GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Artıq dözmürəm, istəyirəm bu özbaşınalıqdan hamının xəbəri olsun” - Xızıdan ETİRAZ

“Artıq dözmürəm, istəyirəm bu özbaşınalıqdan hamının xəbəri olsun” - Xızıdan ETİRAZ

Tarix: 14-09-2021, 13:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 313


“4 il əvvəl əkin sahəmin olduğu yerin yaxınlığındakı hərbi hissədə partlayış oldu. Kiminin evinə, kiminin heyvanına zərər dəydi. Mənim də həmin vaxt məhsul gözlədiyim bağım məhv oldu. İnsanların hamısına təzminat ödəndi. Mənim təzminatım da təsdiqləndi, ancaq bu günədək ala bilmirəm”.

Xızı sakini Əfqan Abdullayev belə deyir. Gundemxeber.az Meydan TV-yə istinadən bildirir ki, bütün ailələri əkin-biçinlə dolanır. Əsasən tərəvəz əkini ilə məşğul olurlar. Elə 2017-ci il avqustun 27-də partlayış baş verəndə əkin sahəsində çalışırmışlar. Şükr edir ki, ailəsindən heç kim xəsarət almayıb, ancaq onların gələcək dolanışığı üçün əkdikləri bostanları məhv olub. Dolayısı ilə ailəsi maddi çətinlik çəkib, zərər görüb:

“Bizi də qeydiyyata alıb, təzminat yazmışdılar. Yəni dəymiş ziyan ödənilməli idi, ancaq bugünədək verilməyib. Yazdığımız məktublara nağıl cavablar göndərirlər. Müraciətimizə dəqiq baxan biri yoxdur. Bu günədək susurdum, fikirləşirdim ki, haqqımı almaq üçün səs-küy salmalı deyiləm, verilməlidir. Artıq dözmürəm, istəyirəm bu özbaşınalıqdan hamının xəbəri olsun ”.

Əsasən tərəvəz əkini ilə məşğul olurlar

Şikayətçi bildirir ki, partlayış olan zaman məhsul yığımına çox az qalıbmış. Partlayış nəticəsində su xətti dağılıb, sahə günlərlə susuz qalıb və quruyub:

“Yayın isti vaxtları idi, su kəsildi və bizim məhsulumuz xarab oldu, çürüdü. Ekspert gəldi, partlayışdan zərərçəkənlərin zərərlərini yazdı. Mənim bostanıma da baxış keçirildi və müəyyən olundu ki, 10 min manat zərərim var. Əslində məhsul satışından daha çox gəlir əldə edirdim, amma buna da yox demədim, razılaşdım. Hadisənin üstündən 4 il keçməsinə baxmayaraq, nə ortada 10 min var, nə də bir kömək, yardım”.

Əfqan Abdullayevin bostanı 3 hektarlıq ərazidədir. Deyir, həmin bostan 8 nəfərlik ailəsinin yeganə gəlir mənbəyidir və onlar partlayış olan qışı keçirmək, yaşaya bilmək üçün borc götürməli olublar:

Partlayış baş verəndə əkin sahəsində çalışırmışlar

“Gözümüzü məhsula dikmişdik. Olmayandan sonra necə dolanmalı idik? Təbii, biz həmin qışdan borc-xərclə çıxdıq. Kompensasiya verəcəklərini deyəndə, sevindik. Elə vəziyyətdən çıxdığımıza sevinirdik ki, get-gələ düşdük. İllərdir get-gəldəyəm, zülm çəkirəm. Dövlət idarələrində süründürməçilikdir. Kompensasiyanı mən tərtib etməmişəm, özləri edib, ancaq vermirlər”.

Şikayətçi bildirir ki, həmin vaxt bostanda xiyar əkibmiş. Amma hamısı tağında quruyub, məhv olub:

“Sonrakı illər də əkin-biçinlə məşğul oldum. Amma əvvəlki kimi bar vermədi. Sahəm hərbi hissənin 1 kilometrliyindədir. Ona görə ən çox zərər görən adamlardan oldum. Otu yananlara, evi dağılanlara yardım oldu. Ancaq mənə bu günədək kömək edilməyib”.

“Yazdığımız məktublara nağıl cavablar göndərirlər”

Xızı Rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsidən bildirilib ki, həmin il partlayışda zərər çəkmiş bütün vətəndaşlara kompensasiya ödənib:

“Bəlkə nəsə səhv olub, ya da vətəndaş vaxtında müraciət etməyib, araşdıracağıq. Amma həmin il kimin nə zərəri olmuşdursa, qarşılanıb. Komissiya təşkil olunmuşdu, zərərlə bağlı sənədləşdirmələr edildi və axırda da vətəndaşlara ödənildi”.

Əfqan Abdullayevin bostanı 3 hektarlıq ərazidədir.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə hərbi hissədə partlayış

    Türkiyədə hərbi hissədə partlayış ...

    8-05-2015, 00:52

  • 
  • Qarabağda hərbi hissədə partlayış olub, 2 erməni əsgəri ölüb

    Qarabağda hərbi hissədə partlayış olub, 2 erməni ...

    2-12-2020, 12:26

  • 
  • Neftçala sakinləri çarəsiz durumda - GİLEY

    Neftçala sakinləri çarəsiz durumda - GİLEY ...

    30-10-2020, 11:20

  • 
  • "Məndə torpağın sənədləri var, sübutum var..." - GİLEY

    "Məndə torpağın sənədləri var, sübutum ...

    19-03-2021, 11:46

  • 
  • Ermənistanın təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş zərərlə bağlı kompensasiya ödənilməsinə başlanılıb

    Ermənistanın təcavüzü nəticəsində kənd ...

    11-08-2021, 10:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu