GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nazir dəyişdi... TENDER NƏZİRİ DƏYİŞMƏDİ... - Nə mənası var, a gülüm?..

Nazir dəyişdi... TENDER NƏZİRİ DƏYİŞMƏDİ... - Nə mənası var, a gülüm?..

Tarix: 11-09-2021, 12:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 331


Azərbaycanda tenderlər və dövlət satınalmalarının ən çox korrupsiyalaşmış və “qaranlıq işlər” üçün münbit şəraitə malik sahə olduğu heç kimə sirr deyil. Ötən il və bu il həbs olunan icra başçıları və nazir müavinlərinə qarşı irəli sürülən ittihamların da əsas maddələrindən biri tenderlər zamanı yol verilən korrupsiya halları ilə bağlı oldu.

Artıq heç kimə sirr deyil ki, hər bir nazirliyin, rayon icra hakimiyyətinin və digər dövlət qurumlarının öz “favorit” tender şirkətləri var ki, adətən bu qurumların tender və dövlət satınalmalarını necə olursa(?) məhz həmin, eyni şirkətlər udur. Və qəribə, həm də acınacaqlı olan odur ki, nazirlər, komitə sədrləri, icra başçıları və s. dəyişsə də, bu dövlət qurumlarıyla “işləyən” “tender əjdahaları” dəyişmir.

Təəssüf ki, eyni mənzərə Səhiyyə Nazirliyinə də aiddir. Oqtay Şirəliyev vəzifəsindən azad olunaraq, yerinə Teymur Musayev gətirilsə də, nazirliyin tenderlərə, dövlət satınalmalarına münasibətində ciddi dəyişiklik müşahidə olunmur. Məsələn, artıq uzun illərdir ki, bu nazirliyin tibbi avadanlıqlar, ləvazimatlar və s. alışı üzrə dəyişməz tender qalibi “Arash Medical Company”-dir. Bu şirkətə nazirliyin verdiyi tenderlərin ümumi məbləği 10 milyonlar, bəlkə də 100 milyonla hesablana bilər. Lakin bu, ayrıca bir mövzudur...

“Arash Medical Company” kimi nazirliyin tikinti və təmir işləri üzrə də hər zaman “üstünlük verdiyi” şirkətlər var ki, bunlar da əsasən "Palma İnşaat" MMC və "Fərid İnşaat" Firmasıdır. Son olaraq bu gün yayılan məlumata görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tikintinin davamı) və 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisi (tikintinin davamı) (II elan) tenderlərinə yekun vurub.

Məlum olub ki, Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinin davamı üçün 6 milyon 944 min 597 manat, 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisinın davamı üçün isə 9 milyon 122 min 591 manat ayrılıb. Qalib şirkətlər müvafiq olaraq "Fərid İnşaat" Firması və "Palma İnşaat" MMC olub. Səhiyyə Nazirliyi bu şirkətlərə ümumilikdə 16 milyon 67 min 188 manat ödəyəcək.

Qeyd edək ki, 2 saylı Sumqayıt şəhər xəstəxanasının tikintisinin birinci mərhələsinə dair tenderi də "Palma-İnşaat" MMC qazanmışdı. 2019-cu ildə bu işə görə şirkətə 9 milyon 827 min manat ayrılıb. Deməli, xəstəxananın təkcə tikinti işlərinə hələlik 20 milyon manata yaxın pul xərclənmiş olur. Bundan əvvəl isə Səhiyyə Nazirliyinin sifarişi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisini də "Palma-İnşaat" MMC həyata keçirib və bununla bağlı müqavilənin qiyməti 10 milyon manata yaxın - 9 milyon 555 min manat olub.

Ancaq nazirliyin “Palma-İnşaat”-la əməkdaşlığı bununla da yekunlaşmır və daha əvvəllərə gedib çıxır. Belə ki, bu şirkətin adı daha çox 2018-ci ildə Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Narkoloji Mərkəzdə baş verən və 30-a yaxın insanın ölümüylə nəticələnən dəhşətli yanğın vaxtı mətbuatın gündəminə gəlmişdi.

Satınalamalar üzrə Dövlət Agentliyinin hələ 2013-cü ilin dövlət reyestr məlumatlarında Respublika Narkoloji Mərkəzinin tikintisinə dair tenderdə “Palma İnşaat” MMC-nin qalib gəldiyi göstərilirdi. Bu məqsədlə müəssisəyə 2 mln 173 min 193 manat vəsait ayrılmışdı. Elə həmin ildə tibb müəssisəsinin inşası başa çatmamış onun təchizatı ilə bağlı “Arash Medical Company”-yə 1 mln 326 min 468,46 manatlıq tender verilmişdi. Lakin nədənsə yanğın baş verən günə qədər 4 milyona yaxın pul ayrılan narkoloji mərkəzin tikintisi yarımçıq qalmışdı və köhnə taxta barakları xatırladan mərkəzin yanması onlarla vətəndaşın ölümünə səbəb olmuşdu.

Səhiyyə Nazirliyinin tenderlərini tez-tez qazanan digər şirkət - “Fərid-İnşaat” firmasına gəlincə, mətbuatda onun “Altes Group"-a aid olduğuna, həmin şirkətlər qrupununsa vaxtilə Eldar Mahmudova yaxınlığıyla tanındığına dair yazılara rast gəlinir.

Təbii ki, hansısa şirkətin daha uğurlu, işgüzar və s. olması yaxşı haldır və sevindiricidir. Lakin yaxşı olar ki, şirkətlərin bacarığı açıq rəqabət və şəffaf tenderlər vasitəsilə müəyyən olunsun. Bu da ki, hələ də Azərbaycanda demək olar nadir hallarda rast gəlinən hadisədir.../AzPolitika.info


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Füzuli və Ağdam icra hakimiyyətinin müəmmalı tenderləri - Göstəriciləri niyə gizlədiblər?

    Füzuli və Ağdam icra hakimiyyətinin müəmmalı ...

    8-01-2020, 13:40

  • 
  • Səhiyyə Nazirliyində tender yoxlaması – Elsəvər Ağayevlə Zahid Qəribov çətin vəziyyətdə

    Səhiyyə Nazirliyində tender yoxlaması – Elsəvər ...

    25-06-2019, 11:11

  • 
  • Tender qaydaları dəyişdi

    Tender qaydaları dəyişdi ...

    19-01-2016, 15:05

  • 
  • Oqtay Şirəliyev və Oqtay Əsədov: Daha bir 6 milyonluq müqavilə

    Oqtay Şirəliyev və Oqtay Əsədov: Daha bir 6 ...

    7-08-2020, 17:20

  • 
  • Ənvər Seyidəliyev Ağsunun abadlaşdırılmasını nədən “ATF” MMC-yə həvalə edib?- KÖRPÜ UÇURAN ŞİRKƏTƏ MİLYONLUQ TENDER

    Ənvər Seyidəliyev Ağsunun abadlaşdırılmasını ...

    26-12-2019, 14:48


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu