Qapıdan içəri girən kimi başladı məni söyüb, təhqir etməyə. Sonra dedi: "4 dəfə otur-dur, səni bağışlayım".
Mən dedim Xoşqədəm Hidayətqızının verilişinə gedib, şikayət edəcəm. O da Xoşqədəm Hidayətqızını da, ona baxanları da söydü. Mən tüpürüb, otaqdan çıxdım.

Bütün bunlar barəsində İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun qəbuluna gedib, şikayət etdim.
Adil müəllim E. Hüseynliyə zəng edib danışdı. E. Hüseynli dedi: "qayıtsın işinə bərpa edirəm".
Səhəri gün Adil Məmmədov İcra nümayəndəsini də mənimlə birlikdə xəstəxanaya göndərdi. Biz getdik, nümayəndənin yanında məni işimə qaytardılar.
Bura qədər hər şey yaxşı idi. Lakin, 3 gün işlədikdən sonra, məni E.Hüseynli yenidən işdən çıxardı.

Onu da qeyd edim ki, işdən çıxmazdan əvvəl 3 ay həyət süpürdüyümün maaşını da verməyib".



4. Rayon Mərkəzi Xəstəxanasında fəhlə işləyən, E. Hüseynlinin haqsız olaraq işdən çıxardığı daha bir şəxs Şıxıyev Məmmədağa deyir:

Mən 2005-ci ildən, 2015-ci ilə qədər Qobustan rayon Mərkəzi Xəstəxanasında fəhlə işləmişəm. 2015-ci ildə E. Hüseynli Qobustan rayon Mərkəzi Xəstəxanasına gəldiyi gündən başladı mənə təzyiq göstərməyə, təhqir etməyə. Təkcə mənə yox, elə mənim kimi xəstəxanasının bir çox işçilərinə qarşı belə kobud davranır.

Həyat yoldaşım ağır xəstədir. Bir dəfə yıxıldı, 4 barmağı qırıldı. E.Huseynli mənə bir gün icazə vermirdi ki, onu həkimə aparım. Hər dəfə ya qardaşım, ya qaynım mənim həyat yoldaşımı həkimə aparmalı olurdu. Bir dəfə də vəziyyəti ağırlaşdı. E. Hüseynli işdə olmadığı üçün icazə almadan təcili getmək məcburiyyətində qaldım. Buna görə E. Hüseynli məni təhqir etdi və döydü. Həmçinin də işdən çıxardı. Mən bu barədə hüquq-mühafizə orqanlarına da müraciət etmişəm."



Əslində E. Hüseynli haqqında bu kimi faktlara söykənən məlumatlar yerli medialarda kifayət qədərdir.

Həmçinin Qobustan rayon sakinlərindən birinin "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına göndərdiyi videogörüntüdə Emin Hüseynlinin saxta pensiya düzəltməsi sayəsində əldə etdiyi sərvətlərini izahlı şəkildə təqdim edir.



Haqqında bu qədər korrupsiya faktları, şikayətlər, özbaşınalıq və digər bu kimi məlumatlar olan, eyni zamanda bu kimi faktlar öz təsdiqini tapdığı üçün Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilən, daha sonra Qobustan rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilən Emin Hüseynlinin redaksiyamızla bu cür danışması, bizə "hədə-qorxu" gəlməsi artıq "başa düşülən"dir.

Qapımızı kimlərin döyəcəyi, Emin Hüseynlinin sifarişlərini yerinə yetirənlərin kim, yaxud kimlər olduğu barədə heç bir fikrimiz yoxdu.

Onların dövlət qurumu, yaxud mafiya olmasını da bilmirik.
Bildiyimiz tək şey budur ki, biz haqqı tanınmayanların, məzlumların, məsumların yanındayıq. Haqq isə hər zaman qalib gəlir.

Emin Hüseynli "onu hər vəziyyətdə qoruyan mələyinə, yaxud mələkləri"nə güvənərək, bütün danışıqların qeydə alındığını bilə-bilə, bizi açıq şəkildə təhdid etməkdən çəkinmədi.

Emin Hüseynlinin haqqındakı şikayətlərə və şikayətçilərə bu cür soyuq münasibəti, daha doğrusu ümumiyyətlə məhəl qoymaması onu düşünməyə əsas verir ki, "güvəndiyi dağlar" onun özünə həddindən artıq uca görünür. Amma, bəlli ki, o hüquqi dövlətdə yaşadığını və o "dağ"ı quma döndərəcək "Fərhad külüngü"ndən güclü qanunlarımızın olduğunu unudub.

Odur ki, bu qanunları Emin Hüseynliyə xatırlatması, həmçinin müvafiq tədbirlər görülməsi üçün, redaksiyamız tərəfindən Hüquq-mühafizə orqanlarına bizi təhdid etməsi barəsində səs yazısı, eyni zamanda rəsmi müraciətlər göndərilməsi üçün hazırlanır.

Güman edirik ki, idarəçiliyi bacarmayan, daşıdığı vəzifəyə layiq davranmayan, işində təcrübəsi qədər də nöqsanları olan Qobustan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseynli barəsində aidiyyatı qurumlar lazımi tədbirlər görəcək və bununla da Emin Hüseynli kimi "ipə-sapa yatmayan" digər məmurlara, səlahiyyət sahiblərinə nümunə göstərmiş olacaqlar.

Məsələ diqqətimizdədir!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yevlax xəstəxanasından xəstələri təxliyyə edən təcili yardım maşını qəzaya düşdü

    Yevlax xəstəxanasından xəstələri təxliyyə edən ...

    27-07-2017, 16:24

  • 
  • Bakıya xəstə gətirən təcili yardım maşını qəzaya düşdü

    Bakıya xəstə gətirən təcili yardım maşını qəzaya ...

    6-02-2017, 23:47

  • 
  • Dörd uşaq anası ölüm ayağında, həkimlər yaxın durmur — Lənkəran Mərkəzi Xəstəxanasında BİABIRÇILIQ

    Dörd uşaq anası ölüm ayağında, həkimlər yaxın ...

    20-02-2018, 11:33

  • 
  • Təcili tibbi yardım maşını qəzaya düşdü: 9 nəfər yaralandı - FOTO

    Təcili tibbi yardım maşını qəzaya düşdü: 9 nəfər ...

    29-06-2017, 15:18

  • 
  • Tbilisidə təcili tibbi yardım maşını ağır qəza törədib, azərbaycanlılar xəsarət alıblar

    Tbilisidə təcili tibbi yardım maşını ağır qəza ...

    9-01-2019, 11:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu